Aprelin 23-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.
Nazirlikdən bildiriblər ki, Ramiz Mehdiyev nazir İnam Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı böyük potensial imkanların olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.
Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.
Qeyd edək ki, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib./AZƏRTAC
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?