GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qızını erməniyə verən azərbaycanlı necə diaspor lideri olub...

Qızını erməniyə verən azərbaycanlı necə diaspor lideri olub...

Tarix: 9-05-2018, 11:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 531
Qızını erməniyə verən azərbaycanlı necə diaspor lideri olub...


Ötən həftənin gündəm mövzularından biri də Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızının erməni oğlanla ailə həyatı qurması oldu. Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutan nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak etmişdi. Həyat yoldaşı da erməni olan Ağakişi Kərimov adlı diaspora nümayəndəsinin ailəsində baş verənlər Moskvada yaşayan azərbaycanlılar, o cümlədən ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı.

İctimai fikir adamlarının bu məsələ ilə bağlı fikirləri isə birmənalı deyil. Bir çoxları belə bir hadisənin olmasını arzuolunmaz hesab etsə də, cəmiyyətin verdiyi sərt reaksiyanın beynəlxalq aləm tərəfindən normal qarşılanmayacağını bildirirlər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu məsələnin aqressiv şəkildə müzakirə edilməsi doğru deyil: “Konkret bu fakta nəzər salsaq, burada bir azərbaycanlı qızını erməniyə ərə verməyib. Bu, qarışıq bir ailədir və qızın anası da faktiki olaraq ermənidir. Bu məsələ dinimizdə belə nəzərdə tutulub ki, bir müsəlman qadın o zaman bir xristiana ərə gedə bilər ki, həmin kişi İslamı qəbul edib müsəlman olsun. Bir müsəlman kişi o zaman xristian qadınla evlənə bilər ki, qadın İslamı qəbul eləsin.

Digər tərəfdən, məsələnin siyasi tərəfi də var. Biz bu gün Ermənistanla hərbi münaqişədəyiksə, düşmənçiliyimiz erməni xalqı ilə deyil. Biz torpaqlarımızı işğal edən, rusun əlində alətə çevrilən və bizim dövlətimizin müstəqilliyinə imkan verməyən ideyaya, şüura qarşı düşmənik. Əgər Qarabağı Ermənistan yox, məsələn, Gürcüstan işğal etsəydi, bizim düşmənimiz Gürcüstan, rus işğal etsə rus olacaqdı. Doğrudur, erməni xalqı da bu prosesdə ölkəsini dəstəkləyir. Ancaq orada elə deputatlar, ictimai şəxslər var ki, açıq şəkildə deyirlər Qarabağ Azərbaycanın torpağıdır, onu qaytarıb vermək lazımdı. Ermənilər yaxşı başa düşürlər ki, Qarabağdan imtina etməyənə qədər Rusiyanın caynağından xilas ola bilməyəcəklər. Lap Böyük Ermənistan yaradılsın, dünyanın yarısı onların olsun, ancaq müstəqillikləri və suverenlikləri olmasa, bunun heç bir mənası yoxdur.

Bunu ermənilər başa düşməlidir. Ona görə də bu evlilik məsələsini müzakirə etmək, buna görə kimlərisə qınamaq bizim millət haqqında, Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırır. Belə çıxır ki, biz ermənilərə o dərəcədə düşmənik ki, bir erməninin azərbaycanlı ilə ailə qurmasına belə dözə bilmirik. Ona görə də bu məsələni bu qədər müzakirə etmək yanlışdır. Konkret fakta gəlincə, erməniyə ərə gedən qızın ana tərəfi ermənidir və onun haqqı var ki, iki tərəf arasında seçim eləsin və ana tərəfinə üstünlük versin".

S.Cəlaloğlunun sözlərinə görə, burada önəmli məqam həyat yoldaşı erməni olan şəxsin Moskvada diaspora rəhbəri olmasıdır: “Bu artıq onu göstərir ki, Azərbaycanda diaspora fəaliyyəti üzərində nəzarət yoxdur və bir çox hallarda bu diaspora ölkəmizin əleyhinə də işləyə bilər. Rusiyada o qədər azərbaycanlı yaşayır. Nəyə görə həyat yoldaşı erməni olan adam diasporaya rəhbərlik edir. Bizim sovet dövründən də təcrübəmiz var ki, qarışıq ailələr milli təəssüb hissindən uzaq olurlar, milli maraqları o qədər də önəmsəmirlər. Bu onu göstərir ki, heç də hər yerdə diaspora fəaliyyəti düzgün qurulmayıb. O səbəbdən bu günə qədər milyardlarla pul xərclənməsinə baxmayaraq Azərbaycan diasporası Ermənistan diasporasından geridə qalır”.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də “Yeni Müsavat”a açıqlamasında belə bir nikahın bağlanmasından daha çox həyat yoldaşı erməni olan şəxsin diaspora təşkilatına rəhbərlik etməsini qınadı: “Burada söhbət könül bağlarından, sevgidən gedirsə, buna kənar müdaxilələrin təsiri yerinə düşməzdi. Bu iki şəxs arasında baş verən münasibətdir. Onlar artıq elə yaş həddindədirlər ki, bu məsələdə müstəqil qərar qəbul etmək imkanındadırlar. Ancaq əlbəttə ki, hazırda Azərbaycanla Ermənistan arasındakı hərbi vəziyyət insanı bir qədər düşünməyə məcbur edir. Xüsusən də ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları nəzərə alsaq, burada qınamaq üçün əsaslar yarana bilər. Ancaq mənim şəxsi qənaətim odur ki, bu cür şəxsi məsələlərə müdaxilə etmək və müzakirə etmək bir qədər doğru deyil.

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın belə bir sözü var idi ki, erməni və Azərbaycan xalqları bir-biri ilə uyuşmur. Ancaq bu nikah onun sözlərinin əksini sübut etdi və keçmiş prezidentin irqçi düşüncəsini boşa çıxartdı. Digər məsələ, həmin diaspora sədrinin həyat yoldaşının da erməni olmasıdır. Həmçinin o insan uzun illərdir Azərbaycandan kənardadır. Məsələnin əsas problemli nöqtəsi odur ki, zamanında bu diaspor təşkilatları qurularkən onu yaradanlar prosesə qeyri-ciddi yanaşıblar. Belə bir şəxsin Rusiyanın hansısa şəhərində diaspora qurumuna rəhbərlik etməsi nonsesdir"./dia
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi: Toy Moskvada olub – FOTO

    Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə ...

    1-05-2018, 14:23

  • 
  • Erməniyə uduzan "azərbaycanlı" qaydasız döyüşçü barədə rəsmi açıqlama (VİDEO)

    Erməniyə uduzan "azərbaycanlı" qaydasız ...

    11-05-2016, 19:03

  • 
  • Azərbaycanlı QHT sədri erməniyə fəxri diplom verib

    Azərbaycanlı QHT sədri erməniyə fəxri diplom verib ...

    4-02-2014, 21:24

  • 
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Putin Sərkisyanı Moskvada tək qoydu

    Putin Sərkisyanı Moskvada tək qoydu ...

    18-09-2013, 11:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu