GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hüquq müdafiəçisinin qardaşına hücum edildi

Hüquq müdafiəçisinin qardaşına hücum edildi

Tarix: 11-05-2018, 15:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 490
Hüquq müdafiəçisinin qardaşına hücum edildi


Ötən gecə hüquq müdafiəçisi Taleh Xasməmmədovun qardaşı Valeh Xasməmmədova hücum edilib.

gundemxeber.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, Göyçay rayon Potu kənd sakini Əzizov Zahir Vahid oğlu hüquq müdafiəçisi Taleh Xasməmmədovun qardaşı Valeh Xasməmmədovu təxribata çəkmək niyyəti ilə, onun işlətdiyi kafeyə gəlmiş və orada stolun üstündə olan pivə bakalını götürərək V. Xasməmmədovu söyərək üstünə hücum çəkib, sonra Z. Əzizov əlindəki pivə bokalı ilə ilk olaraq onun başına zərbə endirib və sınıq şüşə ilə onun əl qoluna xəsarət yetirib.

Bildirilir ki, faktla bağlı vaxtında hüquq mühafizə orqanlarına müraciət edilsə də, hələ müvafiq tədbirlər görülməyib.

Əzizov Zahir Vahid oğlu həmin şəxsdir ki, illərlə Göyçay rayon Polis Şöbəsinin bir çox sifarişlərini icra etməklə yalan şahidlik və təxribata çəkmək kimi işlərdə iştirak etmişdir. 21 fevral 2015-ci il tarixdə Göyçay polisləri hüquq müdafiəçisi Taleh Xasməmmədovu sifariş əsasında həbsə almaq üçün həmin Zahir Əzizovu mebel mağazasının yanında onun üstünə göndərmiş və 20-yə yaxın polis əməkdaşı ilə yaxın məsafədən müşayiət etmişdilər. Z. Əzizov hüquq müdafiəçisinə yaxınlaşaraq onun qolundan tutub yerə yıxılmış və qışqırmağa başlamışdır. Dərhal çoxlu sayda polis əməkdaşları onları mühasirəyə almış və şəhərin mərkəzi küçəsindəki avtomobil yolunu kəsmişdilər. Guya ki, T. Xasməmmədov kimisə öldürmək və ya xəsarət yetirmək istəyir və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirir. Nəticədə guya 1 mülki şəxs Z. Əzizov və 4 polis əməkdaşı (rəis müavini Faiq İlyasov və 3 polis nəfəri olmaqla) müxtəlif bədən xəsarətləri almış, poqonları, şevronları sökülmüş, paltarları cırılmışdır. Həmin qondarma hadisəyə görə T. Xasməmmədovun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq hərəkətləri) cinayət işi başlanmış və o 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Baş verən hadisə ilə bağlı ehtimal edilir ki, Valeh Xasməmmədova qarşı edilən cinayət hadisəsi də məhz Taleh Xasməmmədovun azadlıqda qalmasına, onun hüquq-müdafiə sahəsində fəaliyyətinin davam etdirməsinə görə baş vermişdir. V. Xasməmmədova qarşı 2 il ərzində 4 dəfə oxşar hadisə baş vermiş və hər birində onun qanı axıdılmışdır. V. Xasməmmədov hesab edir ki, ona qarşı edilən cinayət sifarişli olduğundan bu iş əvvəlkilər kimi ört basdır ediləcək və heç kim qanuna müvafiq şəkildə məsuliyyətə cəlb olunmayacaq. O bildirir ki, “məni qardaşıma görə bu hala saldılar, Zahir Əzizov da hər kəsin bildiyi kimi polisin adamıdır və onu hər vasitə ilə qoruyacaqlar”.

19 aprel 2018-ci il tarixdə Göyçay rayonunda polis əməkdaşları hüquq müdafiəçisi Taleh Xasməmmədovu zorla Göyçay rayon Polis Şöbəsinə apararaq ona kabinetlərin birində kürəyindən xəsarət yetirərək, sonra həbs etmişdilər. Qondarma ittihama görə Taleh Xasməmmədov Göyçay rayon PŞ-də olduğu müddətdə 3 nəfər polis əməkdaşının poqonlarını sökərək onlara müxtəlif xəsarətlər yetirmiş olub. T. Xasməmmədov isə həmin cinayətin ona qarşı törədildiyini bəyan edərək özünü günahsız hesab etmişdir. Eyni zamanda polislərin özlərinəmüxtəlif xəsarətlər yetirərək onu şərləməsini bəyan etmiş olub. Buna baxmayaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanıb. 21 aprel 2018-ci il tarixdə Göyçay rayon məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildiyi səbəbindən “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və hal-hazırda da cinayət işi davam etdirilir.

Qeyd edək ki, eyni motivli cinayət hadisəsi ilə bağlı hüquq müdafiəçisi Taleh Xasməmmədov 12 noyabr 2011-ci ildə Ucar rayon Polis Şöbəsində həbs edilmiş, ona AR CM-nin 221.3 və 315-ci maddələri ilə cinayət işi başlanmış və Kürdəmir rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İttihama görə guya o, Ucar rayon Polis Şöbəsinə daxil olaraq əlində bıçaq polis əməkdaşlarına hücum çəkmiş, həmin şöbənin baş müstəntiqi Nazim Əhmədova, əməliyyatçısı Zahid Məmmədova və digər müstəntiq Mahir İsayevə müxtəlif bədən xəsarətləri yetirmiş, onların geyimlərini cırmış, poqonlarını sökmüş və söyüb təhqir etmişdir. Təxminən 1 saat 30 dəqiqə davam edən hadisədən sonra Taleh Xasməmmədovu danışıqlar yolu ilə sakitləşdirərək təslim etmiş olublar.

Göyçay rayon polis şöbəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüquq müdafiəçisi məhkəməyə aparıla bilər

    Hüquq müdafiəçisi məhkəməyə aparıla bilər ...

    20-04-2018, 14:39

  • 
  • Prokuror Taleh Xasməmmədova 4 il iş istədi

    Prokuror Taleh Xasməmmədova 4 il iş istədi ...

    22-07-2015, 13:33

  • 
  • Hüquq müdafiəçisinin anası müraciət etdi: "O, hər an ölə bilər"

    Hüquq müdafiəçisinin anası müraciət etdi: ...

    10-03-2015, 11:08

  • 
  • “Biz onu itirə bilərik”

    “Biz onu itirə bilərik” ...

    11-02-2016, 19:25

  • 
  • Hüquq müdafiəçisinə qarşı cinayət işi qaldırılıb

    Hüquq müdafiəçisinə qarşı cinayət işi qaldırılıb ...

    23-04-2018, 11:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu