Həbsdə olan hüquq müdafiəçisinin həyat yoldaşı müraciət yaydı Həbsdə olan hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlərlə bağlı, onun həyat yoldaşı Fəxriyyə xanım Xasməmmədova müraciət yayıb. O, müraciətini “Gündəm Xəbər”in redaksiyasına göndərərək yayılmasını xahiş edib. Biz də “Gündəm Xəbər” qəzeti olaraq, daxil olan müraciəti çoxsaylı oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bilirik. Müraciətdə deyilir; “Həyat yoldaşım Xasməmmədov Taleh Vidadi oğlu bir ildir ki, günahsız olaraq həbsdədir. Həbsinin səbəbi Göyçay rayon məmurlarının sifarişidir. 03.01.2016- cı il tarixində qızlarımızı da götürüb 17 saylı cəza çəkmə müəssisəsində olduq. Onunla görüşdük. Yoldaşım çox narahat idi. Özünü çox pis hiss edirdi. Ağrıları bir anda olsun ara vermirdi. Baş ağrısı, bel ağrısı, sinir ağrılarından çox əziyyət çəkir. Taleh bu ağrıları ilə əlaqədar olaraq həkim tərəfindən müayinə olunduğunu, yaxınlarda müalicə müəssisəsinə göndəriləcəyini mənə bildirdi. Lakin üstündən bir aydan çox keçməsinə baxmayarağ nədənsə yoldaşımın müalicə müəssəsinə göndərilməsi üçün razılıq verilmədi. Mən Ədliyyə nazirliyinin Penitensiar Xidməti başda olmaqla aidiyyatı orqanlardan Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlə bağlı müraciət edirəm. Əgər Taleh vaxtinda müalicə olunmazsa biz onun daha da pis virusa, xəstəliklərə yoluxacağından çox narahatiq. Bu isə bir ailənin başçısını itirmək deməkdir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən, Ombudsmandan, İnsan Hüquqları üzrə İşçi qrupundan, hüquq müdafiəçilərindən Taleh Xasməmmədova baş cəkərək vəziyyəti ilə yaxından maraqlanmalarını, onun müalicə müəssisəsinə göndərilərək müalicə olunmasına köməklik göstərmələrini bir ana kimi çox xahiş edirəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?