GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar

“Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar

Tarix: 14-05-2018, 11:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 364
“Koroğlu” MMC-də Eldar Mahmudov çetesinin izləri - sensasion faktlar


Şirkətdə borc bataqlığına salınan işçini soyunduraraq videosunu çəkiblər; işgəncələrə dözməyən işçilər intihar ediblər...

İctimai vəkil Samir Zeynalov “Koroğlu” MMC-də baş verən cinayət xarakterli işlərlə, habelə digər qanunsuzluqlarla bağlı geniş məlumat verib. Onu dinlədikcə göz önünə Eldar Mahmudovun rəhbərlik etdiyi “MTN çetesi”nin vaxtı ilə törətdiyi qanunsuzluqlar göz önünə gəlir. Samir Zeynalov deyir ki, şirkətdə adam oğurluğu, işçilərin qanunsuz azadlıqdan məhrum edilməsi, iplə boğma, vəhşicəsinə döymə kimi hallar adiləşib. İşçilərə qarşı cinayətlər araşdırılmır deyə hər dəfə daha geniş miqyaslı qanunsuzluqlar baş verir.

Samir Zeynalov bildirir: “İctimaiyyət nümayəndələrimiz, QHT mənsublarımız və səlahiyyətli dövlət mənsublarımız uzun müddətdir ki, ölkəmizdə reketçiliyi, qanunsuzluqları və anti-sosial əməli fəaliyyəti ilə nüfuz qazanan ”Koroğlu" MMC şirkəti haqda səslənən təkzib olunmaz faktlarla tanış olmaqdadırlar. Buna baxmayaraq dövlət və cəmiyyət adına hədsiz zərər vuran əməllərə birbaşa sahiblənən “Koroğlu” MMC barəsində qanuna müvafiq tədbirlərin görülməsi bilinməyən səbəblərdən dolayı bu günə qədər gecikir. Qeyd edim ki, bu şirkət məhkəmə-hüquq işləri üzrə tarixi-praktikada ən çox adı hallanan şirkətdir. 1992-ci ildə təsis olunan “Koroğlu” MMC ölkəmizə qənnadı məmulatlarının idxalı, müxtəlif adlar və çeşidlər üzrə istehsalı ilə məşğuldur. Şirkətin hazırkı icraçı direktoru Rəşad Əliyevdir. Bundan əvvəl isə hazırkı vəzifəni “Koroğlu” MMC-nin neqativ fəaliyyəti ilə bağlı ən çox adı hallanan Rəşad Əliyevin əmisi Tahir Əliyev icra edirdi. Şirkət şəbəkə marketlər, kiçik sahibkarlıq üzrə fəaliyyət göstərən mağazalara və digər istehlakçı sifariş subyetlərinə ölkəyə idxal etdiyi və istehsal etdiyi məhsulların dağıtımını həyata keçirir. Şirkət birmənalı olaraq marketinq prinsipi ilə məhsullarının satışını gerçəkləşdirmir. İstehlak bazarında qənnadı məmulatlarına hər zaman tələbatın olduğunu nəzərə almaqla məhsulları məcburi olaraq ticarət nümayəndələrinin adına buraxılır. Hər bir vətəndaş ticarət nümayəndəsi işinə qəbul olunarkən aylıq nəzərdə tutulan plan-limiti təmin etmə kimi öhdəliyə yiyələnir. Belə ki, bir işçinin adına aylıq məcburi olaraq çıxan 10-20 min manatlıq malların satışından həmin işçilərə maaş olaraq həmin malların maliyyə dəyərinin 16-20 faizi miqdarında nominal əmək haqqı ödənilir. Real əmək haqqı isə bağlanılan əmək müqaviləsinə görə ənənəvi olaraq minimum əmək haqqından cüzi miqdarda yüksək olmaqla - 177, 180 AZN civarında göstərilir(vergidən yayınma). Qeyd edim ki, ticarət nümayəndələrinin adına çıxan malların satışı gerçəkləşmədikdə, həmin malların son istifadə tarixinin bitməsinə görə külli miqdarda şirkətə qaytarılması səbəbindən bu mıhsulların maliyyə dəyərinin 90 faizi həcmində işçilərə cərimə tətbiq edilir. Həmin andan etibarən cərimə sanksiyasına məruz qalmış işçilər “Koroğlu” MMC rəhbərliyinin ağır borc köləliyi altında çalışmağa ya məhkum olurlar, ya da adlarına yazılmış cərimə borclarını ödəməyə məcbur olurlar".

Onun sözlərinə görə, nəticə etibarı ilə şirkət rəhbərliyi hər bir halda özünü sığorta etməklə bərabər, öz işçisinə və cəmiyyətə misilsiz maddi-mənəvi zərər vurur: “Bu barədə daha dəqiq olaraq analoji faktlara diqqət yetirməkdə fayda var: Şirkətin keçmiş ticarət nümayəndəsi Namiq Məmmədov bildirir ki, 2010-cu ilin avqustunda o, şirkətin Sabunçu rayonunda yerləşən ofisinə çağırılıb (metronun ”Koroğlu" stansiyası və “Bakıxanov” qəsəbəsi arasındakı yol). Orada icraçı direktor Tahir Əliyevin iştirakı ilə ondan firmaya 20 min manat borcunu ödəməyi tələb ediblər. O, borcu olduğunu etiraf etməkdən imtina etdikdə amansızcasına döyülüb. Sonra onu şirkətin hüquq şöbəsinin rəhbəri kimi adı keçən Emin Babaşovun başçılığı altında çılpaq soyunduraraq kamera ilə çəkiblər və müəssisə əməkdaşları arasında həmin videonu yayıblar. Bundan sonra ağır vəziyyətdə olan Məmmədovu məhsul verdiyi mağazalardan pul toplamaq üçün Şirvan şəhərinə aparıblar. Növbəti gün onu yenidən şirkətin ofisinə çağırıblar, yenidən döyüblər və çəkilmiş kadrları internetdə yayacaqları ilə hədələyiblər. Bundan sonra Məmmədov borcunu etiraf etməsi barədə kağız imzalayıb. İndi onu təqib edərək pulları tələb edirlər.

“Koroğlu”da vəhşicəsinə döyülən işçiyə həkimlər beyin və daxili orqanlarının zədələnməsi diaqnozu qoyub!

Tusi adına klinikanın həkimləri tərəfindən beyni və daxili orqanlarının zədələndiyi təsdiq olunmuş Namiq Məmmədov Türkiyəyə qaçmaq məcburiyyətində qalıb.

Namiq Məmmədovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət etməkdən qorxurdular. Belə ki, “Koroğlu” MMC onları müxtəlif dövlət orqanlarında yüksək vəzifəli himayədarları olduğu ilə hədələyirdi. Yalnız bu ilin aprelində ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizə elan etməsindən sonra Namiq Məmmədovun anası Südabə Məmmədova oğlunun başına gələnlər barədə mətbuata danışmağı qərara alıb. DİN rəhbərliyi buna reaksiya verib və Sabunçu polisinə faktları araşdırmağı tapşırıb. Lakin 12-ci polis bölməsi zərərçəkmişin şikayətinin olmadığını əsas gətirərək, cinayət işi başlamayıb. Qeyd edim ki, hüquq-mühafizə orqanlarına bəlli olan ağır cinayət işləri üzrə zərərçəkmiş şəxsin şikayət ərizəsinə ehtiyac duyulmur. Belə ki, şirkət rəhbərliyi tərəfindən insan oğurluğu, hədələmə, döymə, hədə-qorxu və işgəncə yolu ilə pul tələb etmə, qanunsuz həbsdə saxlamaq kimi bir sıra ağır cinayətlər törədilib".

İşçini vəhşicəsinə döyüb atasını girov götürüblər!

Şirkətin digər keçmiş əməkdaşı Elgün Teymurov da analoji səbəblərlə döyüldüyünü qeyd edir. Bundan başqa, onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar. Şirkətin daha bir əməkdaşı Mirrəhim Qənizadənin də atasının və əmisi oğlunun başına eyni oyun açılıb. Qənizadə öz avtomobilini şirkətin “cəza qrupunun” üzvlərindən birinin adına keçirdikdən sonra onları buraxıblar.

“Koroğlu”da işgəncə otağı var!

O, digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov saxlanılması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var.

Şirkətin keçmiş əməkdaşı Vəkil Quliyevin də paltarlarını soyundurub videoya çəkiblər: “Şirkətin rəhbəri Tahir Əliyev gəlib istehza ilə deyib ki, Prezident Administrasiyasında da, prokurorluqda da mənim adamlarım var, istədiyim adamın başına oyun açaram. Polisə getsəniz, onları da susduracağıq”.

Şikayətçi deyir ki, “Koroglu” MMC-nin rəhbəri Tahir Əliyev dəfələrlə iclas keçirərək işçiləri təhdid edib: O deyib ki, “kimin pulu mənim pulumdan çoxdur? Kim bizdən böyükdür? Bu ölkəni idarə edən qollardanıq. Özünüzü yığışdırın, çaşmayın”.

“Gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər”

Şirkətin keçmiş əməkdaşı Arif Əliyev deyib ki, işgəncə halları “Koroğlu” şirkətində artıq normaya çevrilib: ‘’Mən uzun zaman orda işləmişəm. Bir dəfə öz gözlərimlə gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər. Pilləkəndən sürüyə-sürüyə yuxarı qaldırdılar. Saleh huşun itirdi. Tahir Əliyev özü gəlib Salehin dilini çölə çıxarıb qucagına alıb apardı. Çünki qorxurdular ki, ölüb üstlərində qalar. Şirkət “vorzakon”luqla məşğuldur. Müəyyən nüfuzlu şəxslərin adını hallandırır və əllərindən nə gəlirsə edirlər. Balalarımın canına and olsun, şirkətdə işləyənlərin hamısının bütün məsələlərdən xəbəri var".

“Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb!”

Şirkətin digər keçmiş və həbs edilən əməkdaşı Fuad Əzimovun anası Zöhrə Əzimova isə təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, MMC rəhbəri T.Əliyev oğluna vaxtı keçmiş mal yollayıb və buna görə ondan 780 min manat pul tələb edib. T.Əliyevdən şikayət edəndə isə “Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb” sözlərini eşidib.

Şirkətin keçmiş əməkdaşı Asif Rəhimovu da analoji qondarma ittihamlara və bərbad, qanunsuz iş sisteminə görə döyüb evinin kupçasını əlindən alıblar.

“Koroğlu” saxta qaimə-fakturalarla külli miqdarda vergidən yayınır"

Şirkətin keçmiş əməkdaşı Rauf Əliyev 5 il əvvəl - 2013-cü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. Rauf Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra yenə də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra məsələni aydınlaşdırıb, buna etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

Rauf Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Elə bundan sonra da Rauf Əliyevin qara günləri başlayıb. Həmin kəsiri dolayısı ilə elə onun özünün “ayağına” yazıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.Ona qarşı irəli sürülən ittiham isə heç bir sübuta malik olmamaqla bərabər, bumeranq xarakterlidir. Belə ki, “Koroğlu” MMC-in ittiham üzrə istifadə edilən saxta qaimə-fakturalar külli miqdarda vergidən yayınma faktıdır.

Samir Zeynalov bildirir ki, “Koroğlu” MMC-nin apardığı qanunsuzluqlara, özbaşınalıq hərəkətlərinə dözməyərək, intihar etmiş şəxslər də çox təəssüflər olsun ki, mövcuddur: “Həmin şəxslərin də adlarını təqdim edirəm:

İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ( İntihar tarixi 14.05.2014).

Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Xəyyam Vüsal oğlu Nağıyev (İntihar tarixi 05.12.2011).

Göründüyü kimi, “Koroğlu” MMC-nin rəhbərlik səviyyəsində neqativ təmayüllü uzun tarixi əhatə edən əməlləri mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti haqqında real təsəvvür yaradır. Nəticə etibarı ilə onu da qeyd edim ki, “Koroğlu” MMC tərəfindən istehlaka təqdim edilən mallar külli miqdarda son istifadə müddətləri bitməsinə rəğmən belə müəssisədə yenidən qablaşdırılaraq istehlaka təqdim edilir. Bununla da ölkə miqyasında görünməmiş antimilli, antisosial, xəyanət tərkibli əməllərə imza atılır".

Qeyd: Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Koroğlu” MMC öz işçilərini necə “kor” qoyur

    “Koroğlu” MMC öz işçilərini necə “kor” qoyur ...

    30-04-2018, 11:00

  • 
  • “Koroğlu” körpüsündə yenə intihar cəhdi

    “Koroğlu” körpüsündə yenə intihar cəhdi ...

    3-12-2014, 01:16

  • 
  • Eldar Mahmudovun qohumuna və Aparat rəhbərinə 13 il, qalanlara şərti cəza

    Eldar Mahmudovun qohumuna və Aparat rəhbərinə 13 ...

    27-07-2017, 12:52

  • 
  • Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir addım yaxınlaşdırdı...

    Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir ...

    27-05-2016, 01:13

  • 
  • Kassasiya şikayətinin vaxtı məlum oldu — RABİTƏ İŞİ

    Kassasiya şikayətinin vaxtı məlum oldu — RABİTƏ ...

    27-01-2018, 12:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu