Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində yaranan vəziyyət olduqca acınacaqlıdır.
gundemxeber.az dosye.org-a istinadla bildirir ki, bu barədə məlumat verən mənbə vurğulayır ki, baş həkim Mehriban Abasquliyeva xəstəxanaya şəxsi biznesi kimi nəzarət edir. Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, yada yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir.
Bu günlərdə(adı şərtdir) 2 saylı Doğum Evində övlad dünyaya gətirən qadın bir daha ana olmaq istəmədiyini bildirir. Onun dediyinə görə, Mehriban xanımın tələbləri olduqca yüksək səviyyədədir. Elə bu səbəbdən orda yatan xəstələr mütləq imkanlı olmalıdır. Əks təqdirdə müraciət edən xəstələr acı hallarla qarşılaşır. Digər bir məlumatda isə bildirilir ki, baş həkimin müavini Xanımqız Paşayevanın rolu pulyığmadan ibarətdir.
Maraqlısı budur ki, 2 saylı Doğum Evində açılan “bazar” Səhiyyə Nazirliyi tərəfindən təbbi qarşılanır. Sanki doğum evləri gəlirli obiyekt kimi istifadəyə verilib. Bir daha nəzərinizə çatdıraq ki, 2 saylı Doğum evi Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Doğum evi fəaliyyətə başladığı gündən qadınlara doğuşayardım xidməti göstərməlidir. Lakin təəsüflər olsun ki, 120 çarpayıdan ibarət olan xəstəxanada böyük narazılıqlar yaranıb.
Məlumat redaksiyaya daxil olarkən dərhal baş həkim Mehriban Abasquliyeva ilə telefon əlaqəsi yaratdıq. Telefon zəngimizə cavab verən şəxs özünü baş həkimin köməkçisi kimi təqdim etdi və məsələnin mahiyyəti barəsində Mehriban xanıma məlumat verəcəyini söylədi. Dosye.org olaraq bildiririk ki, daxil olan məktubla bağlı aidiyyəti orqanlara rəsmi məktub ünvanlanacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?