Bir neçə gün əvvəl doğuma hazırlaşdırdığı pasiyenti ilə rəqs edən həkimin görüntüləri sosial mediada böyük maraqla qarşılanmışdı. Bu hadisəni bizim üçün daha da maraqlı edən isə həmin həkimin azərbaycanlı olması idi. Söhbət Ruslan Xanbutayevdən gedir. Rusiyadakı əməkdaşımız Şəhriyar İmanbəyli onunla görüşüb və hər kəsin marağına səbəb olan həmin görüntülər ətrafında söhbət edib.
Doğuşa hazırlıq palatasını diskotekaya çevirdi və sanki klubdaymış kimi pasienti ilə rəqs etdi. gundemxeber.az xezerxeber.az-a istinadən bildirir ki, bu görüntülər sosial mediada izlənmə rekordu qırdı. Moskvada doğum evlərindən birində lentə alınan bu görüntünün həkim qəhrəmanı azərbaycanlı ginekoloq Ruslan Xanbutayevdir. 68 saylı doğum evində çalışan həkim bu hadisənin pərdəarxasını danışıb... Əslində Ruslan Xanbutayevin məqsədi belə bir video ilə sosial media istifadəçilərinin diqqətini çəkmək olmayıb. Hətta belə bir video-çəkilişlə bağlı fikir elə pasiyentin özünden gəlib. Doğuş sancısı çəkən Mariya Malışevaya öz ağrılarını azaltmaq üçün palatada belə bir diskoteka effekti oyatmaq istəyib. Onlar video çarxı öz daxili auditoriyaları üçün hazırlamağı planlaşdırıblarmış. Amma nəticə gözlədiklərindən fərqli olub. Ruslan Xanbutayev belə bir halın ilk dəfə baş vermədiyini deyib. Onun sözlərinə görə, dünyada ilk dəfə doğuş ərəfəsində həkim və pasiyentin rəqs etməsi Fransada olub. Onu da deyək ki, Ruslan Xanbutayev əvvəllər Bakıda Milli Onkologiya Mərkəzində çalışıb.
Sorğu
Yeni dizaynımız necədir?