Şirvanda Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Könül Abbasova haqda ciddi ittihamlar var
Belə aydın olur ki, baş həkimin işi əlillərin bərpası ilə bağlı fəaliyyət deyil.
K.Abbasova ictimaiyyət arasında utanacaq addım atıb. Həmin Mərkəzdə qazanxana maşinisti vəzifəsində çalışan 57 yaşlı Vidadi Paşayevi aşağılayıb.
gundemxeber.az bildirir ki, bu haqda xeberfakt.az yazıb. V.Paşayev mətbuata K.Abbasovanın aidiyyatı orqanlar tərəfindən cəzalandırılmasını tələb edib.
57 yaşlı Vidadi kişi müraciətində qeyd edib ki, 2011-ci ildən Şirvan Əlillərin Regional Bərpa Mərkəzində çalışır. Dediyinə görə, bu vaxta qədər işində heç bir nöqsana yol verməyib.
“Məsuliyyətlə işimə yanaşaraq, öz vəzifə borcumu layiqincə yerinə yetirmişəm. Şirvan şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzinə Könül Abbasova 2017-ci ildə baş həkim təyin olunana qədər əmək fəaliyyətimdə heç bir narazılıq olmayıb.
Könül Abbasova baş həkim təyin olunan gündən bütün işçiləri təhqir etməkdən, o cümlədən şəxsən mənim şərəf və ləyaqətimi alçaltmaqla kifayətlənməyib.
O, Mərkəz üçün şəxsi hesabina aldığı uzun ölçülü xalçaların, həmçinin Mərkəzə quraşdırılan video kameraların pulunu hər ay maaşımızdan tutur.
Üstəlik, Bakıdakı evinə gedərkən yolda avtomobilinin şüşəsi sınmışdı, onun da pulunu bizdən çıxardı”.
Mərkəz işçisi əlavə edib ki, ildə dörd dəfə xüsusi bayram günləri qeyd olunur: “Həmin günlərdə aldığımız əmək haqqının üzərinə əlavə olaraq yazılan 50 manat bizə çatmır. Onu da əlimizdən hədə-qorxu ilə alan Könül Abbasova mərkəzi bazara çevirib”.
K.Abbasovanın adı mətbuatda neqativ hadisələrdə hallanır.
Bundan əvvəl də qazanxana maşinisti vəzifəsində işləyən 3-cü qrup əlil Ramin Şərifov da gerçəkləri danışmışdı.
Belə ki, keçmiş nazir Səlim Müslümovun göstərişilə Mərkəzə rəhbər təyin edilmiş K.Abbasova işçilərinə “qan uddurur”.
R.Şərifov K.Abbasovanın əlindən bezdiklərini söyləmişdi. Şərifovu uzun müddətdir ki, bir ştat işlədərək yarım ştatın əmək haqqını verirmiş.
Dövlət tərəfindən işçilərə verilən bayram pullarını K .Abbasova tərəfindən mənimsənilməsini o da təsdiqləmişdi.
Ölkəmizin Başçısı Cənab Ilham Əliyevin, o cümlədən onun xanımı 1 ci Vitse Prezident Mehriban Əliyevanın əlillərə olan xüsusi diqqət və qayğısı, əlillər haqqında qanunda da öz əksini tapmışdır ki, bu da əlillərin cəmiyyət həyatının, iqtisadi, siyasi və sosial sahələrində başqa vətəndaşlarla bərabər iştirak etməsinə təminat verir.
Daim öz uzaqgörən siyasətilə hər bir işdə örnək olan prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz kimi " Əlillərin başqa vətəndaşlarla bərabər hüquqlu iştirak etmə", həmçinin onların sosial rifahının yaxşılaşdırılması yönümündə göstəriş və tapşırıq verir.
Bu il Şirvan şəhər İcra Hakimiyyətinin o cümlədən dövlət büdcəsindən maliyyələşən yerli idarə və təşkilatların nümayəndələri, Regionlardan əzab əziyyətlə gəlmiş arabaya məhkum əlillərin və digər fiziki imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgisində iştirak etməyi özlərinə yaraşdırmadılar.
Bu bir rəzillikdir. Bu əlillərə yuxarıdan aşağı baxmaq və onları əzmək deməkdir. Prezidentin “Əlillərin sosial rifahının yaxşılaşdırılması" tapşırığına məhəl qoymamaqdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?