“Azerros” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun deputat Vladimir Jirinovskinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Rusiya baş prokuroruna etdiyi müraciətə “Sank-Peterburqun Azərbaycan diasporası” və Moskva əyalətindən azərbaycanlıların regional milli-mədəni muxtariyyatı da qoşulub. “gundemxeber.az” qurumun saytına istinadən xəbər verir ki, A.Abbasova Sank-Peterburqun Azərbaycan diasporasının rəhbəri Heydər İmanovun adından ünvanlanan müraciətdə bildirilir ki, Jirinovski ilə bağlı baş prokurora göndərilən məktubda yazılan bütün müddəalarla tamamilə razıdırlar. Azərbaycanlıların regional milli-mədəni muxtariyyatının rəhbəri Qalib Ağayev adından göndərilən müraciətdə isə qeyd olunur ki, onlar da Abbasovun müraciətini dəstəkləyirlər və Jirinovskinin deputat mandatının ləğv edilməsi ilə bağlı prosedurlara başlamağa hazırdırlar.
Sorğu
Yeni dizaynımız necədir?