GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Uşaq musiqi məktəbindəki haqsızlıqlar kimlərin iç üzünü açır?

Uşaq musiqi məktəbindəki haqsızlıqlar kimlərin iç üzünü açır?

Tarix: 25-05-2018, 20:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 330
Uşaq musiqi məktəbindəki haqsızlıqlar kimlərin iç üzünü açır?


22 may 2018-ci il tarixdə Gundemxeber.az saytında Göygöl rayon Xəqani kənd uşaq musiqi məktəbində yaşanan acınacaqlı durumla bağlı “Prezidentin iradlarına məhəl qoymayan direktor iş başında” başlıqlı açıqlama dərc etmişdik.

Yəni, həmin açıqlamada yazıb qeyd etmişdik ki, adı çəkilən təhsil müəssisəsinə rəhbərlk edən Bağırova İradə Kamal qızı uzun illərdir ki, rəhbərlik etdiyi uşaq musiqi məktəbində idarəetməni elə bir formada həyata keçirir ki, baş verənləri eşidib görən hər kəs “ya kar, ya da ki, kor olur”. Açıqlamada o məqama da toxunmuşduq ki, xanım Bağırovanın hər cür qanunsuzluqlara qol qoymasının kökündə bir çox amillər əsas səbəb olub. Bunların içərisində ən əsası isə, uşaq musiqi məktəbinin sanki ailə məktəbinə çevrilməsidir. Onu da vurğulayaq ki, açıqlamanın dərcindən sonra İradə xanımın əməlləri ilə bağlı məlumatlı olan hər kəs redaksiyamızla əlaqə saxlayıb, hətta bizimlə həmrəy olduqlarını da bildirirdilər. Çünki, biz həqiqətləri açıqlayıb yaşananları hər kəsin diqqətinə çatdırırdıq. Adicə bir məqama da toxunaq ki, ünvanlanan müraciətlər əsasında İradə Bağırovanın rəhbərlik etdiyi bu təhsil müəssisəsində hüquq-mühafizə orqanı əməkdaşları araşdırmalar apararkən, direktorun rəfiqəsi Arzu müəllimə Afət Əliyevanın, Ruhiyə müəllimə Bayram Bağırovun, Günatay müəllimə isə digər bir müəllimin əvəzinə prokurorluq orqanı əməkdaşlarına təqdim olunurlar. İradə Bağırovanın qızı Günelin, Lamiyə adlı əməkdaşının işə qəbulla bağlı Mədəniyyət Nazirliyi tərəfindən keçirilən test imtahanından keçə bilməmələri və hal-hazırda uşaq musiqi məktəbində işləmələri baş verən korrupsiya faktlarıdır. Qız nəvələrinin Mehdiyeva Fatimə və Sevilin Moskvada yaşamaları, orada təhsil almaları, eyni vaxtda adlarının musiqi məktəbində getməsi ayrıca bir faktdır. Daha bir maraqlı fakt isə, məktəbdə gördüm deyən olmayan Şabanova Yulyananın, musiqi məktəbində müəllim işləməsinə yol vermədiyi halda onun məktəbdə 36 saat dərs saatı almasıdır. Bütün bunlardan əlavə musiqi məktəbindən şikayət edənlərdən və əldə etdiyimiz məlumatlardan da məlum olur ki, bir müddət öncə Göygöl rayon Xəqani kənd uşaq musiqi məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə artıq müraciət olunur. Buna baxmayaraq, hələ də məktəbdəki "ölü canlar”ın maaş kartından kimin və ya kimlərin maaş alması faktı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən aydınlaşdırılmayıb, ya da ki, aydınlaşdırılmaq istənilməyib. Buna da səbəb, "Kapital Bank"ın Göygöl şöbəsinin rayon prokurorluğuna Xəqani kənd uşaq musiqi məktəbinin işçilərinin maaş kartları ilə bağlı təqdim olunan diskdə əmələ gələn nasazlıq əsas gətirilir. Yəni, alınan maaşların bank terminallarında olan görüntülərində, işçilərin hər ay maaşının kim tərəfindən alınma görüntüsünün təqdim olunduğu yaddaş diskində guya “texniki nasazlıq” olub. Həmin diskdəki “texniki nasazqlıq” "ölü canlar"ın kimlər olması, maaş kartlarından kimlərin yararlanması faktı bu gün də aydınlaşdırılmayıb. Belə bir halların da varlığı, hələlik çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olmaqdadır.Yəni, bu cür hallar bir deyil, beş deyil.

Uşaq musiqi məktəbindəki haqsızlıqlar kimlərin iç üzünü açır?


Problemin diqqəti cəlb edən və hər kəsi düşündürən tərəfi isə ondan ibarətdir ki, Gundemxeber.az saytı olaraq biz problemləri ictimailəşdirib həlllinə çalışırıq. Amma bəzi media qurumları isə, bizim yazdıqlarımızın əleyhinə müəyyən açıqlamalar dərc edib açıq-aşkar şəkildə İradə Bağırovanın muzdlu nökərinə çevrilir və “ağa”larından almış olduqları sifarişləri yerinə yetirirlər. Belə media qurumlarından biri də, Teref.info saytıdır. Adından bəlli olduğu kimi, bu sayt həqiqəti deyil, kiminsə tərəfini saxlamaqla məşğul olur. Hətta, dərc etdikləri açıqlamalarda “Gundəm Xəbər” qəzetinin Qərb bölgəsi üzrə müxbiri Mehriban Əzizqızını savadsızlıqda, jurnalist etikasına sığmayan əməllərə qol qoymaqda da ittiham edir. Elə ki, 24 may 2018-ci il tarixdə Teref.info saytında dərc olunmuş “Musiqi məktəbinin direktoru ittiham edir: “Mediya yalan məlumatlar ötürürlər!!”-İTTİHAM başlıqlı məqaləni oxuyrsan, o halda hər şey hər kəsə gün təki aydın olur. Yəni, bu başlıq adı altında dərc olunan məqalə olduqca qüsurlu, olduqca savadsız, hətta Azərbaycan qrammatikasından elementar təsəvvürü olmayan şəxs tərəfindən hazırlandığından, Teref.info saytı redaksiyası əməkdaşlarının hazırlıq göstəricisinə qarşı ictimai münasibət sərgiləmək də mümkün olur.
Teref.info-nun daha bir uğursuz addımı isə ondan ibarətdir ki, məqalə müəllifi Mehriban Əzizqızını həyat yoldaşına görə də ittiham edir. Yəni, sayt əməkdaşı hələ dərk edə bilmir ki, bu gün hər bir şəxs tutduğu əmələ görə qanun qarşısında məsuliyyət daşıyır. Tutaq ki, adı çəkilən xanımın həyat yoldaşı hansısa zaman çərçivəsində hansısa addımını atıb və buna görə də məhkum olunub. Belə ki, o, Qanun qarşısında cəzalandırılıb. Bu belə olduğu halda Teref.info-nu vadar edən səbəb nədir ki, açıqlamada bu cür ucuz və sərsəm mövqe nümayiş etdirir. Hətta, dərc olunan açıqlamanın giriş hissəsində bildirilən mövqe saytın mövqeyi kimi dərc olunsa da, mətnin sonunda isə həmin məqamlar inkar olunur. Daha sonda isə, ümumi mövqe Göygöl rayon Xəqani kənd uşaq musiqi məktəbinin direktoru Bağırova İradə Kamal qızının adından verilir. Dərc olunan məqalədə Mehriban Əzizqızı ilə bağlı dərc olunanlara diqqət yetirib belə bir qənaətə gəlmək mümkündür ki, məqalə ümümi söz yığnağından ibarət olmaqla bərabər, eyni zamanda olduqca savadsız və qüsurlu hazırlanıb. Ona görə də Teref.info-ya məsləhət görərdik ki, bu cür savadsız və məntiqsiz məqalələr dərc etməklə özünüzü geniş ictimaiyyət arasında biabır etməyin, özünüz jurnalistikaya ləkə olduğunuz halda, kimlərisə ləkə olmaqda ittiham etməyin. Daha yaxşı olar ki, Azərbaycan qrammatikası haqda elementar təsəvvürə sahib olmaq üçün, bu sahədə kifayət qədər iş təcrübəsi, savadı, peşəkarlığı olan yazarlardan öyrənməyə çalışın. Yoxsa...

Uşaq musiqi məktəbindəki haqsızlıqlar kimlərin iç üzünü açır?


Hörmətli oxucular! 24 may 2018-ci il tarixdə Teref.info saytında dərc olunmuş “Musiqi məktəbinin direktoru ittiham edir: “Mediya yalan məlumatlar ötürürlər!!”-İTTİHAM başlıqlı məqaləni oxuyun və öz qiymətinizi verməyə də çalışın. Odur ki, dərc olunan məqalənin nöqtə, vergülünə belə toxunmadan onu olduğu kimi sizlərə təqdim edirik.
Gundemxeber.az


Musiqi məktəbinin direktoru ittiham edir: "Mediya yalan məlumatlar ötürürlər!!" - İTTİHAM
Tarix: Dünən, 19:25


Teref.info-nun elektron poçtuna gələn bu şikayət məktubunu oxuculara təqdim edirik!
Hörmətli “Göygöl musiqi məktəbi korrupsiya bataqlığında boğulur” "Jurnalistə xəbər etsən 500 manati qaytarib səni işdən cixardacam" ve "Prezidentin iradlarina məhəl qoymayan məktəb müdiri"adlı yazını oxuyan oxucular əfsuslar olsun ki,bu gün namuslu və vicdanlı dövlət məmurlarını heç bir səbəb olmadan ləkələyən,öz şəxsi mənafeyini hər şeydən üstün tutan və nəhayət jurnalistikadan xəbəri olmayan bəzi "jurnalistlər" var və həmin "jurnalistlər" bu gün Azərbaycan mətbuatına qara ləkədir. Bu cür "jurnalist" lərə qarşı müxtəlif tədbirlər görülməsinə baxmayaraq bu bəzi qara piarla məşğul olan dırnaq arası "jurnalist" lərə dərs olmayıb.Belə "jurnalist" lərdən biri də,hazırda Gəncə şəhərində yaşayan Gəncə və Gəncə ərtafı rayonlarda sözün əsl mənasında at oynadan,reketçiliklə məşğul olan Ələsgərova Mehriban Əziz qızıdır.Heç bir "jurnalist" lik təhsili olmayan vaxtilə fizika müəllimi işləmiş, lakin müəllimliyin öhdəsindən gələ bilməyəndən sonra məktəbdən çıxmış və asan yolla pul qazanmaq yəni jurnalistlik həvəsinə düşmüşdür.Bu minvalla bir neçə qazetlərdə vəsiqə alıb işləmişdir.Hətta 3-4il bundan qabaq vətəndaşlardan nahaq yerə pul tələb etdiyinə görə “Təzadlar” qazetindən qovulmuş və bu barədə qazetdə rəsmi məlumat verilmiş, vəsiqəsi əlindən alınmışdır. Ancaq bu xanım "Təzadlar" qazetindən qovulmasına baxmayaraq hər yerdə eyni zamanda bizim idarədə "Təzadlar" qazetinin müxbiri oldugunu demişdir.

Hal-hazırda isə "Gündəmxəbər" qazetinin qərb bölgəsi üzrə müxbir işləyərək öz əməllərindən əl çəkmir,şəxsi mənafeyini əlində tutaraq namuslu dövlət məmurlarından ora-bura qərəzli şikayət ərizələri yazır.Əminliklə sizə bildirirəmki,Gəncə və Gəncəbasar rayonlar bu xanımın qərəzli yazılarından bezib.Dəfələrlə Gəncənin icra başçısı cənab Elmar Vəliyevin bu xanima iradı belə bunun dırnaq arası fəaliyyətinə son qoya bilməyib.Gündəm Xəbərin rəsmi internet saytında bunun dərc etdikləri ancaq və ancaq vicdanlı dövlət məmurları haqqında əsassız və qərəzli şəkildə yazılardır.Bundan əlavə yazıb nəzərinizə çatdırıram ki,xanım "jurnalist" in həyat yoldaşı Ələsgərov Şahin Azərbaycan Respublikasınin Cinayət məcəlləsinin müxtəlif maddələri ile uzun müddətdir hebsxanada cəza cəkir.
Mən Bağırova İradə Kamal qızı Göygöl rayon Xəqani kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərirəm.2016 ci ilin sentyabr ayından başlayaraq bu jurnalist dəfələrlə heç bir icazəsi olmadan mənim otağıma daxil olur ve heckimdən çəkinməyərək müəllimlərin yaninda məndən 5000 manat məbləğində pul tələb edir,verməyəcəyim təqdirdə isə “səni işdən çıxardartdıracam,sənin haqqında müxtəlif dövlət qurumlarına şikayət edəcəm qərəzli yazılar dərc edəcəm”deyir.01.02.2018 ci il 27.02.2018 və 23.05.2018 ci il tarixdə isə həmin jurnalist xanım Gündəm Xəbər internet saytına mənim şərəf və ləyaqətimi alçaldan yazılar dərc edir.

Mənim haqqımda yazılan bu məqalə bizim məktəbin işgüzar nüfuzuna zərbə endirir.Məktəbdə buna xəbərçi rolu oynayan öz qohumu fortepiano müəllimi Verdiyeva Sevinc Rauf qızı və İsmayılova Tamara Dəmir qızı davamlı olaraq dərs vaxtı mənim otağıma gəlir və skandal yaradaraq xanım jurnalistə telefon zəngi açaraq onu məktəbə çağırır o isə qanunsuz olaraq məktəbə gəlir və böyük səs küyə səbəb olacaq davalar salır müəllimlərin və şagirdlərin dərslərinə mane olur. Mən məktəbdə olmadığım vaxt məktəbə video çəkiliş gətirib qanunsuz olaraq məktəbdə əsassız çəkiliş etmiş və həmin gün mənə telefon zəngi edərək pulu verməyəcəyim təqdirdə yazı dərc edəcəyini rəsmi orqanlara şikayət edəcəyini demiş və bugundə dediklərini etməkdədir.Gəncə şəhər sakinləri demək olar ki bunun şantaj xarakterli yazılarından boğaza yıgılıb. Yaxınlaşdığı dövlət məmurlarından külli miqdarda pul istəyən bu jurnalist özü demiş "dolyası çatmayanda" sırf reketlik ədası ilə KİV-lərində məmur haqqında şər-böhtan xarakterli yazılar yazaraq onu yazdığı adama nə yolla olur-olsun çatdırır.2013-cü il tarixdə Müəllimlər Inistutunun sabiq direktoru Ramiz Məmmədovdan 50 min manat məbləğində pul tələb etmiş,Ramiz muəllim isə 50 min manat məbləğində pul əvəzinə onu Gəncə Prokurorluğuna şikayət etmişdir. Bunun kimi onlarla misal gətirə bilərəm amma onun kimi dastan yazmaq fikrində deyiləm. Mən sizinlə bərabər bu haqda Respublikamızın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya, Mətbuat şurasının sədri Əflətun Amaşova, DTX-nin rəisi cənab Mədət Quliyevə ardı arası kəsilmədən məktublar ünvanladım. DTX-nin araşdırılması üçün göndərdiyi DIN həmin bu xanım haqqında istintaq açmış araşdirmalarda yazilarin doğruluğunu isbat etmişdir.Mətbuat şurasinin sədri Əflatun Amaşov onun haqqinda ünvanladiğım məktubu Bas Prakurorluq yaninda Karrupsiyaya qarsi Mübarizə İdarəsinə araşdirilmasi üçün göndarmişdir.Lakin polis işçilərindən ve ədalətdən yayinan bu insan Baki şəhərinə qaçaraq orda gizlənir və yazdığı böhtan xarakterli yazılarına davam edir.Eyni zamanda hüqüqlarim bərpa olunması üçün məhkəməyə şikayət etmişəm. Sizdən artıq dərəcədə xaiş edirəm ki mənim bu yazımı işıqlandırasınız Mətbuat şurasında Mehriban Ələsgərova kimi jurnalistlərin (əgər ona jurnalist demək olarsa)yeri olmadığını xalqa çatdırasınız..Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.
Teref.info olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Teref.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göygöl rayon musiqi məktəbi korrupsiya “bataqlığında boğulur” - AUDİO SƏS

    Göygöl rayon musiqi məktəbi korrupsiya ...

    2-02-2018, 14:07

  • 
  • Qəzalı musiqi məktəbində fortepiano

    Qəzalı musiqi məktəbində fortepiano ...

    2-03-2017, 21:39

  • 
  • Prezidentin iradlarına məhəl qoymayan direktor iş başında

    Prezidentin iradlarına məhəl qoymayan direktor iş ...

    22-05-2018, 20:02

  • 
  • Samuxun Sərkar kənd musiqi məktəbində nələr yaşanır?

    Samuxun Sərkar kənd musiqi məktəbində nələr ...

    26-07-2017, 14:46

  • 
  • İŞİD musiqi dinləyəni edam etdi

    İŞİD musiqi dinləyəni edam etdi ...

    19-02-2016, 00:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu