GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Samuxun Sərkar kənd musiqi məktəbində nələr yaşanır?

Samuxun Sərkar kənd musiqi məktəbində nələr yaşanır?

Tarix: 26-07-2017, 14:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 728
Samuxun Sərkar kənd musiqi məktəbində nələr yaşanır?


Direktorun qol qoyduğu qanunsuzluqlardan birinin də, onun saxta diplomlu şəxsləri zamanında işə qəbul etməsi olub


Regonlarda fəaliyyət göstərən və musiqi təhsili verən müəssisələrdə yaşanan problemlər zaman-zaman müzakirə olunan mövzulardan biri olsa da, bu gün də açıq şəkildə etdiraf edə bilərik ki, digər təhsil müəssisələrinə nisbətən musiqi təhsili verən müəssisələrin əksəriyyətində, hələ də həddi-hüdudu bilinməyən qanunsuzluqlar tüğyan etməkdədir. Çoxsaylı qanunsuzluqların baş alıb getdiyi təhsil ocaqlarından biri də, Samux rayonu Sərkar kənd musiqi məktəbinin olduğu bildirilir. Bu günə kimi adı çəkilən musiqi məktəbində yaşananlarla bağlı, bəzi media qurumlarında silsilə tənqidi açıqlamalar dərc olunsa da, çox təəssüflər olsun ki, problemlər hələ də həllini tapmayıb. “Gündəm Xəbər” olaraq müxtəlif mənbələrdən müfəssəl məlumatlar əldə etmişik ki, Məmmədbəyova Səadət Fərhad qızının direktor olduğu musiqi məktəbində, hər cür qanunsuzluq, həddi-hüdudu bilinməyən anarxiya, xaos və s. hökm sürməkdədir. Bəzi sakinlərin iddialarına və ayrı-ayrı media qurumlarında dərc olunan açıqlamalara görə, adı çəkilən müəssisənin direktoru Səadət xanım, hələ də daşıdığı vəzifəsindən sui-istifadə edir, minbir oyun qaydalarına imza atır. Yəni, o, adları məktəbin ştat cədvəlində gedən, amma məktəb üzü tanımayan bəzi müəllimlərin adlarına əmək haqqı yazmaqla mənimsəyir, şagirdlərin sayını müəyyən yollarla artırıb sinif düzəldir. Belə bir yollarla o, hər ay külli miqdarda büdcə vəsaitlərini mənimsəyir. Verilən məlumatlarda o da bildirilir ki, əgər Səadət Məmmədbəyovaya məxsus əl çantasına qəflətən baxış keçirilərsə, həmin çantadan bir neçə nəfər şəxsə, o cümlədən Rövşən Əsgərova, Salman Nağıyevə, Babək Hüseynova və digər şəxslərə məxsus bankomart kartları tapılar. O halda sual oluna bilər ki, adları çəkilən şəxslərə məxsus bankomart kartları direktora məxsus əl çantasında niyə gəzdirilir? Belə bir sualın olduqca asan bir cavabı var. Çünki, həmin kartlar vasitəsilə maaşları bankomatlardan Səadət xanımın özü çıxarır və “həzmirabedən” də keçirir.
“Gündəm Xəbər”in əldə etdiyi məlumatlarda o da bildirilir ki, builki tədris ilində Sərkar kənd musiqi məktəbində 295 nəfər şagirdin təhsil alması rəsmi sənədlərdə əksini tapsa da, əslində bu belə olmayıb. Yəni, həmin musiqi məktəbində təqribən 170 nəfər şagirdin təhsil alması haqda məlumatlar dövriyyəyə yayılıb.
Direktorun qol qoyduğu qanunsuzluqlardan birinin də, onun saxta diplomlu şəxsləri zamanında işə qəbul etməsi olub. İşə qəbulla bağlı Səadət Məmmədbəyovanın daha çox qohum-əqrəbasına “stavka” etməsi isə, daha dözülməz hal olub. Çünki, əksər media qurumlarının yazdıqlarına, bəzi mənbələrdən əldə etdiklərimiz məlumatlara görə xanım direktorun atdığı addımlar, nəinki adı çəkilən rayonun ərazisində, hətta ətraf şəhər və rayonlarda da müzakirə olunmaqdadır. Məsələn, Samux rayonunun Kolayır kəndində yaşayan Məmmədova Günay Duman qızının, Səadət xanım Məmmədbəyovanın əməllərindən bir çox dövlət qurumlarına, o cümlədən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsininin rəhbərliyinə ərizə ilə müraciət etməsi və edilmiş müraciətlə bağlı xeyli müddət bundan əvvəl müəyyən yoxlamaların aparılması, artıq problemlərin ciddiliyindən xəbər vermiş olur. Xanım Məmmədova ünvanladığı şikayət ərizəsini bəzi mətbu orqanlarda dərc etdirdiyindən, biz də bir media nümayəndəsi olaraq baş verənlərlə bağlı lazımi məlumatları əldə edə bildik. Günay Məmmədova yazıb ki, “mən Sərkar kəndində fəaliyyət göstərən uşaq-musiqi məktəbində xor-dirijor müəllimi vəzifəsində işləyirəm və bizim məktəbə rəhbərlik edən Səadət Məmmədbəyovanın cinayət xarakterli əməlləri ilə bağlı sizə müraciət edirəm. Belə ki, direktorumuz ona verilmiş səlahiyyətlərindən sui-istifadə etməklə, rəhbərlik etdiyi musiqi məktəbində hər cür qanunsuzluqlara imza atır. O, bu günə kimi saxta diplom sahibi olan bir neçə nəfər şəxsi qanunsuz yollarla işə qəbul etmiş, ayrı-ayrı şəxslərin adlarını məktəbin ştat cədvəlində müəllim yazdırmış və həmin müəllimlər işə gəlmədikləri halda, onları yüksək məbləğdə əmək haqqı ilə təmin etməyi də bacarmışdır. Belə bir yolla da, o, hər ay külli miqdarda büdcə vəsaitlərini mənimsəməyi bacarır.
Mən bugünkü müraciətimə 2015-2016-cı tədris ili üçün tarifləşmə cədvəlini də əlavə edirəm. Əgər həmin cədvəl üzrə müəyyən araşdırmalar aparılarsa, o halda məktəbdə faktiki olaraq dərs keçməyən, amma adına dərs yükü yazılan müəllimlərin olması aşkar çıxarılar. Cədvəldə adları qeyd olunan Nağıyev Salman, İbrahimov Alim, Məmmədbəyova Şəms, Alməmmədova Vəsilə, Əsədova Pərvanə, Hacıyev Namiq, Əliyev Şaiq, Əmrahov Elnur, Məmmədova Aytən, Əsgərov Rövşən, Hüseynov Babək, Hacıyev Şahin, Məmmədov Elçin, Salmanova Nigar, Həsənova Gülnarə və s. “ölü canlar”dırlar. Onlar işləmədikləri halda adları rəhbərlik tərəfindən müəllim kimi rəsmi sənədlərdə saxlanılır və əmək haqqı kartları da, ya direktorda, ya da ki, direktorun yaxın qohumlarında olur. Həmin müəllimlərin dərs saatlarının qaydaya salınması üçün, hətta məktəbdə təhsil almayan şəxslər şagird siyahısına da əlavə olunurlar.
Bundan əlavə, Səadət Məmmədbəyova korrupsiyaya qarşı mübarizə haqqında Qanunun tələblərini dəfələrlə kobud surətdə pozmuş və bir neçə yaxın qohumunun adına yüksək dərs saatları yazmaqla, onları yüksək maaşlı işlə də təmin etmişdir. Yaxın bir qohumunu isə, məktəbin dərs hissə müdiri vəzifəsinə təyin etmişdi. Daha dəhşətli hal odur ki, direktor sinifdə şagirdlərin sayının stabil saxlanması üçün, hətta kollecdə təhsil alan bir şagirdin adını skripka sinifinə də yazdırır.
Mən uzun illərdir ki, qeyd olunan məktəbdə müəllimə işləyirəm. Məktəb direktorunun yuxarıda qeyd olunan qanunsuz hərəkətlərə yol verməsi, mənim və məndən başqa bir çox müəllimlərin hüquqlarını pozması, artıq dözülməz həddə çatıb. O, hər ay müəllimlərin əmək haqlarından qanunsuz pul tutur. Direktor hansısa havadarlarına arxalanaraq mənə və digər müəllimlərə heç bir halda əhəmiyyət vermir, bizi işdən çıxaracağı ilə hədələyir. Açıq şəkildə “mən heç kimdən qorxmuram, çünki hər kəsə “haqq-hesab” verirəm” deyir. Direktor məktəbi sanki dədə mülkü kimi idarə edir. Bir faktı da diqqətinizə çatdırım ki, direktor saxta yollarla bir ay ərzində təqribən 10 min manatdan artıq pulu mənimsəyə bilir ki, bu da hər ay təkrar olunur”. Bütün bunlar Günay Məmmədovaya məxsus açıqlamalardır ki, onun sadaladıqları artıq xeyli müddət bundan əvvəl bəzi media qurumlarında da işıqlandırılıb. Biz də “Gündəm Xəbər” olaraq sadalanan olayların ciddiliyinə olduqca diqqət ayırdıq və onların təkrar ictimailəşdirilməsinə də qərar verdik. Düşünürük ki, yarıtmaz idarəçiliyi ilə musiqimizi, incəsənətimizi, bir sözlə keçmiş və gələcək tariximizi bilərəkdən məhv edən, onu uçurumun astanasına sürükləyən Səadət Məmmədbəyovanın daşıdığı vəzifəsinə “yox” deməyin artıq zamanı çatıb. Biz o hala da inanırıq ki, məqalənin dərcindən sonra mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, Sərkar kənd musiqi məktəbinin rəhbərliyi ilə bağlı müvafiq addımlarını atıb, “yek” qərarını da verəcək.
Dəyərli oxucular! Dərc olunan bu məqaləni diqqətlə oxuyun və Sərkar kənd musiqi məktəbinin direktoru haqda, onun həyata keçirdiyi idarəçiliklə bağlı öz təəssüratarınızı formalaşdırmağa da çalışın. Eyni zamanda, Səadət xanım Məmmədbəyovanın qol qoyduğu digər qanunsuzluqlar barədə dəqiq və təsdiq olunası məlumatlarınız varsa, həmin məlumatları redaksiyamıza çatdırmağınız, yəqin ki, aparacağımız jurnalist araşdırmalarına təkan vermiş olacaq. Bununla da siz növbəti açıqlamaların hazırlanmasında redaksiya əməkdaşlarına öz dəstəyinizi vermiş olacaqsınız. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Araşdırmamız davam edəcək.

Cəfər
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəlbəcər rayon İncəsənət Məktəbində problemlər həllini tapmır

    Kəlbəcər rayon İncəsənət Məktəbində problemlər ...

    21-12-2015, 13:37

  • 
  • Samux musiqi məktəbində dövlətin pulunu mənimsəyirlər – Korrupsiya cinayətinin izi ilə

    Samux musiqi məktəbində dövlətin pulunu ...

    10-07-2017, 13:11

  • 
  • Qəzalı musiqi məktəbində fortepiano

    Qəzalı musiqi məktəbində fortepiano ...

    2-03-2017, 21:39

  • 
  • İŞİD musiqi dinləyəni edam etdi

    İŞİD musiqi dinləyəni edam etdi ...

    19-02-2016, 00:01

  • 
  • Tovuzda ailə internatı və qol qoyulan qanunsuzluqların görünən tərəfləri

    Tovuzda ailə internatı və qol qoyulan ...

    26-07-2017, 14:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu