gundemxeber.az dia.az-a istinadla bildirir ki, Şəki şəhəri, 20 yanvar-56, mənzil : 31-də yaşayan, 2-ci qrup həbi xidmət əlili Ağayev Əlosət Ağa oğlu şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yazır:
"Mən 66 yaşlı hərbi xidmət əlili, 2014-cü ildən göz xəstəliyindən əziyyət çəkirəm. Bu yaşımda həmişə rüşvət əleyhdarı olduğuma görə, nə yaşadığım Şəki şəhərində, nə də Bakı şəhərininin digər Dövlət tibb müəssisələrində mənə lazımi tibbi yardım göstərmədilər deyə, əlacsız qalıb, günü-gündən pisləşən gözlərimi öz hesabıma özəl tibb müəssisələrində müalicə etdirmək məcburiyyətində qaldım.
2018-ci ilin aprel ayında oftalmoloq Anar Abdullayev facebookda endirim kompaniyası elan etdiyindən xəbər tutan kimi, mən 19.09.2017-ci il tarixdə, sonuncu dəfə, Z.Əliyeva adına MOM-da konsiliyumdan aldığım "Yaşa görə makulo-degenerasiyası"adlı diaqnozunu və gözlərimin tomoqrafiyasını, onun messencerinə əlavə edərək, bu cür xəstəliyi müalicə edə bilərsinizmi? sualı ilə müraciət etdim. Amma MOM-dan mənə bildirmişdilər ki, belə diaqnozlu gözdə əməliyyat aparmaq qeyri mümkündür. O, cavab verib ki, edərəm.
Mən 2-ci qrup hərbi xidmət əlili oduğumu və əməliyyat üçün borc pul əldə edəndən sonra gələçəyimi, qabacadan həkimə məlumat vermişdim ki, o mənim maddi imkanslzlığımı nəzərə alsın. Müalicə xərcini də öyrənib, 30.04.2018-ci il tarixdə Anar Abdullayevin qəbuluna gəldim. O, mənim gözlərimi müayinə etdikdən sonra bildirdi ki, sağ gözünüzun kotaraktası hələ tam yetişməyib, əməliyyatı bir necə aydan sonra edərik. Mən bildirdim ki, axı mən sizə bəri başdan MOM-nın rəyini verdim ki, tam tanış olasınız. Onlar bu vəziyyəti makulo-distrafiya ilə əlaqələndiriblər. Beləliklə, Anar Abdullayev məndən bəri başdan pul aldğına görə, MOM-un rəyini yalnış hesab edərək, 80% -lik görən sağ gözümə, heç nəyə yaramayan, keyfiyyatsiz bir linzanı yerləşdirib, 15 dəqiqəlik əməliyyat apardı. 03.05.2018-ci il tarixdə sarğını açdıqdan sonra, mənə 3 növ bahalı dərmanlar yazıb yola saldı. Avtovağzalda avtobusa daxil olduqda, günün işıqlı vaxtında avtobus salonunu qaranlıq və dumanlı görməklə yanaşı, linza səbəbli ellips formalı işıq şuası əmələ gəldiyini görüb, təcili olaraq, bu haqda messencer vasitəsilə həkimə məlumat verdikdə, o mənə telefonla bildirdi ki, onlar müvəqqətidir, təyin etdiyim damcıları qəbul edəndən sonra düzələcək . 14.05.2018-ci il tarixə, A.Abdullayev məni təkrar müayinəyə dəvət edi. O, məni müayinə edəndən sonra, mənimlə çox kobud və aqresiv rəfdar edərək, bildirdi ki, siz tamamilə yalan danışırsınız , bizim kompyuter sizin gözünüzün normal görməsini təsdiq edir. Mən isə, ona cavab verdim ki, göz mənimdirsə, mən heç nə seçə bilmirəm, sizin kompyuter nə göstərdiyi məni maraqlandırmır. Axı mən müalicəyə gəlməzdən əvvəl, 40 metrdən avtomobillərin nömrəsin sərbəst oxuyurdun, amma indi heç bir metrdən oxuya bilmirəm. Mən pulu ondan ötrü vermədim ki, mirvari suyunu götürmək əvəzinə, gözümü daha da yarasız vəziiəyətə salasınz. Cavabında o, qışqırdı ki, sən məndən nə istəyirsəm? Mən cavab verdim ki, yararsız linzanı normal linza ilə əvəz etməyini, və yaxud linzanı geri götürüb mənim pulumu geri qaytarmağını. Onda A.Abdullayev həmkarlarını yığıb onlara gözümün vəziyyətini yoxlatdı, gözümün qarşısı qaranlıq və dumanlı olduğu, heç nəyi seçə bilmədiyim, eləcə də gözümü işıq şuaları bürüdüyü halda, qabaqcadan sövdələşən bu dələduzlar hamısı məni borclu çıxardılar ki, guya mən hər şeyi aydın görürəm, heç bir işıq şuası da yoxdur.
A.Abdullayev mənə ultimativ şəkildə bildirdi ki, mən düzgün əməliyyat aparmışam. Mənim əlimdə kompyuterin çıxarışı var, məhkəmə ekspertizası xəstənin sözünü yox, kompyuterin çıxarışını əsas tutur. Buyurun hara və kimə istəyisiniz gedib şikayət edə bilərsiniz. Beləliklə, Anar Abdullayev nə linzanı dəyişməyə razı olmadı nə də, mənim pulumu geri qaytarmadı. Onun həmkarı mənə yeni bir göz damcısı yazaraq, bildirdi ki, bu damcıları iki həftə qəbul edəndən sora, gələrsiniz növbəti müayinəyə. Artıq 8-ci gündür ki, damcıları qəbul edirəm. Gözüm düzəlmək əvəzinə, tamamilə korlaşıb, şüalar daha da çoxalıb. Anar Abdullayev isə, məni facebookda blokladığından onunla əlaqəm də kəsilib. Bütün bunlar Anar Abdullayyevin dələduzcasına mənim pulumu mənimsədiyini və gözümə yararsız linza yerləşdirib mənim gözümü şikəst etdiyini bir daha təstuq edir. Bu haqda "Dobromed Hosspitalı"nın rəhbərliyinə ünvanladığım şikayətimə də heç bir reaksiya verən yoxdur.
Başıma gələn bu müsibətləri saytınlzda işıqlandırmsğınızı xahiş edirəm. Hörmətlə, Şəkidən hüquqları pozulmuş hərbi xidmət əlili Əlosət Ağayev"
Sorğu
Yeni dizaynımız necədir?