GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nəsimi gerçəkləri: icra başçısının həbsdən qurtarıb əsgərliyə göndərmədiyi oğlu və məzlum sakinlər

Nəsimi gerçəkləri: icra başçısının həbsdən qurtarıb əsgərliyə göndərmədiyi oğlu və məzlum sakinlər

Tarix: 30-05-2018, 15:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 477
Nəsimi gerçəkləri: icra başçısının həbsdən qurtarıb əsgərliyə göndərmədiyi oğlu və məzlum sakinlər


Yazıçı Samuel Consonun məşhur sözüdür: vətənpərvərlik əclafların son sığınacağıdır. Azərbaycanda 25 ildir ki, vətən, millət, Qarabağ şüarı altında karyerasını qoruyanlar var. Onları mal varlığı, biznesi, ailəsinin komfort həyatı, firavanlığı və siyasi qarantiyası maraqlandırıb. Bunun üçün hər bir hiyləyə əl atanlar olub. Bununla ictimai rəyi, dövləti, cəmiyyəti çaşdırmaq cəhdi heç də həmişə birmənalı qarşılanmayıb. Ölkənin politik təbəqəsi bisavad və “obıvatel” deyil.

Söhbət ondan gedir ki, son dövrlərdə bu məmur kontingentində olanlardan biri – Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov oğlunu həbsdən xilas etdikdən sonra günahını “yumaq” üçün patriot taktikasına əl atmağa başlayıb.
Əldə etdiyimiz məlumatda iddia olunur ki, Nəsimi RİH başçısı A.Əsgərov övladı İlham Əsgərlinin ölümlə nəticələnən ağır yol qəzası törətdikdən sonra vətənpərvərliyi sığınacaq seçimi etməkdədir. Paytaxtın mərkəzi rayonlarından birinə rəhbərlik edən A.Əsgərov oğlunun həbsxana hücrəsindən çıxarar-çıxarmaz cəbhə xəttinə səfərləri intensivləşdirdi.
Nə hikmətdirsə, cəbhəboyu bölgələrin, işğalda olan rayonların icra başçıları cəbhə xəttinə, səngərlərə getmirlər, görüşlər keçirmirlər, əsgərlərlə şəkil çəkdirmirlər, di gəl Bakının tən ortasındakı elitar rayonun icra başçısı hərbçilərimizə ürək qızdırır. Nədənsə, Səbayel rayon icra başçısı olduğu dövrdə cəbhə xəttinə getməyən A.Əsgərov oğlunu müalicə adı ilə həbsdən çıxardıqdan sonra Nəsimi RİH rəhbəri olduğu dönəmdə səfərlərə ayaq açdı.
Mötəbər mənbələrdən sızan məlumatlara görə, siyasi hakimiyyətə yarınan, oğlunun qudurğanlığını ört-basdır etmək üçün hərbi hissələrə gedərək ölkə rəhbərliyinin gözünə “kül üfürməyə” cəhd edən icra hakiminin uğursuz cəhdləri puç olmaqdadır.
Çünki Bakının mərkəzi rayonlarının rəhbərləri cəbhə xəttinə getmirlər, əsgərlərlə görüşmürlər. A.Əsgərovun oğlunun məlum qəzasına qədər də bioqrafiyasında belə fəaliyyət olmayıb. Ancaq elə ki, oğlu “Mcdonalds” restoranlar şəbəkəsi rəhbəri Maqsud Mirzəyevin övladı Sənanı yol qəzasında öldürüb, yolda buraxaraq gedib, özü vətənpərvər libasına bürünüb. Nəsimi RİH-nin rəsmi saytında tez-tez A.Əsgərovun əsgərlərlə görüşü ictimailəşdirilir, piarı aparılır, düşmənlə üzbəüz dayanan kasıb övladlarına dəstək olduğu nümayiş etdirilir. Bu səfərlərin alt mesajı, şüuraltı fəlsəfəsi və siyasi bazarlıq imitasiyası ondan ibarətdir ki, Nəsiminin icra başçısı həbsdən qurtardığı, əsgərliyə göndərmədiyi oğlunu diqqətdən kənarda saxlayır. Hərçənd, Paşinyan oğlunu ön xəttə göndərib – şou olsa da…
Anaxeber.Az-ın media üzərindən verdiyi xəbərə görə, A.Əsgərovun Nəsimiyə icra hakimi təyin olunması yerli sakinlərə də düşərli olmayıb. Onun boş gördüyü əraziləri peşkəş etməsi, yaşıllıqları genosid edərək iş adamlarına satması, rayona tarla kimi baxması, inkişaf üçün bir addım atmaması göz qabağındadır. Nəsimi kimi şəhərin ən mərkəzi, mədəni hissəsi, elitar, kübar təbəqənin yaşadığı rayon indi bir icra başçısının cəngində can verməkdədir. Məsələn, bu günlərdə vətəndaşlardan biri etiraz səsini ucaldıb: Bakı şəhəri Nəsimi rayonu, Liteyni döngə, ev 5 ünvanında yaşayan I qrup əlil Bəşirova Nişanə Faiq qızı BakuNews.az-a üzləşdiyi problemlə bağlı məlumat verib.
Məlumatda bildirilir ki, ARÇİKO MMC əlilin yaşadığı mənzildə ciddi qəza vəziyyətinin yaranmasına səbəb olub.
Sitat: “Mənim ölümümdə bilavasitə günahkar ARÇİKO MMC-nin rəhbərliyi və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur”. Şikayətçinin bildirdiyinə görə özünü ARÇİKO MMC-nin rəhbəri kimi təqdim edən Məhəmməd Musayev Nişanə Bəşirovanın mənzilinin sökülməsi müqabilində ona iki ədəd 2 otaqlı mənzil və əlavə olaraq 50 min manat pul təklif edib. Hətta əlil xanıma mənzilindəki əşyaların qablaşdırılmasını da deyən MMC rəhbəri N.Bəşirovanın evinin qarşısındakı yardımçı binanın dam örtüyünü də sökdürüb.
I qrup əlil olan şikayətçinin bildirdiyinə görə mənzilində yaranan qəzadan sonra əksər hallarda evdə gecələmirlər.
Başqa bir yeni fakta diqqət edək: Nəsiminin keçmiş başçısı ilə əlbir olan iş adamı Fədai İmanov son bir neçə il ərzində müxtəlif tikinti şirkətləri təsis edərək, bu ad altında ərazidə onlarla binalar inşa edib. Onun apardığı tikinti ərazilərində demək olar ki, yaşıllıqlar kütləvi şəkildə qırılıb və bu hadisə ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub. Sakinlər “yaşıl terroru”la bağlı müxtəlif instansiyalara, eyni zamanda KİV-nə müraciətlər ünlayıblar. Amma buna baxmayaraq, Fədai İmanovla bağlı heç bir tədbir görülmür.
Yəni, indiki icra başçısı da məsələnin üstündən sükutla keçir. Görünür ki, maraqları təmin olunub. Bir sözlə, Nəsimi kimi şəhərin mərkəzi rayonuna işləyən, reputasiyası təmiz, kənd təsərrüfatı naziri İnam Kərimov imicinə yaxın kadr təyin olunmalıdır. Çünki Nəsimi Bakının gözüdür, ürəyidir, şəhərin əsas rayonudur/Anaxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı son bir neçə ildə milyonlarla vəsaiti necə "əridib"?

    İcra başçısı son bir neçə ildə milyonlarla ...

    26-05-2016, 22:01

  • 
  • Sabah Nəsimi Rayon İcra başçısının oğlunun məhkəməsidir

    Sabah Nəsimi Rayon İcra başçısının oğlunun ...

    23-05-2016, 13:19

  • 
  • Asif Əskərov oğluna verilən cəzadan razıdır?

    Asif Əskərov oğluna verilən cəzadan razıdır? ...

    27-05-2015, 12:29

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • Asif Əsgərov oğlunun cinayətində prezidentin adını hallandırdı – İDDİA

    Asif Əsgərov oğlunun cinayətində prezidentin ...

    24-10-2016, 23:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (27)
Avqust 2025 (570)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu