GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mikayıl Cabbarovun 9 saylı vergi oliqarxının biznes səltənəti

Mikayıl Cabbarovun 9 saylı vergi oliqarxının biznes səltənəti

Tarix: 31-05-2018, 11:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 507
Mikayıl Cabbarovun 9 saylı vergi oliqarxının biznes səltənəti

Bir neçə il əvvəl 9 saylı Ərazi Vergi İdarəsindən (Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, Ucar) video kadrlar yayılmışdı

Göyçay sakini Fuad Hüseynov yazırdı ki, ondan hər ay "sabit vergi" olaraq 150 manat tələb edirlər.

Görüntülərdə də vergi idarəsində hansı vəziyyət hökm sürdüyü öz əksini tapmışdı.

Ancaq o zaman nazir Fazil Məmmədov 9 saylı Vergilər İdarəsindəki dərəbəylik, özbaşınalıqla bağlı video barədə ölçü götürmədi, idarə rəisi Elxan Süleymanlı işində saxlandı.

Bu da onun əl-qolunun geniş açılmasına şərait yaradıb. E.Süleymanlı bu 3 il ərzində o qədər varlanıb ki, vergi oliqarxına çevrilib.

Yeni vergilər naziri Mikayıl Cabbarov da onunla işləməyə davam edir.

Bunun nəticəsidir ki, E.Süleymanlı İsmayıllıda 80 min manata torpaq sahəsi alaraq qardaşının adına rəsmiləşdirib.

İddialara görə, məhkumluq həyatı yaşamış qardaşının adına sənədləşdirilən torpaq sahəsinin üzərində iki bahalı malikanə tikdirib.

Hər iki villaya nə qədər vəsait xərcləndiyini təsəvvür etmək olmur. Ən azı torpağın qiymətindən daha artıq vəsait gedib.

Bütün bu imkanlara F.Hüseynov kimi vətəndaşlardan alınan qeyri-qanuni vergi pulları hesabına nail olunub.

Ona görə də 9 saylı vergi idarəsi rəisi İsmayıllıdakı mülkləri ilə kifayətlənməyib, Göyçay və Ağdaşda iaşə obyektlərinə sahiblənib.

Belə iddialar səslənir ki, E.Süleymanlı özü 5 rayonda vergiyə nəzarət etdiyi üçün obyektlərini vergidən yayındırması elə də çətin olmayıb.

Sahibkarların hesabına oliqarxa çevrilmiş E.Süleymanlıdan Vergilər Nazirliyinə şikayət edənlər isə Daxili Təhqiqat İdarəsində sıxışdırılır. Əfsus ki, M.Cabbarov bixəbərdir.

FİA.Az xəbər verir ki, E.Süleymanlının məhkumluğu olmuş qardaşı adına mal-mülk sənədləşdirməsi müəmmalı işdir.

Vergilər naziri islahatlar həyata keçirirsə, regional idarələri təftiş etməlidir. Uzun illər F.Məmmədov regional idarələri rüşvət yuvalarına çevirib. Onlardan biri də 9 ƏVİ-dir.

Vergilər naziri əksər idarələrdə, strukturlarda kadr dəyişiklikləri həyata keçirir. Bu baxımdan sözügedən idarənin fəaliyyəti də araşdırma zərurəti yaradır.

Hələ sahibkar F.Hüseynov o zaman yazırdı ki, Göyçayda yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Mahir ona zəng edərək görüşmək istədiyini bildirib:

“Mən dərhal nahar fasiləsindən sonra onunla görüşdüm. Mahir müəllimdən eşitdiklərim qanımı dondurdu.

Belə ki, Mahir müəllim yeni bir qaydaya əsasən hər bir ticarət obyektinin "nazirlikdən” təyin olunmuş standard bir məbləğdə hər ay vergi olaraq ödəniş etməyimə razılıq verməyimi istədi.

Və mənim 44 kvadrat metr sahəsi olan icarəyə götürdüyüm obyektə "yuxarıdan” 150 manat aylıq ödəniş "məsləhət görülüb”.

Bununla razılaşmayacağımı, açıq-aşkar qanuna zidd hərəkət etməyəcəyimi bildirdim. Bu işin başında kimin olduğunu və onunla görüşmək istədiyimi söylədim”.

Mahir müəllimin sözündən sonra sahibkar 9 saylı Ərazi Vergilər İdarəsinin operativ nəzarət şöbəsinin rəisi Əlisultan adlı şəxslə görüşüb:

“Əlisultan müəllimlə söhbətdən belə anladım ki, mənə edilən bu təklifə razılıq verib-verməmək öz əlimdədir.

Lakin nəzərimə çatdırdı ki, bununla razılaşanların ticarət obyektlərinə bir il müddətində heç bir vergi işçisi tərəfindən müdaxilə, yoxlama, xronometraj, audit, səyyar yoxlama keçirilməyəcək.

Əlisultan müəllimlə söhbətdən bir də bunu anladım ki, əslində yeni qurulmuş bu "reket” şöbəsinə rəhbərlik 9 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Elxan Süleymanlıya tapşırılıb”.

Fuad Hüseynov həmin gün Elxan Süleymanlıyla görüşmək istəsə də, onun işdə olmadığını bildiriblər. /fia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı direktora vəzifə verdi

    Mikayıl Cabbarov Fazil Məmmədovun işdən ...

    13-02-2018, 13:00

  • 
  • Vergilər naziri ilk səfərini Gürcüstana edib

    Vergilər naziri ilk səfərini Gürcüstana edib ...

    26-12-2017, 12:12

  • 
  • Bakıda vergi əməkdaşları rüşvət alarkən saxlanıldı — EKSKLÜZİV

    Bakıda vergi əməkdaşları rüşvət alarkən ...

    15-02-2018, 21:03

  • 
  • Vergilər Nazirliyi "Qanun" nəşriyyatını 150 min cərimə etdi

    Vergilər Nazirliyi "Qanun" nəşriyyatını ...

    28-02-2014, 18:51

  • 
  • Şəmkirin yeni başçısı kimdir?

    Şəmkirin yeni başçısı kimdir? ...

    9-10-2014, 03:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu