Azərbaycanın yeni təyin edilmiş vergilər naziri Mikayıl Cabbarov ilk səfərində Gürcüstana edib. Nazir Cabbarov dekabrın 25-də Tbilisidə maliyyə naziri Mamuka Baxtadze ilə görüşüb.
Tərəflər iki ölkənin vergi orqanları arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər, Gürcüstan və Azərbaycanın vergi nümayəndələrinin təcrübə mübadiləsindən danışıblar, Gürcüstan KİV-i məlumat yayıb. M.Cabbarov mövcud əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
"Görüş zamanı vergi sahəsində operativ informasiyanın əldə edilməsi və qarşılıqlı yardım məsələləri üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Vergi sahəsində təcrübə mübadiləsi məqsədilə Azərbaycan vergi idarəsinin nümayəndələrinin Gürcüstana səfəri barədə razılıq əldə olunub", Gürcüstan Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?