GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kitabı ilə hər kəsi şoka salan polkovnikdən Açıqlama: "Mənə məcburi ərizə yazdırmaq istəyirlər"

Kitabı ilə hər kəsi şoka salan polkovnikdən Açıqlama: "Mənə məcburi ərizə yazdırmaq istəyirlər"

Tarix: 2-06-2018, 17:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 362
Kitabı ilə hər kəsi  şoka salan polkovnikdən Açıqlama: "Mənə məcburi ərizə yazdırmaq istəyirlər"


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə və KİV-lərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub

Kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ''Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi''dir. Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələr yer alıb.

Məsələ ilə bağlı Unikal.org-a müsahibəsində kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov yazdığı fikirləri bu cür əsaslandırıb:

-''Mühərrik yağları konkret maşınlarda tətbiqi” adlı qalmaqallı kitabınızla bağlı məlumat verərdiniz?

-Kitab haqqında çox söz danışa bilərəm. Amma bu kitabı əldə edib, oxuyub, məlumatlansanız, sonra sizə burada yazdığlarımı izah edə bilərəm. Kitabdan lazımdırsa mən sizə hədiyə verə bilərəm. Kitabı oxumayanlar, haqqımda mənfi fikir söyləyirlər. Hamısı yalandır. Bir gün ərzində məni çox incitdilər.

-Kitabı əldə edə bilməyən və yazdıqlarınıza görə sizi təhqir edənlərə nə deyərdiniz?

-Mən Quran oxuyur, namaz qılıram. Düzdür, özümü dindar saymıram. Ancaq Allahın buyurduğu islam qaydalarına bacardığım qədər əməl edirəm. Mən kitabımda insanları islam əxlaqına səsləmişəm. Əsas məssəblərimdən biri bu olub. Uzun illərdir insanlar arasında işləyirəm. Bilirəm ki, insanlar ən çox nələrə maraq göstərirlər. Kitab müəllif kitabıdır. Nə lazımdırsa orada yazmışam. Bu kitaba heç kim qadağa qoya bilməz. Məni şərləyirlər. Bu, mənə atılan ilk böhtan deyil. Son bir neçə ayda mənə çoxlu böhtanlar atılıb. Mən elm adamıyam. Tarix elmləri namizədiyəm. Ürəyim sözlə doludur.

-Sizin bundan başqa kitablarınız var?

-Bəli, özüm 7 kitabın müəllifiyəm. Bundan əvvəl də iki kitabımda ədəbi mozaika janrından istifadə etmişəm. Bu 3-cü kitabımdır ki, sekslə bağlı fikirlərdən istifadə etmişəm. Mənə atılan böhtanlar kitaba görə deyil. Sadəcə düşmənlərim çoxalıb.

-Bu kitabları yazmağa sizin ancaq əxlaqınızmı məcbur etdi?

-Mən kitablarımda insanlara çox şeyi başa salmağa çalışmışam. Heyvanların adını çəkmişəm. Müqayisə elə, ay insan, sən hara gedirsən? Sən kimsən, vəhşiləşirsən? Adamlar elə hərəkət edir ki, görürsən ki, insanlar vəhşiləşməyə doğru gedir. Kitabımda bunu yazmışam da, ay qardaş.

-Bəs maşın yağı ilə seksin nə əlaqəsi var?

-Bax siz jurnalistsiz. Ədəbi mozaika deyilən bir janr var. Bu texniki kitab olduğuna görə, sekslə bağlı fikirlər səsləndirmişəm. Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuzda kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. Həmçinin, burada atalar sözləri, hədislərdən də istifadə etmişəm.

-Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarında bu kitablar dərslik kimi yığışdırılıb?

-Bu kitab dərslik üçün nəzərdə tutulmayıb, dərs vəsaiti deyil, müəllif kitabıdır. Kitabım bir aydır çapdan çıxıb. Ancaq yaxın tanışlara hədiyyə etmişəm. Sizə də hədiyyə edəcəm.

- Məlumat yayılıb ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olan kitabınızla bağlı sizi işdən azad edib. Bu barədə nə deyə bilərsiz?

-Xeyir, vəzifəmdən azad olunmamışam. Sadəcə olaraq mənə öz xoşumla məcburi ərizə yazdırmaq istəyirlər. Ancaq mən isə ərizə yazmaqdan imtina edirəm. Çalışırlar ki, məni razı salsınlar./unikal.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda erməni dili kitabı nəşr olunur

    Bakıda erməni dili kitabı nəşr olunur ...

    4-09-2013, 12:53

  • 
  • Şeyxin kitab ehsanı qalmaqal yaradır

    Şeyxin kitab ehsanı qalmaqal yaradır ...

    29-03-2014, 15:47

  • 
  • Xaşxaş toxumu içində kitab

    Xaşxaş toxumu içində kitab ...

    4-03-2016, 00:17

  • 
  • "Akkord-Tekstil"də yanğın: FHN-in polkovnik-leytenantı xəsarət aldıb

    "Akkord-Tekstil"də yanğın: FHN-in ...

    23-10-2017, 15:39

  • 
  • Çovdarovun cəlladları: polkovnik Muxtarov və polkovnik-leytenant Məmmədov

    Çovdarovun cəlladları: polkovnik Muxtarov və ...

    17-11-2015, 13:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu