Bu gün, 02.06.2018 tarixinde Yeni Baki Yaşayış kompleksinin enerji təminatı 5 saata yaxın rəhbərlik etdiyiniz qurum tərəfindən dayandırılıb. Azərişığın qaynar xəttinə zəng edib məlumat öyrənmək istəsək də, həm Azərişıq ASC-nin qaynar xətti, həm də Xırdalan Elektrik Şəbəkə xətlərdə elə bir nasazlıq olmadığını qeyd edərək İDF MMC-nin şəhərcikdə qanunsuz idarəetməsini həyata keçirən komendatlıqla əlaqə saxlamağı tövsiyə etdilər. Araşdırmamız zamanı məlum oldu ki, İDF MMC vaxtilə şəhərcikdən yığılan enerji pullarını, 40 min manat olan borcu dövlətə köçürməyib və borc hələ də qalmaqdadır və Azərişıq ASC məsələni çözmək üçün təzyiq kimi şəhərcik sakinlərinin enerji təminatını dayandırmaqda görür.
Hörmətli, Baba müəllim !
Niyə şirkətin 40 min azn borcunu şirkətdən tələb etmirsiniz ? Niyə hansısa dələduzların, fırldaq əməlinə görə, şəhərcikdə yaşayan sakinlər əziyyət çəkməlidir ? Axı bizim şəhərcik 2017-ci ilin dekabrından Azərişığın balansındadır ! Niyə hər bir abonentə dövlət tərəfindən quraşdırılan saygaclara nəzarət etmirsiniz ? Niyə şəhərcik Azərişığın abonenti olduğu halda, şikayətlərimizə cavabları hansısa qanunsus quruma (komendant) yönəldib onlardan məsələyə cavab almağımızı tövsiyə edirsiniz ? Niyə sizə aid sayğaclara kənar müdaxilələr olur, abonentin Azərişığa borcu olmadığı halda, komendantlıq adlı qanunsuz qurum abonentdən ödənişlər tələb edir, bu tələbə əməl etməyən abonentin enerji təminatı dayandırılır ?
Sonda yaranmış bu narahatlıqlarımızı nəzarətə götürəcəyinizə, problemlərimizi yoluna qoyulacagına ümid edirik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?