GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri yönəldir

“Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri yönəldir

Tarix: 22-04-2016, 21:51 Bölmə :Ölkə Baxış: 0
“Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri yönəldir

ASC sədrinə məxsus «Santral Elektrik LTD» ölkədə elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasını tam şəkildə öz nəzarətində saxlayır

Qəzetimizin ötən saylarından birində ""Azərişıq” ASC-nin rayonlarda kabelləşdirmə maxinasiyaları” sərlövhəli tənqidi material dərc olunmuşdu. Həmin yazıda, daxil olan məlumatlara istinadən belə bir fikir irəli sürülmüşdü ki, ASC sədri Baba Rzayevin bu işləri həvalə etdiyi MMC-nin rəhbərliyi bu məqsədlər üçün ayrılan vəsaitlərin mənimsənilməsi və fəhlələrin istismarı ilə məşğuldur. Belə ki, aldığımız məlumatlarda "Azərişıq” ASC-nin regionlarda kabelləşdirmə işini həyata keçirən müəssisənin fəaliyyətində ciddi qanun pozuntularının olduğundan bəhs edilirdi. Məlumatı təqdim edən mənbə bildirmişdi ki, bu gün 58 rayonda bu işləri icra edən MMC-nin rəhbəri Toğrul müəllimdir. Faktiki olaraq isə, müəssisənin fəaliyyəti direktorun müavini Musa müəllim tərəfindən idarə olunur. Mənbənin deməyinə görə, bu şəxslərdən heç biri ixtisasca energetik deyil. Buna baxmayaraq, "Azərişıq” ASC-nin sədri cənab Baba Rzayev tərəfindən regionlarda elektrik xətlərinin kabelləşməsi işi nəyə görəsə, məhz bu müəssisəyə həvalə olunub. Açıqlamalarda bildirilmişdi ki, MMC-nin rəhbərləri görülən işlərin gedişində faktiki olaraq fəhlələrin istismarına yol verir. Açıqlamada deyilirdi ki, MMC bazadan alınan mal-materialı ərazi sahə rəislərinin xəbəri belə olmadan, öz mühasibatlığında "silməklə” məşğuldur. Dövlətin bu işlərə ayırdığı milyonlarla vəsaitlər bu yolla Toğrul və Musa tərəfindən mənimsənilir. Ucuz qiymətə yerli topdansatış nöqtələrindən alınan materiallar guya ki, xarici tədarükçülərdən alınmış kimi, ən baha qiymətə "silinir”. Bundan başqa, işlərdə çalışan fəhlələrin heç biri ilə əmək müqaviləsi bağlanmır. Digər tərəfdən isə, yeni əldə etdiyimiz məlumatlarda "Azərişıq” ASC-nin bilavasitə özündə yer almış bəzi neqativ hallardan da bəhs edilir. Bildirilir ki, Baba Rzayev tikinti layihələrini, kadr məsələlərini, avadanlıqların alınmasını Əli müəllimə həvalə edib. Məlumatda deyilir: "2006-2015-ci illər ərzində «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışmış, hazırda isə, «Azərişıq» ASC-nin sədri postunda təmsil olunan Baba Rzayev bu gün ölkənin elektrik təminatını, eləcə də elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrası tam şəkildə öz nəzarətində saxlayır. Uzun müddətdir ki, fəaliyyət göstərən və artıq inhisarçıya çevrilmiş «Santral Elektrik LTD» şirkətinin səhmlərinin böyük bir hissəsinin «Azərişıq» ASC-nin sədrinə, yerdə qalanının isə, onun həyat yoldaşı Nərminə Həsənovaya məxsus olduğunu vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyaya görə, Baba Rzayevin sahibi olduğu şirkət, təxminən 13 il bundan əvvəl rəsmi qaydada qeydiyyata alınıb və elə həmin gündən etibarən ölkə ərazisində elektrik məhsullarının satışını inhisara alıb. Baba Rzayev əlaqələrini işə salaraq «Santral Elektrik LTD» şirkətini qısa müddət ərzində monopolist mövqeyə gətirib. Belə ki, fəaliyyətə başladığı ilk illərdə adıçəkilən LTD digər şirkətləri sıxışdırmağa, müxtəlif yollarla onları bazardan çıxarmağa başladı və sonda bu işi tamamlamış oldu. Bu gün artıq sözügedən sahə demək olar ki, tamamilə «Santral Elektrik LTD»nin nəzarətindədir və elə buna görə də şirkət qiymətləri özü istədiyi formada tənzimləyir. Nəzərinizə çatdırım ki, ilk əvvəl şirkətə Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edib. Lakin bir müddət sonra o, qardaşının yerinə qaynı İlham Həsənovu təyin edib. Bundan sonra Baba Rzayev bütün diqqətini biznesinin genişləndirilməsinə yönəldib və bir sıra yollarala baş vurmaqla dövlət sifarişlərinin icrasının «Santral Elektrik LTD»yə həvalə olunmasına nail olub. Bu gün «Azərişıq» ASC-nin əksər sifarişləri məhz «Santral Elektrik LTD» tərəfindən həyata keçirilir. Bu işdə isə, Baba Rzayevə onun «Azərişıq»dakı ən yaxın adamı, sağ əli, etibarlı kadrı hesab olunan Əli müəllim yaxından köməklik göstərir. Belə ki, həmin şəxs elan olunan tenderlərin ASC sədrinin nəzarətində olan şirkətlərə həvalə olunmasına, eyni zamanda ölkə üzrə tikinti layihələri, kadr məsələləri, avadanlıqların alınması, yararsız avadanlıqların isə istifadədən çıxarılması kimi önəmli məsələlərə rəhbərlik edir. Bir sözlə, bu gün «Azərişıq» ASC-də külli ixtiyar sahibinə çevrilib. Maraqlı məqam ondadır ki, büdcədən maliyyələşən sifarişləri həyata keçirən «Göknur Bakı LTD», «GBS» MMC şirkətləri də «Santral Elektrik LTD» ilə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Baba Rzayevin ən yaxın adamlarıdır...”

Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənməkdə maraqlıyıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Azərenerji” ASC sədrinin qardaşı icra başçısı gətirilir - ŞOK İDDİA

    "Azərenerji” ASC sədrinin qardaşı icra ...

    1-07-2019, 15:15

  • 
  • “Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət işi başladı

    “Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət ...

    28-09-2015, 19:25

  • 
  • BABA RZAYEVIN VƏZIFƏDƏN QOVDURDUĞU RƏIS BIR GÜN SONRA IŞƏ BƏRPA EDILDI

    BABA RZAYEVIN VƏZIFƏDƏN QOVDURDUĞU RƏIS BIR GÜN ...

    3-06-2019, 17:20

  • 
  • Azərişıq ASC sədri Baba Rzayevə, Yeni Bakı Yaşayış kompleksinin sakinləri tərəfindən müraciət !!!

    Azərişıq ASC sədri Baba Rzayevə, Yeni Bakı ...

    2-06-2018, 23:59

  • 
  • Baba Rzayevin taladığı milyonlar

    Baba Rzayevin taladığı milyonlar ...

    8-01-2014, 23:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu