Göygöl rayon sakini DİA.AZ vasitəsilə yaşadığı rayonun icra başçısı Arif Seyidova müraciət ünvanlayıb. Narazı vətəndaş yazır:
"Mən Allahverdiyeva Laçın Əsəd qızı, Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Cənab başçı nə üçün Üçtəpə camaatının canına saldığınız dostunuz Rza Məmmədova söz keçirə bilmirsiniz? Niyə R.Məmmədova demirsiniz ki, əziz dostum sən bələdiyyəsən, KƏNDXUDA deyilsən. Kəndin BƏYİ deyilsən. Cənab Başçı buradan açıq aşkar deyirəm dostunuz Rza Məmmədov mənə deyir ki, sənin torpağının sənədi 1000 manata düzələr. Axı Siz Göygölün və göygöllülərin başçısısınız niyə dostunuza demirsiniz ki, dostum bu işlərdən əl çək, etmə eləmə, gözün doysun? Arif Seyidov, bir də üzünüz kəssə, dostunuz Rza Məmmədovdan soruşun görək mənim torpağım olan küçəni niyə başdan başa sənədləşdirib və necə sənədləşdirib? Arif müəllim bilirəm ki, Rza Məmmədovla dostluğunuz çox yaxındır deyə üzünüz gəlib ona söz deyə bilmirsiniz, yaxşı deyil deyirsiniz, bir ton çörək kəsmişik deyə düşünürsünüz. Ancaq bilməlisiniz ki, Siz həm də icra başçısısınız və bizlər hüquqi dövlətdə yaşayırıq. Səxslərlə münasibətinizi işinizə qatmamalısınız. Cənab Başçı Siz nə üçün Üçtəpə kəndinə nümayəndə göndərmirsiniz ki gəlib mənim torpağıma baxsın. Buradan bildirirəm nümayəndələrinizi göndərin baxsınlar, görəcəklər ki, SAĞIM, SOLUM, ÖNÜM, ARXAM sənədləşdirilib. Əgər sənədləşdirilməyibsə həmin torpağı R,Məmmədova verəcəyəm bəlkə gözü doyar. Cənab başçı Siz bu suallara cavab vermək əvəzinə, dostunuz Rza Məmmədova bir kəlmə tapşırıq vermək əvəzinə, 21 May 2018-ci ildə olduğu kimi vətəndaşların qulluqçusu olmalı olan Rza Məmmədovunuz məni amiranə formada yanına çağırıb təhdid edib, qorxudacaqsa, Sizi günahkar biləcəyəm. Və sizin barənizdə ölkə Prezidentinə müraciət edəcəyəm".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?