Türkiyə mətbuatına rüşvət əməliyyatında həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab və onun xanımı Ebru Gündeşlə bağlı tənqidi xarakter daşıyan materiallar yaymaq qadağan edilib.
Bu barədə qərarı İstanbul 2-ci Cəza Məhkəməsi çıxarıb. Qərarın çıxarılması üçün Ebru Gündeş və həyat yoldaşı Rza Zərrabın məhkəməyə müraciət etdiyi bildirilir. Ancaq mətbuat məhkəmənin qərarını söz azadlığının pozulması kimi dəyərləndirir.
Mətbuat kiminsə tənqid edilməsinin qadağan olunması kimi bir təcrübənin olmadığını bildirərək bunu mətbuatın boğulması faktı olduğunu vurğulayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?