"Yasamal rayonuna hazırda rəhbərlik edən icra başçısının mənə 100 min borcu var". gundemxeber.az dia.az-a istinadla bildirir ki, bunu açıqlamasında Cəlilabad rayonundan olan sahibkarlardan biri məlumat verib. Sahibkar bildirir ki, adının açıqlanmasını arzulamır.
Sayta söylənilənlər: "Əziz Əzizov hələ Cəlilabadda olarkən rayonda quruculuq adı altında məndən 100 minə yaxxın pul alıb. Hissə-hissə alınan pulları qaytaracağını vəd etsə də, sonradan Yasamal rayonuna başçı təyin olundu və pulum da batdı. İndi neçə dəfə görüşmək istəmişəmsə də, pulu Cəlilabadda verdiyim adamlar buna əngəl olurlar. Hamısı da Əziz Əzizovun adamıdır. Adımı açıqlamasam da, o, məni yaxşı tanıyır. Heç nə istəmirəm. Pulumun heç olmasa, yarısını qaytarsın".
İddia olunanlarla bağlı Əziz Əzizovun da mövqeyini öyrənməyə çalışsaq da, başçı telefon zənglərimizə cavab vermədi. Hətta mesajlarımıza da reaksiya vermir, amma buna rəğmən yenə də Yasamal rəhbərinin mövqeyini də işıqlandırmağa hazırıq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?