İcra başçısından məmura “bu rayonda ya sən qalacaqsan, ya da mən” xəbərdarlığı
gundemxeber.az Məlum olduğu kimi, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin müdiri Mirağa Salamov tutduğu vəzifəsindən azad edildi. Bildirək ki, buna qədər Mirağa Salamovla bağlı mətbuatda bir kampaniya aparılmışdı. Hətta müxalifətə aid nüfuzlu qəzetlərin səhifələrində belə Miraba Salamov az qala bir xalq düşməni kimi təqdim olundu. Onunla bağlı şikayət məktubları az qala sovet dövrünün zəhmətkeş məktublarını xatırladan bir şəraiti yaratdı. Məsələ ilə bağlı redaksiyamıza daxil olan faktlardan məlum olur ki, əslində Mirağa Salamovla zaman-zaman rayonun icra başçısı Əziz Əzizov arasında ciddi fikir ayrılıqları olub. Hətta vəziyyət o həddə çatıb ki, icra başçısı DSMF sədrinə “bu rayonda ya sən qalacaqsan, ya da mən” xəbərdarlığını da göndərib. Amma birbaşa olaraq DSMF rəhbərliyi tərəfindən himayə olunan Mirağa Salamova qarşı heç bir addımı ata bilməyən Əziz Əzizov nəhayətdə onunla bağlı mətbuatda mənfi «qəhrəman» obrazı yaratmağa müvəffəq olur. Və hətta daha da irəli gedərək Mirağa Salamovu cəbhəçi kimi də ictimaiyyətə tanıtdırır. Təsadüfi deyildi ki, onunla bağlı Prezident Administrasiyasına və Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinə ünvanlanan şikayət məktublarında da bu məqam xüsusi olaraq vurğulanır, Mirağa Salamov AXCP təəssübkeşi kimi təqdim olunurdu. Beləcə, yuxarıların könlünü almağa müvəffəq olan icra başçısının özünün əzəli rəqibinə qalib gəldiyi söylənilir. Elçin
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?