Acınacaqlı vəziyyətdə olan Balakən rayonunun Gərəkli kənd məktəbi tamamilə uçmaq təhlükəsi ilə üz-üzədir
Gundemeber.Biz xəbər verir ki, bununla bağlı kənd camaatı Təhsil naziri Ceyhun Bayramova məktub ünvanlayıblar.
Məktuba məktəbin faktiki vəziyyətinin də fotolarını əlavə edən sakinlər bildirir ki, təhlükəli vəziyyətlə bağlı aidiyyəti bütün orqanlara müraciət ediblər: "Lakin bu günədək bizim müraciətimizlə maraqlanan olmayıb".
Sakinlər bildirir ki, bu günlərdə Zaqatala-Balakən zonasında baş verən 5.5 bal gücündəki zəlzələdən sonra məktəb daha da qəzalı vəziyyətə düşüb: "Biz nazir Ceyhun Bayramovdan xahiş edirik, bu məktəblə yaxından maraqlansın, balalarımızı ölümlə üz-üzə qoymasın...".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?