GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahil Babayevin yeni sisteminin pərdəarxası: Mətin Kərimli yenə milyonları batıracaq?

Sahil Babayevin yeni sisteminin pərdəarxası: Mətin Kərimli yenə milyonları batıracaq?

Tarix: 2-07-2018, 08:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 480
Sahil Babayevin yeni sisteminin pərdəarxası: Mətin Kərimli yenə milyonları batıracaq?


“
Azərbaycan vətəndaşları üçün ciddi məşğulluq portalı yaradılacaq”. Bu haqda məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev verib.

O, bildirib ki, məşğulluq portalının yaradılması bu sahədə şəffaflığı tam şəkildə təmin edəcək: “Məşğulluq portalında Azərbaycanda olan bütün vakansiyalar barədə məlumat olacaq. Eyni zamanda qeydiyyatdan keçmiş bütün işsizlər və işaxtaranlar haqqında məlumat yerləşdiriləcək. İstənilən işəgötürən və işsiz hətta məşğulluq mərkəzinə gəlmədən bu portala daxil olaraq, öz reakividasiyası haqqında məlumatı daxil etməklə, mövcud bütün vakansiyalar haqqında məlumat ala biləcək, hətta birbaşa ora müraciət də edə biləcək. Orada tələblər, maaş, iş yerinin ünvanı, iş saat, yəni bütün tələblər əks olunacaq”. S.Babayev deyib ki, portal işəgötürənlər üçün də rahatlıq yaradacaq. Nazirin sözlərinə görə, Azərbaycanda iki yüz min işsiz və işaxtaran var: “Onların məlumatlarını məlumat bazasına daxil edilməsi, eyni zamanda açılan vakansiyalar barədə məlumatların daxil edilməsi bir qədər vaxt apara bilər. Amma portalın maksimum bir il ərzində yaradılması nəzərdə tutulur”.
İlk baxışda nazirliyin öz işini elektronlaşdırması həm bu prosesdə rüşvət faktorunun, həm də bürokratik əngəllərin aradan qaldırılması üçün müsbət bir hadisədir. Amma bəzi nüanslar bu məqama şübhələr yaradır. Oxuculara aydınlıq gəlsin deyə cumhuriyyet az olaraq xatırladaq ki, 2016-cı ilin mart ayında Səlim Müslümovun böyük “islahatı” kimi dəyərləndirilən ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. O sistemdən xəbəri olanlar isə bilir ki, VEMTAS Nazirlikdə oturanlar tərəfindən idarə edilib, istədikləri adama asanlıqla yardım təyin edə biliblər. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım əvvəllər olduğu kimi müvafiq kriteriyalara uyğun gəlməyən şəxslərə verilib, əksinə ehtyac içində yaşayan xeyli ailə dövlət başçısından narazı salınıb. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, hətta əli-ayağə yox I qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır: onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? O zaman bu sistem 2014-cü ildə Səlim Müslümovun müavini təyin olunan Mətin Kərimlinin rəhbərliyi altında hazırlanmışdı. Onun müavin təyin olunmasında əsas məqsəd isə ölkənin sosial müdafiə sisteminin elektonlaşdırılması olub. Yəni İman Kərimovun ASAN Xidmətdə gördüyü böyük işləri qardaşı Mətin Kərimli ƏƏSMN-də həyata keçirməliydi. Lakin ASAN Xidmət özünü nə qədər doğrultsa da, Mətin Kərimlinin Elnur Məcidovla birlikdə ƏƏSMN-də yaratdığı VEMTAS sistemi gözləntiləri doğrultmadı. Artıq mətbauatda da qeyd olunduğu kimi bu sitem ƏƏSMN-də korrupsiyanın daha da böyüməsinə səbəb oldu.
İndi nazirin bəhs etdiyi yeni portalın da M.Kərimlinin rəhbərliyi altında hazırlanacağı haqda məlumatlar var. Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında nazir müavini Mətin Kərimli dayanır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə, bu sahəyə yad olan və tamamilə başqa sahədə çalışmış yeni nazir Sahil Babayev özünün müavini Mətin Kərimlinin diktəsi ilə bu islahatları həyata keçirməkdədir. Hazırda isə vəzifəsini qoruyub saxlamağa çalışan hər kəs Mətin Kərimliyə yol tapmaq və vəzifəsində qalmaq üçün Mətin Kərimlini razı salmağa çalışır. Hazırda gedən prosseslər nazirlikdə hamının əlinin işdən soyumasına səbəb olmaqla yanaşı, həm də nazirlikdə xaosun yaranmasına səbəb olub. Çünki digər nazir müavinləri heç bir məsələyə nüfuz edə bilmirlər və bu da Nazirliyin iş prinsipinin pozulmasına səbəb olub. Nazirdən aldığı sonsuz səlahiyyətlərlə isə Mətin Kərimli keçmiş nazir Səlim Müslümovun vaxtında onunla hesablaşmayan kadrları peşəkar olub-olmamasına baxmayaraq, işdən kənarlaşdırmaq üçün müxtəlif yollardan istifadə edir.
Mətin Kərinmli sosial müdafiə sahəsinə bağlı adam olmayıb və bu sahədə iş təcrübəsinə də malik deyil. Son dəyişikliklərdən sonra mövqelərini gücləndirən nazir müavini hazırda ƏƏSMN-də bütün proseslərə nəzarət etməkdədir. Hazırda nazirliyin aparatında qalıb işləmək istəyən şəxs mütləq nazir İnam Kərimovun qardaşı Mətin Kərimli ilə dil tapmalıdır. Və yaranmış bu vəziyyət peşəkarların nazirlikdəki mövqelərini tamatmilə sarsıtmaqdadır.
Onu da bildirək ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni portalla bağlı verdiyi məlumata görə, məşğulluq mərkəzləri öz yerində qalacaq: “Bizim böyük kateqoriya vətəndaşımız heç də internet sahəsində aktiv deyil. Onlar köhnə qayda ilə mərkəzlərə müraciət edə biləcəklər”. Başqa sözlə, yenə də bürokratiya və rüşvətə “ayaqyeri” saxlanacaq, itirilən isə yenə də dövlətin milyonları olacaq. Çünki zamanında VEMTAS sistemi üçün də xeyli miqdarda pullar xərclənmişdi…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni komitə yaradılır

    Azərbaycanda yeni komitə yaradılır ...

    2-09-2013, 12:54

  • 
  • Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi

    Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi ...

    26-02-2014, 15:23

  • 
  • Qaradağda növbəti əmək yarmarkası keçirilib - Fotolar

    Qaradağda növbəti əmək yarmarkası keçirilib - ...

    17-12-2014, 23:20

  • 
  • Səlim Müslümovdan yeni təftiş xəbərdarlığı

    Səlim Müslümovdan yeni təftiş xəbərdarlığı ...

    6-12-2013, 14:02

  • 
  • İşsizlərə xoş xəbər

    İşsizlərə xoş xəbər ...

    30-06-2015, 06:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu