Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “Məşğulluğa kömək göstərən respublika əlaqələndirmə komitəsinin yaradılması haqqında” qərar layihəsi Nazirlər Kabinetində təsdiq edilib.
Məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələri “Məşğulluq haqqında” qanunun 15-ci maddəsinə uyğun olaraq məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanmasını təmin edəcək. Həmin qurumlarda həmkarlar ittifaqı, işəgötürənlər birlikləri, müvafiq icra hakimiyyəti və əlaqədar dövlət və yerli özünüidarəetmə orqanları, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai birliklər təmsil olunacaq.
Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?