GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qida Agentliyi fiaskosu: Qoşqar Təhməzli korrupsionerlərdən komanda qurur

Qida Agentliyi fiaskosu: Qoşqar Təhməzli korrupsionerlərdən komanda qurur

Tarix: 2-07-2018, 09:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 541
Qida Agentliyi fiaskosu: Qoşqar Təhməzli korrupsionerlərdən komanda qurur


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb, keçən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Keçən ilin dekabrında isə məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzli təyin olundu.

Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi təzə yaransa da artıq qida təhlükəsizliyi sahəsində ilk addımlarını atmağa başlayıb. Amma Qida Təhlükəsizliyi Agentliyi yaxşı niyyətlər üçün yaradılsa da onun sədri Qoşqar Təhməzlinin yaxın ətrafının dövlət agentliyi ilə bağlı ümidləri,fikirləri,ən əsas da niyyətləri tam başqadır.Amma bu barədə cumhuriyyet.az olaraq bir qədər sonra yazımızda bəhs edəcəyik…

Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?

Qoşqar Təhməzlinin təyinatı ilə bağlı mətbuatda gedən məlumatda bildirilir ki,o 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktorudur, “Medeks” şirkətinin rəhbəridir. Qeyd edək ki, “Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur.
Amma Google axtarış sistemində Qoşqar Təhməzli yazanda onun haqda demək olar ki, heç bir ciddi məlumat tapmaq olmur. Qoşqar Təhməzov yazanda isə onun barəsində çoxsaylı informasiyalara rast gəlmək olur. Qoşqar Təhməzovun Almaniyadan ölkənin səhiyyə sahəsi üçün gətirdiyi avadanlıqlar barədə məlumatlar onun yaxın ətrafı tərəfindən mətbuata verilib. Hətta sonda Qoşqar Təhməzovun Qoşqar Təhməzli olmağı da qardaşlar tərəfindən əvvəlcədən qurulan bir plandır. Bu soyad dəyişikliyinin səbəbi ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu ona görə edilib ki, “Google”da onun fəaliyyətini araşdıran jurnalistlər axtarış verəndə qarşılarına Qoşqar Təhməzli adı çıxsın, hansının ki, guya Fərhad və Atəş Təhməzovlarla heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, mövzu ilə bağlı mətbuatda yer alan maraqlı bir məlumat da diqqətimizi çəkdi: “Qoşqar Təhməzov “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun yaxın dostudur və biznes şərikidir”.

Agentlik rəhbərinin məmur qardaşı:Qaçqın evlərindən sosial mənzillərə

İnternet resursları üzərindən axtarışlarda ilk rast gələn məlumatda Qoşqar Təhməzovun Fərhad Təhməzovun qardaşı olduğu bəlli olur. Fərhad Təhməzovun isə vaxtı ilə Qaçqınkomda keçmiş deputat Ayaz Orucovun yerinə (Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru vəzifəsinə) təyin olunub. Fərhad Təhməzov fonda təyin olunarkən hər şeydən əvvəl fondun fəaliyyətindəki korrupsiyanın azalması gözlənilsə də, gözləntilər özünü doğrultmadı. Belə ki, elə ilk günlərdən “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olan Fərhad Təhməzov qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib. Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur. Qeyd edək ki, qəsəbələrin tikilməsi üçünsə vəsaiti Dövlət Neft Fondu verir. Ümumiyytlə isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun əsas fəliyyətini Dövlət Neft Fondu maliyyələşdirir. Və bu gün Fərhad Təhməzovun zamanında “yuduğu” korrupsiya pulları da məhz Dövlət Neft Fondunun, yəni birbaşa Azərbaycan xalqının pulları olub.
Bundan başqa ölkə mətbuatında Fərhad Təhməzovun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yarıtmaz fəaliyyəti barədə də çoxsaylı xəbərlərə rast gəlmək olur. Məsələn, cumhuriyyet.az həmin məlumatlara əsasən bildirilir ki, Fərhad Təhməzov qazandığı milyonlarla qardaşları Atəş və Qoşqar Təhməzovlar vasitəsi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurmağa nail olub. Qoşqar Təhməzovun elə əvvəldən həkim olduğu bu ailəni tanıyanlara bəllidir. Və sonradan qardaşı Fərhad Təhməzovun köməkliyi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurub oliqarxa çevrilməyi də onun yaxın ətrafından mətbuata sızan məlumatların sırasındadır. 2016-cı ilin iyununda isə F.Təhməzov Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə direktor təyin ounub.

Boşa çıxan etimad

Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi haqda bu qədər geniş məlumat verməyimiz təsadüfü deyil. Bu qurum “Asan” xidmətdən sonra ölkə rəhbərinin böyük etimad göstərərək yaratdığı ikinci müstəqil qurumdur. Hələ Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq, mövcud problemlərin heç olmasa bir qismi öz həllini tapacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Bu azmış kimi, son günlər Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı digər nüanslar müşahidə edilməkdədir. Məlumat üçün bildirək ki, Qida Təhlükəsizliyi Agentliyinə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət işi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyətlər sözügedən agentliyə verilib.

İnam Kərimli “vurduqlarına” Qoşqar Təhməzli qucaq açır

Yuxarıda adı çəkilən qurumlardan Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyəti ölkə ictimaiyyətinə bəllidir. Hər iki qurumun rəhbərinin korrupsioner və yarıtmaz idarəçiliyi haqqında ölkə mediasında dəfələrlə yazılıb. İnam Kərimovun nazirliyin başına keçməsindən sonra həm Baytarlıq Xidmətinin rəhbəri, həm də Fitosanitar Nəzarət Xidmətinin başçısı vəzifəsindən kənarlaşdırıldı. Amma çox maraqlıdır ki, Azər Süleymanov və Camal Quliyev Qida Təhlükəsizliyi Agentliyində vəzifə aldılar. İnam Kərimovun korrupsiya və yarıtmaz fəaliyyətə görə işdən kənarlaşdırdığı şəxslərə Q. Təhməzlinin vəzifə verməsi ilə bağlı bu yeganə fakt deyil. Məlum olduğu kimi, bir müddət öncə İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev də vəzifəsindən azad olunub. Qeyd edək ki, Kənd Təsərrüfatı nazirliyində Heyvandarlığın inkişafı şöbəsi ən çox korrupsiyaya uğramış şöbələrdən hesab edilir. Qalib Əbqüləliyevin vəzifədən uzaqlaşdırılmasına səbəb isə, məlumata görə bir müddət öncə 40 milyon dollar dövlət vəsaiti hesabına ərsəyə gəlmiş Qarabağ Aqrar Sənaye Kompleksində ciddi maxinasiyaların olmasıdır. Tikintisi zamanı ciddi yeyintilərə yol verilən kompleksin hazırkı fəaliyyəti iflas həddindədir. Hətta müəssisədə vəziyyət o dərəcədə kritikdir ki, hər ay dövlətə kreditlərin ödənilməsi üçün xaricdən gətirilən sort heyvanların qara bazarda dəyərindən dəfələrlə ucuz satıldığı deyilir. Amma İnam Kərimovun əmrindən bir neçə gün sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentdən Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı - Sərəncam

    Prezidentdən Qida Təhlükəsizliyi Agentliyi ilə ...

    26-01-2018, 19:25

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradılır

    Azərbaycanda yeni dövlət qurumu yaradılır ...

    5-07-2017, 17:58

  • 
  • Prezident daha 6 nazir, 6 Komitə sədri, 2 Agentlik və 2 Xidmət rəisi təyin edib- TAM SİYAHI

    Prezident daha 6 nazir, 6 Komitə sədri, 2 ...

    23-04-2018, 20:58

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30

  • 
  • “təbii şirə” adı altında satılan malların 80%-nin təbii şirə ilə heç bir əlaqəsi yoxdur.

    “təbii şirə” adı altında satılan malların 80%-nin ...

    13-11-2013, 12:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu