Azərbaycan şirkətləri İstehlakçılar Birliyinin ayağına gəlib
“İstehlakçıların narazılığı çox doğrudur. O, reklam çarxında “Damla-damla yığılıbdır” sözlərini eşidir, ancaq biləndəki Azərbaycanda həmin subtropik, ekzotik bitkilər bitmir, o zaman istehlakçı təbii ki, düşünür ki, reklam olunan məhsul saxtadır”.
Bunu Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. “
”Şübhə həqiqətə aparan yoldur. Azərbaycanda “təbii şirə” adı altında satılan malların 80%-nin təbii şirə ilə heç bir əlaqəsi yoxdur. Ölkəmizə pürelər gətirilir və onlardan “təbii şirələr” hazırlanır. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi ABŞ-ın İnkişaf Agentliyinn (USEİD) köməyi ilə buna son qoymaq üçün təşəbbüs göstərir. Qida mallarına qida təhlükəsizliyi nişanı verməyə başlayıbdır. Artıq şirə hazırlayan zavodlardan müraciət daxil olub. Lakin hələlik onlara qida təhlükəsizliyi nişanı verməkdən imtina etmişik. USEİD-nin öyrətdiyi prosedur üzrə monitorinqlər, qiymətləndirmə aparacağıq. Dövlət tərəfindən tanınmış və qeydə alınmış keyfiyyət nişanını o şirə istehsalı müəssisələrinə verəcəyik ki, onlar doğurdan da natural şirə istehsal edirlər. Bununla da saxta şirələrdən Azərbaycan vətəndaşlarının canını qurtaracağıq”, – deyə AİB sədri əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?