GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəmkirin meyvə oliqarxlarının Piter savaşı – sifarişli qətl, adam oğurluğu, narkotik alveri

Şəmkirin meyvə oliqarxlarının Piter savaşı – sifarişli qətl, adam oğurluğu, narkotik alveri

Tarix: 5-07-2018, 11:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 485
Şəmkirin meyvə oliqarxlarının Piter savaşı – sifarişli qətl, adam oğurluğu, narkotik alveri

“Banan Elçin”lə Xəlilov qardaşları arasında başlayan milyon yarımlıq mübahisəyə Rusiya İstintaq Komitəsi qarışıb; Elçin Əhmədovla Elbrus Məmmədov istintaqdan yayınıb, Azərbaycana sığınıblar; “Ciyər axşamı”nda qurulan masada kimlər olub...


1 milyon 500 min dollarlıq mübahisənin arxasındakı müdhiş məqamlar

Bu günlərdə Rusiyanın “Kommersant” qəzeti Sank-Peterburqda meyvə-tərəvəz biznesilə məşğul olan azərbaycanlı biznesmenlər arasında baş vermiş qalmaqaldan yazıb. Məqalədə bildirilir ki, Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan iri çaplı iş adamları Elçin Əhmədovla (ona “Banan Elçin” deyilir. Bu sahəni monopoliyada saxladığı üçün-red.) Novruz Xəlilov və ikincinin qardaşları arasında mübahisə yaranıb. Qəzetin yazdığına görə, E.Əhmədov N.Xəlilovun 1 milyon 500 min dollar pulunu quldurluq yolu ilə ələ keçirib. Musavat.com Rusiyanın nüfuzlu nəşrlərindən olan “Kommersant”da çıxan yazının linkini təqdim edir https://www.kommersant.ru/doc/3676178

İstintaqın versiyasına görə, biznesmen öz menecerləri ilə birgə şəriklərinin kassasından 12 milyon rubl, təxminən 1 milyon 500 min dollar quldurluqla ələ keçirib.
Şəmkirin meyvə oliqarxlarının Piter savaşı – sifarişli qətl, adam oğurluğu, narkotik alveri

Kommersant.ru yazır ki, illik ticari dövriyyəsi 7 milyard rubl olan azərbaycanlı iş adamı ittihamı qəbul etmir. Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İdarəsi həmin şikayəti əsas tutub Əhmədovun evində, iş yerində xüsusi təyinatlıların iştirakı ilə axtarış aparıb. Bununla belə, Əhmədovun vəkilinin apardığı araşdırma ilə onun hər hansı bir quldurluqda iştirakı təkzib olunur. Sənədlərə görə 2015-ci ilin noyabrında baş verməsi iddia edilən cinayət quldurluq əməli kimi tövsif olunub. Qarşı tərəf isə bundan narazı qalıb. Çünki Rusiya qanunlarına görə quldurluq cinayətləri İstintaq Komitəsinin araşdırdığı cinayətlər sırasında deyil, digər hüquq mühafizə orqanları belə cinayətlərin araşdırılması ilə məşğul olmalıdırlar.

Mövzu ilə bağlı musavat.com olduqca maraqlı, hətta sensasional sayıla biləcək bilgilər əldə edib.

Elbrus Məmmədov: qalmaqallı biznesmen, davakar şərik, yarılan baş

Öncə qeyd edək ki, E.Əhmədovla N.Xəlilovun qalmaqalında üçüncü şəxsin də adı çəkilir. Bu, Elbrus Məmmədovdur. Onların üçünün də Şəmkir doğumlu olduqları deyilir. Elbrus Məmmədovla Novruz Xəlilovun rayonun Şiştəpə kəndindən, Elçin Əhmədovun isə Şəmkirin özündən olduğu deyilir.
Şəmkirin meyvə oliqarxlarının Piter savaşı – sifarişli qətl, adam oğurluğu, narkotik alveri

Yeri gəlmişkən, Elbrus Məmmədovun adı ötən il bir qalmaqalda da çəkilirdi. Onun Razil Məmmədov adlı iş adamının başını yararaq, xəsarət yetirdiyi barədə əksər saytlarda xəbər yayılmışdı. Razil Məmmədov özü bu barədə jurnalistlərə açıqlama vermişdi.

Argentinadan gələn gəmi, 2 aydan sonra üzə çıxan qəsb

Elçin Əhmədov Xəlilov qardaşlarının 1 milyon 500 min dollarını Elbrus Məmmədovla əlbir olub, ələ keçirib. Bu olayın hekayəsi isə son dərəcə maraqlıdı. “Kommersant”ın məqaləsində də adı keçən Rövşən Muradovun deyilənə görə, Elçin Əhmədovla Elbrus Məmmədova 1 milyon 500 min manat borcu varmış. Mənbəmiz bildirir ki, bu borcu Rövşən ödəyə bilmədiyi üçün Elçin Əhmədovla Elbrus Məmmədov onu girov götürüblər. Hədə-qorxu gələrək pulu ödəməsini tələb ediblər. Həmin vaxt Rövşən Muradov Novruz Xəlilovun firmasında menecer işləyirmiş.
O, Argentinadan və Cənubi Afrika Respublikasından gətirilən iri partiyada meyvəni Elçinlə Elbrusa verib, bu yolla borcdan yaxa qurtarmaq istəyib. Bundan sonra Rövşən Məmmədov ortadan yox olub. Yəqin Xəlilov qardaşlarının qəzəbindən özünü qorumaq istəyib. Xəlilovlar başlarına gələndən 2 ay sonra xəbər tuta biliblər.

Bundan sonra İstintaq Komitəsinin əməkdaşları Rövşən Muradovun izinə düşüb, onu saxlayıblar. R.Muradovun ifadəsi zamanı Elçin Əhmədovla Elbrus Məmmədovun barəsində axtarış elan olunub. Mənbənin məlumatına görə, onlar həbsdən yayınmaq üçün Azərbaycana qaçıb.

“Ciyər axşamı”nda qurulan masada kimlər qumar oynayıb?
Əldə etdiyimiz məlumatların arasında o da bildirilir ki, Elbrus Məmmədov Azərbaycana gəldikdən sonra burda oğluna sünnət toyu edib. Məclis iyunun 26-da olub. Bundan bir gün öncə isə “Ciyər axşamı” deyilən mərasim keçirilib. Bu mərasimdə ölkənin yüksək rütbəli məmurlarının, tanınan iş və sənət adamlarının iştirak etdiyi deyilir. Sünnət toyunda və “Ciyər axşamı” mərasimində başqa ölkələrdən də qonaqların iştirak etdiyi haqda bilgilər var. Musavat.com-un əldə etdiyi məlumatda o da deyilir ki, “Ciyər axşamı” mərasimində 80-100 nəfərin iştirakı ilə böyük qumar masası qurulub.

İki nəfərin bildiyi sirr deyil, ölümdü...
Niyaməddin Məmmədov


Elbrus Məmmədov sifarişli qətldə də suçlanır. Belə ki, onun qardaşı Niyaməddin Məmmədovun qayınanasının youtube kanalında müraciəti var. Qadın iddia edir ki, onun qızını həyat yoldaşı xüsusi qəddarlıqla qətlə yetirib. Qadının çıxışının 1:27-ci hissəsində bir maraqlı məqam diqqət çəkir. O, Məmmədov qardaşlarını narkotik ticarətində suçlayır. Həmin videon təqdim edirik.



Bu video youtube kanalında 2013-cü ilin aprel ayında paylaşılıb. Deyilənə görə, qətllə bağlı Niyaməddin həbs edilsə də 2 il sonra o, azadlığa buraxılıb. İddialara görə, qadın Məmmədovların hansısa sirrini bilirmiş və onları tez-tez bu sirri açıqlayacağı ilə hədələyirmiş...

Elbrus Məmmədovun erməni şərikinin olduğu da deyilir. Bildirilir ki, o, Osetiyada inşaat biznesi ilə məşğuldu. Osetiyada iki şərikinin olduğu haqda məlumatlar var. Osetin şərikinin adı Marat, erməni şərikinin adı isə Surendi. E.Məmmədovun Bakıda “Ağ şəhər” layihəsində də inşaat işləri apardığı bildirilir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Masallıdan avtomat səsləri Peterburqa gedib çıxdı: milyarder Məmişov, “Piter Elçin” və...

    Masallıdan avtomat səsləri Peterburqa gedib ...

    22-12-2016, 21:30

  • 
  • Sankt-Peterburqda azərbaycanlı kişi güllələnib

    Sankt-Peterburqda azərbaycanlı kişi güllələnib ...

    30-07-2013, 23:42

  • 
  • Sankt-Peterburqda azərbaycanlılar və dağıstanlılar arasında atışma olub

    Sankt-Peterburqda azərbaycanlılar və ...

    29-04-2016, 01:27

  • 
  • “Pokrov” bazasındakı azərbaycanlı sahibkarlar köməksiz vəziyyətdə qalıb

    “Pokrov” bazasındakı azərbaycanlı sahibkarlar ...

    16-10-2013, 14:05

  • 
  • Gəncə sakini mağazada yanaraq ölüb

    Gəncə sakini mağazada yanaraq ölüb ...

    13-02-2017, 00:49


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu