Mərhum Əsədov Mübariz Sankt-Peterburq şəhərindəki Xo Şi Min küçəsində yerləşən ticarət pavilyonunda satıcı işləyirmiş
Bu gün səhər 05.50-də Rusiyanın Sankt-Peterburq şəhərində 41 yaşlı Azərbaycan sakini naməlum şəxslər tərəfindən güllələnib. Qohumlarının verdiyi məlumata görə, güllələnən həmvətənimiz Bakı şəhər sakini Əsədov Mübariz Mail oğlu olub.
Mərhum Sankt-Peterburq şəhərindəki Xo Şi Min küçəsində yerləşən ticarət pavilyonunda satıcı işləyirmiş. Sankt-Peterburq şəhərinin hüquq-mühafizə orqanlarının təmsilçilərinin fikrincə, hadisə qarət məqsədi ilə edilib. Hadisə yerinə gəlmiş polis dəstəsi mərhumun cəsədini və qarət edilmiş kassa aparatını aşkarlayıblar. Qohumlarının verdiyi məlumata görə isə, qətl sərxoş şəxs tərəfindən törədilib. Sərxoş şəxs mərhum Mübariz Əsədovdan pulsuz araq istəyib, o isə vermədikdə qatil ona atəş açaraq kassanı da qarət edib.
Sorğu
Yeni dizaynımız necədir?