GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Elmar Vəliyevin özbaşınalığı Yevlaxdan da bəlli idi” - PARTİYA SƏDRİ

“Elmar Vəliyevin özbaşınalığı Yevlaxdan da bəlli idi” - PARTİYA SƏDRİ

Tarix: 6-07-2018, 11:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 770
“Elmar Vəliyevin özbaşınalığı Yevlaxdan da bəlli idi” - PARTİYA SƏDRİ


Sırağagün axşam saatlarında Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin Qasım Aşbazovun güllələnməsi Mingəçevir İES-də baş vermiş partlayışla eyni vaxta təsadüf etdiyi üçün, bu hadisələri bir-bir ilə əlaqələndirənlər də var. Maraqlıdır ki, bu hadisələrin bir-biri ilə həqiqətən də əlaqəsi varmı?

“Bu məsələ kriminallığın baş alıb getməsinin göstəricisidir”


gundemxeber.az xəbər verir ki, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə bildirdi ki, adətən istənilən hadisəni hüquq-mühafizə orqanları araşdıranda məsələni bir neçə ehtimal üzərində qururlar: “Şübhəsiz ki, hansı siyasətçi neçə adlandırır, bundan asılı olmayaraq bəzi ehtimallar üzərində düşünənlər olacaq. Mingəçevirdə baş verən hadisə araşdırılanda daha dəqiq bilinər. Amma heç kəs inandırmaq mümkün deyil ki, bu, sırf təbiət hadisəsidir, anomal istinin nəticəsidir. Ümumiyyətlə, bu cür strateji obyektlərin qorunmamasının, altenativ variantların olmamasının göstərcisidr və hazırlıqsız yaxalanmadır. Yəni hakimiyyətin, əlaqədar qurumların heç nəyə hazır olmadığının göstərisidir. O cümlədən bilirsinz ki, bizim binaların üzərindəki rəmzlərin içərisində erməni rəmzinin göstərilməsi elə-belə sıradan məsələ deyil və yaxud ermənilərin Bakıya gəlişini xüsusi qeyd edən adamların olması, metroda təxliyyə məsələləri və.s şübhəsiz ki, bu fərziyyələr Elmar Vəliyevin məsələsi ilə əlaqəli ola bilər. Amma olmaya da bilər. Həm Mingəçevirdə baş verənlər və bu partlayışın nəticəsi olaraq sonradan baş verən fəsadlar, bütün bu məsələlər hamısı hakimiyyətin daha ciddi işləməsini tələb edir. Təəssüflər olsun ki, hakimiyyət bir iş görmür. 25 il müddətində ancaq 1 illik Elçibəy hakimiyyəti ilə müqayisə edib və “biz eləyik, beləyik, onda belə idi”, deyirlər. Əslində, bu məsələ birbaşa kriminallığın baş alıb getməsi, həm də hakimiyyətdə olan məsul şəxslərin, konket olaraq Elmar Vəliyevin timsalında icra başçısının məsuliyyətsizliyinin, özbaşnalığının və idarətməni bacarmadığının göstəricidir. Yəni bunların heç birisi kənarda qalan hallar deyil və bunlar reallıqdır. Təbii, bu hadisələri bir-biri ilə əlaqələndirmək məsələləri təhqiqatın işidir. Başqa cür ola da bilməz”.

“Onlar özləri oğru sistemi kimi bir sistem müəyyənləşdiriblər”

M.Mirəlioğlu vurğuladı ki, Elmar Əliyevin güllələnməsi məmur özbaşnalığının birbaşa nəticəsidir: “Elmar Vəliyev ən özbaşına və məsuliyyət hissi olmayan icra başçılarından biridir. Yəni bunu tam məsuliyyəti ilə mən deyirəm. O, Xanlar Vəliyevə arxayındır. Xanlar Vəliyevə kimə arxayandır, bunlar ayrı-ayrı məsələlərdir. Onun özbaşnalığı Yevlaxdan da bəlli idi. Onlar özləri oğru sistemi kimi bir sistem müəyyənləşdiriblər və bu sistemdə hərəkət edirlər, onu bilməyən yoxdur ki. Sadəcə olaraq deyən yoxdur. Hər kəs blir, amma heç kəs demir”.

“Elmar Vəliyev özündən kiçiklərə qan udduran bölgə padşahlarından biridir”

“Mətbuatda Elmar Vəliyevlə Şahin Eyyubovun konfliktinin ortaya çıxdığı aydın olub. Baş verənləri o düşmənçiliyin nəticəsi kimi ehtimal etmək olarmı” sualına M Mirəlioğlu belə cavab verdi: “Mən o detalları bilmirəm. Mən bildiyim budur ki, tanıdığım Elmar Vəliyev Yevlaxdan üzü bəri olduğu vəzifələrdə kifayət qədər heç bir hədd-hüdud gözləmədən, hər zaman senzurasız danışan və hərəkət edən, yalnız özündən böyükləri qarısında yaltaqlanan, kiçiklərə isə qan udduran bölgə padşahlarından, özünün padşah kimi aparanlardan biridir. Onun haqqında indiyə qədər də nələrsə var. Yəqin ki, onu sabah qəhrəman da edə bilərlər. Ölkə başçısı bəlkə Bakıya gətirəcək, icra başçısı təyin edəcək, o da ayrı məsələdir. Şahin Eyyubov adında adam tanımıram, bilmirəm. Mənim belə məlumatım yoxdur və inanmıram da bu çapda bir-birinə qarşı söhbətlər olsun, bunlar biri-birini hədələsinlər, özü də onun ranqı da bundan üstündür, axı. Əgər elə bir şey varsa, bu məmur özbaşınalığı deyil, qudurğanlıqdır”.

“İşğal olunmuş ərazisində anti-terror əməliyyatı keçirməyən ölkə Azərbaycan günündə olmalıdır”

“Elmar Vəlieyevin güllələnməsi xarici faktorla bağlı ola bilərmi” sualını isə M.Mirəlioğlu belə cavablandırdı: “Bizim məsələlərimiz çox incə məsələlərdir. Bunu arayan-axtaran, təhqiq edən. araşdıran yoxdur. Hər şey ola bilər. Hər kəs də bunu bilir. Mingəçevirdə baş verənləri təfərrüatı ilə mən də, hakimiyyətdə olanlar da bilmədiyi halda və yaxud bilməmişdən qabaq qonşu ölkələrin xüsusi xidmət orqanlarından tutmuş media nümayəndələrinə qədər bilirlər, yayırlar. Bu da o deməkdir ki, onlar bu məsələləri bizdən artıq bildiklərinə görə, burada maraqları da ola bilər. Hər şey ola bilər, bunu Mingəçevirdə baş verən partlayışlarla da, ayın 26-da keçirilən paradla da əlaqələndirmək olar. Amma ən ümdəsi budur ki, müharibə edən, ərazisi işğal olunmuş və ərazisində anti-terror əməliyyatı keçirməyən ölkə elə bu gündə, Azərbaycan günündə olmalıdır”.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncənin icra başçısı Elmar Vəliyevin vurulduğu an – VİDEO

    Gəncənin icra başçısı Elmar Vəliyevin vurulduğu ...

    5-07-2018, 11:02

  • 
  • Elmar Vəliyevin mühafizəçisindən yeni xəbər var, özündən isə...

    Elmar Vəliyevin mühafizəçisindən yeni xəbər var, ...

    5-07-2018, 22:49

  • 
  • ELMAR VƏLİYEVİN GÜLLƏLƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI – O, sol gözündən və sol çiynindən ağır yara alıb...

    ELMAR VƏLİYEVİN GÜLLƏLƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI ...

    4-07-2018, 19:57

  • 
  • Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər - mühafizəçisi öldü, özü yaralandı (YENİLƏNİB 2)

    Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər ...

    4-07-2018, 12:04

  • 
  • Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq biznesləri…

    Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq ...

    26-05-2018, 13:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu