GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ELMAR VƏLİYEVİN GÜLLƏLƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI – O, sol gözündən və sol çiynindən ağır yara alıb...

ELMAR VƏLİYEVİN GÜLLƏLƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI – O, sol gözündən və sol çiynindən ağır yara alıb...

Tarix: 4-07-2018, 19:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 570
ELMAR VƏLİYEVİN GÜLLƏLƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI – O, sol gözündən və sol çiynindən ağır yara alıb...


Dünən axşam saatlarında Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsi ölkədə enerji böhranı səviyyəsində ajiotaja səbəb oldu. Lakin bu məsələdə də kifayət qədər informasiya qıtlığı yaşandığından, hadisədən az sonra icra başçısınən güllələnməsi haqda müxtəlif şayiələr yayılmağa başladı. Belə ki, hadisə yerində can verən əslən qazaxlı olan mühafizəçisinin ardınca, Vəliyevin də xəstəxanada dünyasını dəyişdiyi iddia olundu. Doğrudur, sonradan Səhiyyə Nazirliyi bu xəbəri təkzib etdi və icra başçısının yaralandığını, amma həyati əhəmiyyətli heç bir təhlükə olmadığını bəyan etdi.

O cümlədən bu gün səhər saatlarında bəzi telekanallar da məlumat verdilər ki, Gəncənin icra başçısı ilə şəxsən əlaqə saxlayıblar, o, sağlıq durumunun qaydasında olduğunu, hətta tezliklə işə çıxacağını bildirib. Hətta o da vurğulandı ki, icra başçısı xəstəxanada müşavirə keçirib və öz müavinlərinə hadisə ilə bağlı müvafiq tapşırıqlar verib...
Təbii ki, bütün bu iddialar haqda ortada heç bir görüntü, ən azı səs yazısı olmadığından, bu informasiyalar inandırıcı görünmür, əskinə, Elmar Vəliyevin vəziyyətinin kritik olduğu haqda fikirlər cəmiyyətdə özünə daha çox yer edir. Üstəlik, Hurriyyet.org-un Gəncədəki özəl mənbələrdən əldə etdiyi məlumatlar da icra başçısının tezliklə işinin başına qayıdacağı və xəstəxanada operativ müşavirə təşkil etdiyi haqda iddiaları alt-üst edir.
Etibarlı mənbədən aldığımız informasiyaya görə, icra başçısına hücum zamanı o, sol çiynindən və sol gözündən ağır yara alıb. Mühafizəçisi isə 4 güllə yarasından hadisə yerində dünyasını dəyişib.
Mənbə deyir ki, hadisə Elmar Vəliyev İcra Hakimiyyətinin binasından çıxarkən baş verib. Belə ki, o, hər zaman olduğu kimi, binanın ön qapısından (park tərəfdən olan girişdən – müəl.) çıxıb avtomobilinə əyləşmək istəyərkən, hadisəni törədən Yunis Səfərov ona yaxınlaşaraq atəş açıb. Həmin vaxt mühafizəçi özünü qabağa verdiyindən 4 güllə ona, qalan 2 güllə isə icra başçısına dəyib.
Qeyd edək ki, hadisə baş verən zaman İcra Hakimiyyətinin binasının qarşısında 4 nəfər polis əməkdaşı olsa da, onlar son ana qədər müdaxilə etməyib, yalnız hadisəni törədən Yunis Səfərovun qaçmadığını və silahını yerə atdığını gördükdə, yaxınlaşaraq onun əlini arxadan bağlayıblar.
Mənbənin sözlərinə görə, Rusiya vətəndaşı olan Yunis Səfərov 7-8 ay əvvəl Gəncədə bankların birinə məxsus olan inkassator maşınını soyduğu və bu zaman polis əməkdaşlarından birinin silahını ələ keçirdiyi üçün barəsində axtarış elan edilibmiş. Maraqlıdır ki, həmin vaxt Y.Səfərovun maşında olan pulu götürmədiyi, sadəcə bir hissəsini küçəyə səpələdiyi bildirilir. Bu baxımdan, istisna olunmur ki, o, icra başçısını güllələyərkən, məhz həmin soyğun zamanı ələ keçirdiyi silahdan istifadə edib.
P.S. Mövzunu davam etdirəcəyik./Hurriyyet.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər - mühafizəçisi öldü, özü yaralandı (YENİLƏNİB 2)

    Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər ...

    4-07-2018, 12:04

  • 
  • Gəncənin şefindən şok maliyyə maxinasiyası

    Gəncənin şefindən şok maliyyə maxinasiyası ...

    10-02-2013, 10:53

  • 
  • Gəncənin icra başçısı qəzaya düşdü

    Gəncənin icra başçısı qəzaya düşdü ...

    30-09-2013, 11:40

  • 
  • ELMAR VƏLİYEVİN OĞLU VƏTƏNDAŞI GÜLLƏLƏDİ-TƏFSİLAT

    ELMAR VƏLİYEVİN OĞLU VƏTƏNDAŞI GÜLLƏLƏDİ-TƏFSİLAT ...

    17-08-2016, 22:30

  • 
  • Elmar Vəliyevi güllələyənin adı məlum oldu

    Elmar Vəliyevi güllələyənin adı məlum oldu ...

    4-07-2018, 12:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu