GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məcburi köçkünün yaşadığı ev başına uçur

Məcburi köçkünün yaşadığı ev başına uçur

Tarix: 6-07-2018, 16:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 948
Məcburi köçkünün yaşadığı ev başına uçur


Bakıdan, Rusiyadan gəlib ev alırlar, sonrada yaşamırlar, qapısına qıfıl vurub çıxıb gedirlər.

Tərtər rayonunun Şıxarx qəsəbəsi cəbhənin bir neçə kilometrliyində yerləşir. Qarşı tərəfdəki dağların qoynu od tutub yanır. Düşmən tərəf quruyan otlaqlara od vurub, yandırırlar. Xeyli sahəni əhatə edən alovun tüstüsü ətrafa yayılıb. Şıxarxdan ermənilərin ətraf mühitə, təbiətimizə vurduğu zərbəni aydınca görmək olur.

Burdan üzüyuxarı gedən yol Kəlbəcərə doğru uzanır. Qarşıdakı dağlarda mövqe quran ermənilər yolumuzu kəsib, Kəlbəcərə getməyimizə imkan vermir . Gəldiyimiz yol bura qədərdi, Şıxarxdayıq.

Şıxarx qəsəbəsi ermənilərin atəş mövqelərinə yaxın olduğundan yaşayış üçün təhlükəli olsa da Azərbaycan dövlətinə güvən sayəsində burada son illər geniş abadlıq, quruculuq işləri aparılıb. 1176 nəfər məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları inşa edilib. Yeni inşa olunan qəsəbədə Orta məktəb , musiqi məktəbi, uşaq baxçası, xəstəxana binalarıda tikilərək sakinlərin istifadəsinə verilib.

Məcburi köçkünün yaşadığı ev başına uçur

Tərtər rayon Təhsil Şöbəsi Sarvan Quliyev adına Şıxarx kənd 2 №-li Tam Orta Məktəbin binası üzərinə bərkidilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağının təhrif olunması diqqətimizi cəlb edir. Bayrağın birinci rəngi mavi olduğu halda burada başda ilk olaraq yaşıl rəmzdən istifadə olunub ki, bu da dövlətin ən vacib atributuna və müqəddəsliyinə qarşı hörmətsizlik kimi sayıla bilər.

Şıxarx qəsəbəsində tikilən binalarda demək olar ki, məcburi köçkünlərin məskunlaıdırılması işi başa çatmaq üzrədir. Sakinlərlə söhbət zamanı məlum olur ki, Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəliyinin keçmiş rəhbəri Nazim Səfərovun əməlləri sayəsində məcburi köçkünlər arasında evlərin bölüşdürülməsi ədalətli aparılmayıb. Mənzillər bir çox hallarda həyat şəraiti ağır olan məcburi köçkünlərə deyil, pul qarşılığında Bakıda və başqa şəhərlərdə evi-eşiyi olan, lakin evin nə ziyanı var ki, biri də Şıxarxda olsun, deyən imkanlı adamlara verilib.Çox evlərdə qapılar bağlıdı. Müşahidələr zaman məlum olur ki, həmin ünvanlarda yaşayan yoxdur. Deməli bu evlərin qapıları haçansa xoşbəxt sahiblərinin üzünə lazım olanda açılacaq.
İndilikdə isə uçmaq təhlükəsində olan, divarları çat-çat evdə yaşayan və mənzilə möhtac vətəndaşlardan biri ilə görüşürük.

Məcburi köçkünün yaşadığı ev başına uçur

Tərtər rayon Vasif Hüseynov küçəsi ev 12- də məskunlaşan Nəzakət İsmayılova Kəlbəcər rayonunun Bağlıpəyə kəndindən məcburi köçkündür. Tərtər rayon Şıxarx kənd tam orta məktəbində müəllimədir. Həyət qapısında müharibənin dəhşətlərindən qalan nişanəni görürük. Düşmənin atdığı mərmilərdən dəmir darvazada dəliklər əmələ gəlib.

Nəzakət İsmayılovanın ailəsi 6 nəfərdən ibarətdir. 4 övladından 2-si tələbədir. Həyat yoldaşı Arif Əkbərov Polis sıralarında xidmət edib.Kəlbəcər işğal edilməzdən əvvəl Bağlıpəyə kəndində polis sahə rəisi vəzifəsində çalışıb. Erməni separatçılarının Qarabağda başladıqları münaqişənin ilk illərində birinci zərərçəkənlərdən olub. Xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən girov götürülüb. Evə qayıtmadığını görən həyat yoldaşı Nəzakət xanım o zaman Qarabağda asayişi təmin etməli olan Sovet əsgərlərinə məlumat verib. Axtarışlardan sonra məlum olub ki, Arif erməni quldurların girovluğundadır. Görülən təxirəsalınmaz tədbirlər sayəsində polisimiz ailəsinə qovuşub. Ancaq verilən işgəncələrdən dolayı sağlamlığına ciddi zərbələr yetirilib.2014-cü ilə qədər polis sıralarında xidmət eləsədə bundan sonra səhhətində ciddi pozulmalar olduğuna görə təqaüdə göndərilib.İndi əsəb-sinir sistemində yaranan xəstəlikdən əziyyət çəkir.Tibb müəssisələrindən verilən arayışlarda bunu təsdiq edir. Psixotrop dərmanların köməyi sayəsində həyatda hələki ayaq üstə dayanmağı bacarır.

"26 ildir ki, belə bir yerdə yaşayırıq. İnanmıram ki, olduğum yeri dövlət məmurları görüb, laqeyd qala bilsinlər.Çiy kərpicdən tikilmiş köhnə evdi.İçərisindən çatlar əmələ gəlib. Evin arxasındakı dəlmə-deşiklər daha böyükdür. Belə bir yerdə yaşamağıma heç vaxt inana bilməzdim. "- deyə bildirir Nəzakət İsmayılova .

Məcburi köçkünün yaşadığı ev başına uçur

Nəzakət İsmayılova iki tələbə oxutduğunu, onların kirayə pulunu, xərcliklərini çətinliklə əldə etdiyini bildirir. Söhbətimizdən məlum olur ki, əlavə pul yığıb mənzil şəraitlərini yaxşılaşdıra bilmirlər. Həyat yoldaşı Arif Əkbərova alınan bahalı dərmanlara da az pul xərcləmirlər. Elə dərman var ki, qiyməti 300-400 manatdır.

Müharibənin ağrılarını canında gəzdirən, dünyası məhv olan, dünyaya baxıb ondan kam almayan Qarabağ qazisi Arif Əkbərovun halına acımamaq olmur. Canını, sağlamlığını qurban verdiyi vətəndə dövlətin tikdiyi binalarda ona şəraiti olan evi çox görürlər. Qaranlıq, rütubətli və qəzalı vəziyyətdə daxmada yaşamağı ancaq ki, rəva görürlər.

Nəzakət İsmayılova onların dözülməz həyat şəraiti barədə hakimiyyət orqanlarının da məlumatlı olduğunu bildirir. Ceyhun Səfərov Tərtər rayon İcra Hakimiyyətinin başçısı olanda mənzil probleminin həllinə bir az yaxın olublar. Əkbərovlar ailəsinin yazılı məktubuna cavab olaraq gələcəkdə məcburi köçkünlər üçün tikiləcək binalarda onların mənzillə təmin olunacaqlarına vəd verilib. Nə Ceyhun Səfərovdan sonrakı başçı Müstəqim Məmmədov, nə də Qaçqınkomun Tərtər rayon nümayəndəliyinin rəhbəri Nazim Səfərov aciz durumda qalan ailənin problemini həll eləmək istiqamətində bir addım belə atmayıblar.
"Mənzilə ehtiyyacı olanlara ev vermirlər, amma villalarda , şəhərlərdə şəxsi evi olan , Rusiyada, Tərtərdə yaşıyan yerli vətəndaşlar var ki, bizdən fərqli olaraq asanlıqla ev alıblar.Bunların maddi marağı nədir? Belə bir şəraitdə yaşayan , zəlil, erməniyə əsir düşən vətəndaşa ev vermirlər. Mən yox, Siz , Dövlət məmurları buna hansı ad verə bilər?- deyə vurğulayır Nəzakət müəllimə.

Kəlbəcər rayonundan gələndə siyahıda 20-ci adam olduqlarını deyir Nəzakət İsmayılova . Ancaq bilmir ki, yeni salınan qəsəbədə evlər verilərkən hansı siyahıdan istifadə olunub. 20-ci olan adama ev verilmədiyi halda 900 ya 1000-cilər açar ala biliblər.

"İcra hakimiyyətindən gəlib dəfələrlə olduğumuz evin şəkillərini çəkiblər. Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələridə gəlib evə baxıblar. Bütün bunlardan sonra aqibətimiz necə olacaq, bilmirik.Hər an təhlükə ilə üz-üzəyik. Balaca bir təkan olsa, zəlzələ baş versə, ya erməni bir snaryad yaxınımıza atsa belə, düşünürəm ki, ev uçasıdı."- deyə əlavə edir Nəzakət xanım.

Məcburi köçkünün yaşadığı ev başına uçur


Sonda Nəzakət xanım İsmayılova onu da bildirir ki, əvvəllər onlar Texniki Peşə Məktəbində məskunlaşıblar. Həyat yoldaşının xəstə olduğuna , səsə - küyə dözmədiyinə görə qohumlarından qəzalı vəziyyətdə olan bu evində yaşamağa görə icazə alıblar. 20 ildən artıqvaxt keçdiyindən qohumunda səbri tükənib. İndi o da hökumətdən ev alın çıxın, Sizə görə həyətimdə heç bir iş görə bilmirəm, deyir.
Onu da qeyd edək ki, Qəzalı vəziyyətdə olan ev hər an uça bilər. Və laqeyd münasibətə görə bu ailədən kimsə həyatını itirmiş olar. Atalar demişkən ,sonrakı peşmançılıq fayda verməz.
Ümid edək ki, Əkbərovlar ailəsinin probleminə Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi və digər əlaqədar təşkilatlar biganə qalmayacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

    Prezident məcburi köçkünlər üçün salınan yeni ...

    14-11-2014, 21:38

  • 
  • Ermənilərin atdığı mərmi məktəbi dağıtdı - FOTO

    Ermənilərin atdığı mərmi məktəbi dağıtdı - FOTO ...

    28-04-2016, 12:11

  • 
  • Bərdədə məcburi köçkünün evi yandı: 4 nəfər tüstüdən zəhərləndi

    Bərdədə məcburi köçkünün evi yandı: 4 nəfər ...

    6-03-2017, 13:57

  • 
  • Prezident Ağdamda açılış etdi - YENİLƏNİB

    Prezident Ağdamda açılış etdi - YENİLƏNİB ...

    7-08-2014, 00:07

  • 
  • ​Masazırda məcburi köçkünlərə yeni mənzillər verildi – FOTO

    ​Masazırda məcburi köçkünlərə yeni mənzillər ...

    6-10-2017, 12:40


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu