“Report” xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib. Ağdam rayonundan olan məcburi köçkün Rasim Abbasova məxsus iki otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı evdə olan qadın və üç uşaq tüstüdən zəhərlənib və qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Qeyd edək ki, yanğına ilkin versiya kimi, elektirik naqillərində qısa qapanmanın səbəb olduğu bildrilir.
Sorğu
Yeni dizaynımız necədir?