GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » YUNİS SƏFƏROV KİMDİR və NİYƏ ELMAR VƏLİYEVİ GÜLLƏLƏDİ? - ŞOK iddialar, yeni faktlar

YUNİS SƏFƏROV KİMDİR və NİYƏ ELMAR VƏLİYEVİ GÜLLƏLƏDİ? - ŞOK iddialar, yeni faktlar

Tarix: 7-07-2018, 19:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 373
YUNİS SƏFƏROV KİMDİR və NİYƏ ELMAR VƏLİYEVİ GÜLLƏLƏDİ? - ŞOK iddialar, yeni faktlar


Gəncədə Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə qarşı törətdiyi qanlı aksiyadan 4 gün keçir. Azərbaycanın 2-ci böyük şəhərinin mərkəzi meydanında, Gəncə İcra Hakimiyyəti binasının qarşısında icra başçısı odlu silahdan açılan atəşlə ölümcül yaralanıb, onun mühafizəçisi də qanına qəltan edilib.

Əslən gəncəli olan, sonradan Rusiya vətəndaşlığı alan Yunis Səfərovun iyulun 3-də Elmar Vəliyevə qarşı sui-qəsd törətməsilə bağlı müxtəlif versiyalar irəli sürülür.

Elmar Vəliyevə qarşı sui-qəsdin səbəbilə bağlı hansı versiyalar var?

Turan-nın məlumatına görə, onlardan ikisi daha çox səsləndirilir.Birincisi, Y.Səfərovun təhqir edilmiş bacısının qisasını almasıdır. Bu, hadisədən sonrakı iki gün ərzində irəli sürülən əsas versiyadır və Elmar Vəliyev şəhərə rəhbərlik etdikdən sonra Gəncə üçün xarakterik hal kimi söylənilir. Onu kobud və amansız adam kimi xarakterizə edirlər.

İkinci versiya iyulun 5-də audiomüraciət şəklində yayılıb. Özünü Y.Səfərovun keçmiş həyat yoldaşı kimi təqdim edən qadın birinci versiyanı təkzib edərək bildirib ki, Yunisin hərəkətinə səbəb E.Vəliyevin uzun müddətdir gəncəliləri təhqir etməsi, müsəlmanlara qarşı təqibləri olub. O, Yunisi Allahın cəza verən əli adlandırıb. Həmin səs yazısında qadın iddia edir ki, icra başçısının Y.Səfərov tərəfindən atəşə tutulması onun müsəlmanların dini inanclarını təhqir edən hərəkətlərə yol verməsi ilə əlaqədar olub. Hətta iddia olunurdu ki, Yunis Səfərov Elmar Vəliyevi müsəlmanları, İmam Hüseyni təhqir etdiyi, Aşura günü şərab festivalı keçirdiyi üçün öldürmək istəyib. Beləliklə, anonim mənbə faktiki olaraq baş verənlərin və Y.Səfərovun hərəkətinin dini motivli olduğunu söyləyib.

Bu versiya Yunisi radikal dini cərəyana aid edən hüquq-mühafizə orqanlarının fikirlərində də əksini tapıb. İyunun 6-da açıqlanan rəsmi məlumatda isə Gəncədəki olayın terror aktı olduğu əksini tapır.

Cinayətlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydıqları son birgə məlumatda deyilir: “Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir (məlumat tam şəkildə saytımızda yerləşdirilib).

Elmar Vəliyevin qardaşı, baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev də məsələ ilə bağlı “Bizim Yol”a açıqlamasında icra başçısına sui-qəsdi Rusiya xüsusi xidmət orqanları ilə bağlayıb: ” Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir. Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın”.

Rəsmi açıqlamadano da aydın olur ki, Y.Səfərov Elmar Vəliyevi bu ilin yanvarında öldürmək istəyib. Həmin vaxt onun hərəkətlərindən polis əməkdaşının şübhələnməsi üzündən cinayət baş tutmayıb, nəticədə polis əməkdaşı güllələnib.Ötən 6 ay ərzində onun necə və harada gizlənməsi, ələ keçməməsi sualı da açıq qalır. Digər tərəfdən, E.Vəliyevə sui-qəsd cəhdi etmiş adam ikinci dəfə ona necə rahatlıqla yaxınlaşa bilib, onun qoruması üçün addımlar atılmaması da maraq doğurur.

“Yunis Səfərov bir müddət Elmar Vəliyevin yanında işləyib”

Bu arada ortada maraqlı bir iddia da var. Xural.com saytının baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a baş verənləri şərh edərkən deyib ki, Yunis Səfərovu tanıyanlar onun Gəncə Şəhər İcra Hakimiyyətində işlədiyini bildiriblər: “İnandığım mənbələr deyir ki, Yunis Səfərov Moskvada hüquq təhsili alıb, ağıllı və istedadlı şəxsdir.O, bir müddət Elmar Vəliyevin yanında işləyib. Yunis Səfərov Elmar Vəliyevin mühafizəsində də olub. İcra başçısının həyat tərzi, dünyaya baxışı ilə razılaşmayıb və yolları ayrılıb. Aralarında ciddi problemlər, söz-söhbət olub”.

Ə.Zeynallı deyir ki, hadisədən az sonra Gəncədən aldığı məlumatlarda Yunis Səfərovla Elmar Vəliyevin arasında söz-söhbətin başçıya “səni öldürəcəyəm” hədəsi ilə başa çatdığı qeyd olunub: “Ola bilər ki, Yunis Səfərov bu hədəni gerçəkləşdirmək üçün gedib radikal dini qruplara qoşulub. Bunu istisna etmək olmaz. Bütün hallarda səbəb də ortaya qoyulmalıdır. Hər nə olsa belə, belə Yunis Səfərovun addımına bəraət yoxdur. Ortada konkret qanlı aksiya var və bu, təqdir edilə bilməz. Gəncədə əksəriyyətin Elmar Vəliyevə kin-kidurət bəsləməsi də aydınlaşdırılmalı və nəticə çıxarılmalıdır. Bu qədər zalımlığa yol verilməsinin qarşısı vaxtında alınmalı idi. Bunu etməyiblərsə, niyə belə oldu sualına cavab axtarmalıdırlar”…

Gəncədə Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə qarşı törətdiyi qanlı aksiyadan 4 gün keçir. Azərbaycanın 2-ci böyük şəhərinin mərkəzi meydanında, Gəncə İcra Hakimiyyəti binasının qarşısında icra başçısı odlu silahdan açılan atəşlə ölümcül yaralanıb, onun mühafizəçisi də qanına qəltan edilib.
Əslən gəncəli olan, sonradan Rusiya vətəndaşlığı alan Yunis Səfərovun iyulun 3-də Elmar Vəliyevə qarşı sui-qəsd törətməsilə bağlı müxtəlif versiyalar irəli sürülür.

Elmar Vəliyevə qarşı sui-qəsdin səbəbilə bağlı hansı versiyalar var?

Turan-nın məlumatına görə, onlardan ikisi daha çox səsləndirilir.Birincisi, Y.Səfərovun təhqir edilmiş bacısının qisasını almasıdır. Bu, hadisədən sonrakı iki gün ərzində irəli sürülən əsas versiyadır və Elmar Vəliyev şəhərə rəhbərlik etdikdən sonra Gəncə üçün xarakterik hal kimi söylənilir. Onu kobud və amansız adam kimi xarakterizə edirlər.

İkinci versiya iyulun 5-də audiomüraciət şəklində yayılıb. Özünü Y.Səfərovun keçmiş həyat yoldaşı kimi təqdim edən qadın birinci versiyanı təkzib edərək bildirib ki, Yunisin hərəkətinə səbəb E.Vəliyevin uzun müddətdir gəncəliləri təhqir etməsi, müsəlmanlara qarşı təqibləri olub. O, Yunisi Allahın cəza verən əli adlandırıb. Həmin səs yazısında qadın iddia edir ki, icra başçısının Y.Səfərov tərəfindən atəşə tutulması onun müsəlmanların dini inanclarını təhqir edən hərəkətlərə yol verməsi ilə əlaqədar olub. Hətta iddia olunurdu ki, Yunis Səfərov Elmar Vəliyevi müsəlmanları, İmam Hüseyni təhqir etdiyi, Aşura günü şərab festivalı keçirdiyi üçün öldürmək istəyib. Beləliklə, anonim mənbə faktiki olaraq baş verənlərin və Y.Səfərovun hərəkətinin dini motivli olduğunu söyləyib.

Bu versiya Yunisi radikal dini cərəyana aid edən hüquq-mühafizə orqanlarının fikirlərində də əksini tapıb. İyunun 6-da açıqlanan rəsmi məlumatda isə Gəncədəki olayın terror aktı olduğu əksini tapır.

Cinayətlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydıqları son birgə məlumatda deyilir: “Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir (məumat tam şəkildə saytımızda yerləşdirilib).

Elmar Vəliyevin qardaşı, baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev də məsələ ilə bağlı “Bizim Yol”a açıqlamasında icra başçısına sui-qəsdi Rusiya xüsusi xidmət orqanları ilə bağlayıb: ” Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir. Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın”.

Rəsmi açıqlamadano da aydın olur ki, Y.Səfərov Elmar Vəliyevi bu ilin yanvarında öldürmək istəyib. Həmin vaxt onun hərəkətlərindən polis əməkdaşının şübhələnməsi üzündən cinayət baş tutmayıb, nəticədə polis əməkdaşı güllələnib.Ötən 6 ay ərzində onun necə və harada gizlənməsi, ələ keçməməsi sualı da açıq qalır. Digər tərəfdən, E.Vəliyevə sui-qəsd cəhdi etmiş adam ikinci dəfə ona necə rahatlıqla yaxınlaşa bilib, onun qoruması üçün addımlar atılmaması da maraq doğurur.

“Yunis Səfərov bir müddət Elmar Vəliyevin yanında işləyib”

Bu arada ortada maraqlı bir iddia da var. Xural.com saytının baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a baş verənləri şərh edərkən deyib ki, Yunis Səfərovu tanıyanlar onun Gəncə Şəhər İcra Hakimiyyətində işlədiyini bildiriblər: “İnandığım mənbələr deyir ki, Yunis Səfərov Moskvada hüquq təhsili alıb, ağıllı və istedadlı şəxsdir.O, bir müddət Elmar Vəliyevin yanında işləyib. Yunis Səfərov Elmar Vəliyevin mühafizəsində də olub. İcra başçısının həyat tərzi, dünyaya baxışı ilə razılaşmayıb və yolları ayrılıb. Aralarında ciddi problemlər, söz-söhbət olub”.

Ə.Zeynallı deyir ki, hadisədən az sonra Gəncədən aldığı məlumatlarda Yunis Səfərovla Elmar Vəliyevin arasında söz-söhbətin başçıya “səni öldürəcəyəm” hədəsi ilə başa çatdığı qeyd olunub: “Ola bilər ki, Yunis Səfərov bu hədəni gerçəkləşdirmək üçün gedib radikal dini qruplara qoşulub. Bunu istisna etmək olmaz. Bütün hallarda səbəb də ortaya qoyulmalıdır. Hər nə olsa belə, belə Yunis Səfərovun addımına bəraət yoxdur. Ortada konkret qanlı aksiya var və bu, təqdir edilə bilməz. Gəncədə əksəriyyətin Elmar Vəliyevə kin-kidurət bəsləməsi də aydınlaşdırılmalı və nəticə çıxarılmalıdır. Bu qədər zalımlığa yol verilməsinin qarşısı vaxtında alınmalı idi. Bunu etməyiblərsə, niyə belə oldu sualına cavab axtarmalıdırlar”…

yunis səfərov ile ilgili görsel sonucu

Hüquq fakültəsinin məzunu silaha niyə sarılıb?

Bu arada mühacirətdə olan jurnalist Qənimət Zahid Yunis Səfərovun kimliyinə aydınlıq gətirən bir status paylaşıb. Q.Zahid facebook divarında bölüşdüyü statusda yazıb ki, Yunis Səfərov Moskvada təhsil alıb:“Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsini bitirib. Sonra Moskvada 157 nömrəli orta məktəbdə tarix müəllimi işləyib. Məktəbin keçmiş direktoru ilə danışa bildim. ”Yunis olduqca mədəni, ziyalı, kübar bir gəncdi” – dedi”.

Səfərovun atası Moskvada imkanlı biznesmendir
Hadisədən sonra Səfərovun ötən il Rusiya vətəndaşlığı alması haqda məlumatlar yayılmışdı. Lakin milli.az xəbər verir , Yunis Səfərov iddia olunanların əksinə, Rusiya pasportunu ötən il almayıb. Pasportda verilmə tarixi kimi 28.02.2017-ci il göstərildiyi üçün mətbuatda idda edilir ki, Yunis Səfərov həmin tarixdə Rusiya vətəndaşı olub. Halbuki pasportun etibarlılıq tarixi bitdiyi üçün həmin tarixdə yenisi ilə əvəz olunub.

Rusiyada vətəndaşların ünvanları, telefon nömrələri, adlarına olan avtomobillərin seriya nömrələri və digər bu kimi məlumatlar hər kəs üçün açıq olan internet resurslara yerləşdirilir. İnternetdə axtarış verildiyi zaman məlum olur ki, Yunis Səfərovun adına 2004-cü ildə “VAZ-04″ və ”VAZ-07″ markalı avtomobillər olub və qeydiyyat ünvanı kimi Moskva şəhərində yerləşən Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80 göstərilib. Bu isə o deməkdir ki, iddia olunanların əksinə olaraq, 2004-cü il tarixində Yunis Səfərovun qeydiyyat ünvanı kimi Moskva şəhəri göstərilir.

Ünvan məlumatlarına baxıldığı zaman məlum olur ki, Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80-də 26.09.1983-cü il təvəllüdlü (35 yaş) Səfərov Yunis Rafiq oğlu, 05.01.1959-cu il təvəllüdlü (59 yaş) Səfərov Rafiq Yunis oğlu və 03.09.1926-cı il təvəllüdlü (92 yaş) Səfərov Yunis Rafiq oğlu da qeydiyyatda olublar. Ad və soyadlardan belə görünür ki, Rafiq Səfərov icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovun atasıdır. Milli.az yazır ki, Yunis Səfərovun atası bahalı avtomobillərin həvəskarı olub. Rafiq Səfərovun tərcümeyi-halına baxdığımız zaman məlum olur ki, bu şəxs Rusiyada uzun illər biznes fəaliyyəti ilə məşğul olub. Yunis Səfərovun atası 2006-2015-ci illərdə rəsmi olaraq “TİM MARKET” Səhimdar Cəmiyyətinin əsas səhmdarı olub.

Əsasən spirtli içkilər və siqaretin topdansatışı ilə məşğul olan “TİM MARKET”-in 75%-i Rafiq Səfərova məxsus olub. Digər 25%-lik hissəyə isə başqa bir azərbaycanlı Əziz Sadıqov sahib olub. Şirkətin direktoru Aleksandr Kosarevin isə müxtəlif vaxtlarda müxtəlif şirkətlərə rəhbərlik etdiyi bildirilir. Bu şəxsin rəhbərlik etdiyi şirkətlərin bəzilərinin adının Azərbaycanla bağlı olması (“Seymur”, “Topaz”) onu göstərir ki, o, azərbaycanlılara məxsus biznesin idarə olunmasında iştirak edir. 2015-ci ildə “TİM MARKET”-in ləğv olunduğu göstərilsə də, Aleksandr Kosarevin həmin tarixdən başqa bir şirkətə rəhbərlik etməyə başlaması onu göstərir ki, şirkət yeni adla fəaliyyətini davam etdirir. Yunis Səfərovun atası ilə bağlı maraqlı məqamlardan biri də odur ki, 1997-2002-ci illər ərzində Rafiq Səfərovun adına 10-dan çox bahalı avtomobil qeydiyyata alınıb.

Sadalananlar göstərir ki, baş verən hadisə ilə bağlı xeyli ziddiyyətli məlumatlar var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər - mühafizəçisi öldü, özü yaralandı (YENİLƏNİB 2)

    Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər ...

    4-07-2018, 12:04

  • 
  • Elmar Vəliyevi güllələyənin adı məlum oldu

    Elmar Vəliyevi güllələyənin adı məlum oldu ...

    4-07-2018, 12:00

  • 
  • Gəncənin icra başçısına silahlı hücum edən şəxsə işgəncə verilməsi barədə iddialar əsassızdır - DİN-dən sui-qəsd açıqlaması

    Gəncənin icra başçısına silahlı hücum edən şəxsə ...

    4-07-2018, 19:35

  • 
  • Elmar Vəliyevin səhhəti ilə bağlı son xəbər…

    Elmar Vəliyevin səhhəti ilə bağlı son xəbər… ...

    7-07-2018, 16:29

  • 
  • Gəncədə icra başçısını güllələyən şəxsin FOTOSU

    Gəncədə icra başçısını güllələyən şəxsin FOTOSU ...

    4-07-2018, 12:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu