Gəncə şəhər icra başçısına qarşı sui-qəsd törədən şəxsin fotosu yayılıb.
gundemxeber.az musavat.com-a istinadla xəbər verir ki, sui-qəsdi törədən 1983-cü il təvəllüdlü Yunis Səfərovdur.
Həmin şəxsin fotosunu təqdim edirik:
Xatırladaq ki, icra başçısına qarşı sui-qəsd hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb.
Məsələnin maraqlı tərəfi budur ki, pasport şəkli yayılan sui-qəsdçi fotolara görə, xarici ölkə vətəndaşıdır.
Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə icra başçısı Elmar Vəliyev və mühafizəçisinin güllələnməsi ilə bağlı rəsmi açıqlamada qeyd olunur ki, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.
"Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək. Həyata keçirilən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir"- deyə rəsmi məlumatda qeyd edilir.
Sorğu
Yeni dizaynımız necədir?