GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ceyhun Bayramov da islahat apara bilmir... - GƏLİŞMƏ

Ceyhun Bayramov da islahat apara bilmir... - GƏLİŞMƏ

Tarix: 18-07-2018, 15:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 420
Ceyhun Bayramov da islahat apara bilmir... - GƏLİŞMƏ


Son illər Azərbaycanda pulsuz ali təhsil almaq imkanları azalıb. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) tələbə qəbulu zamanı elan etdiyi siyahıda ali məktəblərin ödənişsiz yerlərinin sayının azalması da təsdiqləyir. Nəzərə alsaq ki, özəl ali təhsil müəssisələrində pulsuz təhsil imkanları mində birdir, o zaman ali təhsil alanların əksəriyyətinin dövlət hesabına oxuduqlarını görərik.

Bu istiqamətdə aparılan araşdırmalar göstərir ki, Azərbaycanda pulsuz ali təhsillə bağlı vəziyyət olduqca aşağı səviyyədədir. Müstəqil təhsil ekspert mərkəzləri müəyyən ediblər ki, neftlə zəngin ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə oxuyanlar kifayət qədər yüksək təqaüd alır vəyataqxana ilə təmin olunurlar.

Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır. Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkələrdə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.

Səudiyyə Ərəbistanında isə ali təhsil pulsuz olmaqla yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlət hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ-nin büdcəsindən ödənilir.

Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardı.

Qonşu İranda da təhsilin bütün pillələri pulsuzdur.

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur.

Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələrə gəlincə, onlar təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsilə görə ödəniş eləmirlər. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin övladları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azad edilirlər. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır. Həmçinin, tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.

Fransanın təhsil sisteminə də dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta nüfuzlu Sarbonna Universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.

Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr sırasında Norveç və Finlandiya da var. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc 500-900 avrodur. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin olunurlar.

Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.

Ali təhsili pulsuz olan ölkələr arasında İsveç, Danimarka və Çexiya da var.

Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Beynəlxalq tələbələr və ya Azərbaycandan gedib təhsil almaq istəyənlər üçün ən uyğun ölkə Almaniyadır. Bəzi əyalətlərində təhsil tam ödənişsiz olsa da, bəzi əyalətlərində ildə 1000 avroya kimi ödəniş tələb olunur.

ABŞ-da ali təhsil pulludur. Amma minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80 faizə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt dəəldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr tam müasir yataqxanalarla təmin olunurlar. Onlar, təhsil müddətində dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilərlər. Həmçinin, hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ qazanır. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

Təhsil üzrə ekspert Kamran Əsədov “Reytinq”ə deyib ki, Azərbaycanda bu sahədə vəziyyət o qədər də yaxşı deyil. Ekspert məsələyə daha detallı yanaşaraq bildirib ki, təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməli, yüksək məbləğ ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapmasına, alacaqları maaşa da diqqət etməlidirlər:

“Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə hesablasaq, təxminən 10 ilə qədər vaxt lazımdır. Ali təhsil müəssisələrində kadr hazırlığının həyata keçirildiyi ixtisaslar üzrətəhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Belə ki, bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, lahiyələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir”.

Ekspertin sözlərinə görə, yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarına plan yerlərinin sayı da təsir göstərir.

Müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma müəyyən ixtisaslar – məsələn, Xalq çalğı alətləri, Solo oxuma, Dirijorluq və başqalarının plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır.

K. Əsədov nəzərə çatdırıb ki, son illər ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman da öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır: “Ona görə də, ali təhsil müəssisələri təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarının daha da qaldırırlar. Nəzərə alsaq ki, magistr pilləsində plan yeri bakalavr pilləsindən daha azdır, bu zaman xərclər smetası daha çox olur. Ona görə də, magistr pilləsində təhsil haqları daha çox olur. Amma son illər 5 mindən çox tələbənin təhsil haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu nəzərə alsaq, bəlli olur ki, bu, kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq”.

Ekspert bildirib ki, hazırda təhsil haqqını ödəməkdə çətinlik çəkən çoxlu tələbə var. “Azərbaycanda hazırda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır. Xoşagəlməz məqam ondan ibarətdir ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4300 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil”, – deyə müsahibimiz əlavə edib.

Həmsöhbətimiz mövcud durum və ondan çıxış yollarından da danışıb. K. Əsədov hesab edir ki, ali məktəbə qəbul olan tələblərə təhsil haqqını hissə-hissə ödəmək imkanı verilməlidir: “Bundan sonra, təhsil haqları bütün ixtisaslar üzrə dövlət universitetlərində eyni olmalıdır. Yəni Bakı Dövlət Universitetində Tarix ixtisası 2500 manata, region universitetində 1500 manata olmamalıdır. Eyni aşağı təhsil haqqı müəyyən olunmalıdır. Təhsil haqları orta statistik vətəndaşın gəliri və maddi ehtiyacı nəzərə alınmaqla müəyyənləşməlidir. Dövlət tərəfindən təhsil haqlarının ödənilməsinə ciddi köməklik göstərilməli, güzəştli, faizsiz kreditlər verilməlidir. Dövlət universitetlərindəki hazırkı təhsil haqları azı 50 faiz aşağı salınmalıdır”.

Müsahibimiz bildirib ki, bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib. Bu il IV ixtisas qrupu üzrə yeni - Bitki mühafizəsi, Bağcılıq və tərəvəzçilik ixtisası yaradılıb. K. Əsədov IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını da qeyd edib:

1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsil haqqı 4500 manat (2017-də 3000 AZN idi).

2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsil haqqı 4000 manat (2017-də 3000 AZN idi).

3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsil haqqı 4000 manat (2017-də 3000 AZN idi).

4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsil haqqı 4000 manat (2017-də 3000 AZN idi).

Həmsöhbətimiz nəzərə çatdırıb ki, 2018-2019-cu tədris ili üçün ali məktəblərin bütün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub. Keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda 290 yer azalıb:

"2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290-a enib”.

K. Əsədov əlavə edib ki, idman ixtisası üzrə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb:

"Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan 350 yer artıb.

Əlbəttə ki, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyükəksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, “təki universitet olsun”,- prinsipi ilə bura gedənlərdir. Bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, əksəriyyəti bu istiqamətdə çalışmır. Halbuki regionlarda həkimlərə ciddi ehtiyac var. Hesab edirəm ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalı, tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Əks təqdirdə, gələcəkdə bu azalmanın mənfi nəticələri ola bilər”.

K. Əsədov təəssüflə qeyd edib ki, ali təhsil müəssisələri ilə bağlı ciddi islahatlar və tədbirlər həyata keçirilmir. Onun qənaətincə, 54 ali təhsil müəssisələrindən heç biri dünya reytinq cədvəlində heç 1000-likdə də yoxdur.

“Təhsilin inkişafına nail olmaq üçün sərin kabinetdə, rahat kresloda oturmaq lazım deyil. Təhsil belə idarə olunmur, inkişafa belə nail olmaq mümkünsüzdür. Hansısa Avropa və ya Amerikada bir müddət kurs keçməklə, ingilis dilində 3-5 təhsil kitabı oxumaqla təhsil islahatları aparmaq olmaz. Yerli təhsili bilən, məktəbdən başı çıxan, onun real vəziyyəti və perspektivlərindən xəbəri olanları cəlb etməklə nəyəsə nail olmaq mümkündür. 20 ildir ki, ancaq orta məktəb, qəbul imtahanları ilə bağlı tədbirlər görülür. Ali məktəblərlə bağlı real bir addım atılmayıb. Universitetlər əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirmir. Ali təhsil müəssisələrini bitirənlərin 60 faizi işlə təmin olunmur. Bütün bunlar onu göstərir ki, təhsil və əmək bazarı əlaqəli işləmir”, – deyə müsahibimiz fikrini tamamlayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pulsuz təhsil hamı üçün-Beynəlxlaq  Təhsil və Karyera mərkəzində Ilk dəfə

    Pulsuz təhsil hamı üçün-Beynəlxlaq Təhsil və ...

    21-08-2013, 12:08

  • 
  • Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

    Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə ...

    23-07-2013, 12:43

  • 
  • Ali təhsil müəssisələrinin tələbələrinə verilən təqaüdlərin məbləği açıqlanıb

    Ali təhsil müəssisələrinin tələbələrinə verilən ...

    29-05-2013, 11:53

  • 
  • UFAZ layihəsinə cəlb edilən ali məktəblər tələbə seçimini müstəqil aparacaqlar

    UFAZ layihəsinə cəlb edilən ali məktəblər tələbə ...

    9-06-2016, 20:07

  • 
  • Azərbaycanın ali təhsil sistemində radikal addımlar atılacaq

    Azərbaycanın ali təhsil sistemində radikal ...

    17-05-2013, 16:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu