gundemxeber.az azerbaycanrealligi.com-a istinadən xəbər verir ki, Milli Mətbuat Gününə bir neçə gün qalmış DogruXeber.az informasiya agentliyinin rəhbəri Kamal Əsgərov Ağsu rayonun icra başçısı Ənvər Seyidəliyev tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib və həbsi tələb olunur.
Bu haqda mətbuat konfrası keçirən baş redaktor iyulin 18-də mətbuat konfransı keçirib. K.Əsgərov konfrans iştirakçılarına bildirib ki, həbs təhlükəsi ilə üzləşib və məmur tərəfindən təzyiqə məruz qalıb: "Prezidentimiz İlham Əliyev ötən il Milli Mətbuat Günü jurnalistlərlə görüşündə etdiyi çıxışında media nümayəndələrinin onun köməkçiləri olduğunu bəyan etdi. Dövlət başçısı qeyd etdi ki, jurnalistlər ictimai nəzarəti gücləndirməlidir və onların məmurların qanunsuz əməllərini araşdırması özünə kömək etməkdir. Prezident bəzi məmurların qanunsuz fəaliyyəti haqda mətbuatdan məlumatlı olduğunu gizlətmədi və jurnalistləri özünün köməkçisi elan etdi. Amma buna baxmayaraq, məmurlar azad sözə, tənqidi fikirlərə, jurnalist araşdırmasına düşmən kəsilərək peşə fəaliyyətini yerinə yetirməyə müdaxilələr edirlər. Məmurların qanunsuz əməllərini ifşa edən jurnalistlər təhdid edilir, həbslə hədələnir, məhkəməyə verilir və sifarişlə cəzalandırılırlar". Baş redaktor bildirib ki, Ə.Seyidəliyev prezidentin jurnalistlərə qayğısına, dövlətin mətbuata dəstək siyasətinə zidd gedərək barəsində tənqidi ittihamları işıqlandırmış jurnalisti tutdurur. baş verən hadisənin səbəblərini açıqlayan K.Əsgərov bildirib ki, Ağsu rayonundan redaksiyaya edilən şikayət əsasında DogruXeber.az-ın baş redaktoru rayona ezam olunub. O, müraciət edən rayon sakinləri ilə görüşüb, şikayətləri ilə yaxından tanış olub. Sakinlər Ağsunun icra başçısı Ə.Seydəliyevin fəaliyyətindən və onlara qarşı münasibətindən narazılıq ediblər: "Şikayətçilərdən biri də ötən gün müraciətini təqdim etdiyimiz Oruclu Adil Aydın oğludur. O, video müsahibəsində Ə.Seydəliyevin 80 minlik kafesini sökdürdüyünü və əvəzində 1000 manat verdiyini açıqlayıb". Eyni zamanda digər rayon sakinlərinin problemlərini və şikayətlərini araşdırmaq məqsədiylə jurnalist Ağsu RİH-nə üz tutub. Jurnalist KİV haqqında Qanunun tələbinə uyğun olaraq və jurnalistikanın peşəkarlıq prinsiplərinə riayət edərək, RİH başçısının mövqeyini öyrənməyə cəhd göstərib. Ağsu RİH-nin mühafizə polisinə jurnalist olduğunu söyləyən K.Əsgərov şikayətlərlə bağlı qarşı tərəfin də münasibət bildirməsini öyrənmək istədiyini deyib. Polis icra hakimiyyətinin məsul şəxslərindən kiminləsə əlaqə saxladıqdan sonra icra başçısının jurnalistə açıqlama verməyə vaxtı olmadığını bildirib.
Bundan sonra şikayətçilərin RİH-nin qarşısındakı fotolarını çəkən jurnalist süjeti Dogruxeber.az-da yayıb və rayon rəhbərliyinin mövqeyini dərc etməyə hazır olduğnu bir daha xatırladıb. Lakin buna baxmayaraq, icra başçısı əvəzində heç bir qanunauyğunluğu gözləməyib, rəy bildirməyib, şikayətçi A.Oruclunu və jurnalist K.Əsgərovu məhkəməyə verib. Jurnalistlərin suallarını cavablandıran K.Əsgərov bildirib ki, Azərbaycan Respublikasının prezidentinin köməkçisi elan etdiyi jurnalisti məhkəməyə verən və həbsə göndərməyə hazırlaşan icra başçısı dövlətin siyasətinə qarşı gedir. Onun sözlərinə görə, eyni zamanda KİV haqqında qanunun tələbinə uyğun olaraq, jurnalist onun mövqeyini öyrənməyə çalışsa da, icra başçısı açıqlama verməkdən imtina edib: "Bu halda məhkəmənin işə baxması mümkün deyil. Çünki jurnalist qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırdır, üstəlik, hər hansı böhtan və ya təhqirdən söhbət gedə bilməz ki, xüsusi ittiham qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət edilsin". Qeyd edək ki, artıq məhkəmədən A.Orucluya bildiriş gəlib. Mülkünü söküb, onu müflis edən icra başçısı dövlətin sahibkarlığa dəstək siyasətinin əleyhinə gedir, həm də iş adamının problemini işıqlandıran jurnalisti həbs etdirmək fikrinə düşüb. Şikayətçi A.Orucli isə qeyd edib ki, onlar Ağsu RİH-nin qarşısında olarkən icra başçısının inzibati binanın 2-ci mərtəbəsindən şikayətilərə baxaraq istehza ilə gülürmüş. "Halbuki, şikayətçilərin arasında şəhid anası, I Qarabağ Müharibəsi veteranı, 2-ci və 3-cü qrup əlillər var idi. Amma Ə.Seyidəliyevi vətəndaşların problemini həll etmək yox, şikayətçini və jurnalisti məhkəməyə verməkdə daha maraqlıdır. Prezident dəfərlərlə icra başçılarına xəbərdarlıq edib ki, vətəndaşları incitməyin, əhali ilə normal münasibətlər qurun, onların problemlərini yerindəcə həll edin. Amma Ağsu rayonunun icra başçısı Ağsu rayon Məhkəməsinin hakimi Tahir İsmayılovu jurnalisti cəzalandırmaq üçün təlimatlandırmaqla məşğuldur. Hətta hansı şəkildə sifariş veribsə, hakim özu sayt rəhbərinə zəng edərək məhkəməyə gəlməsini təkid edib. Hərçənd, K.Əsgərovun qeydiyyatı Cəbrayıl rayonunadır və iş ya bu rayonun, yaxud da faktiki yaşadığı, eləcə də redaksiyanın yerləşdiyi ərazinin məhkəməsinə şikayət edilməlidir. Lakin bütün bunlara baxmayaraq, Ağsu rayon məhkəməsinin hakim T.İsmayılov israr edir ki, jurnalist Ağsuya getsin. Bir sözlə, icra başçısı və hakim prezidentin mətbu siyasətinə qarşı gedərək Milli Mətbuat Günü ərəfəsində jurnalisti həbs etməyə can atır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?