GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor - Ondan ayın tarixini də soruşan yoxdur...

58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor - Ondan ayın tarixini də soruşan yoxdur...

Tarix: 23-07-2018, 12:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 335
58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor - Ondan ayın tarixini də soruşan yoxdur...


Müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi iddiası bir neçə gün ölkədə ən çox müzakirə edilən mövzuya çevrildi

Məsələ o qədər böyüdü ki, Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev açıqlama verərək, Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərləri təkzib etdi, “başdan-ayağa saxta bir şeydir” – deyə bəyan etdi.

Ancaq bu da müzakirələrə son qoymadı, sadəcə istiqamətini dəyişdi. Belə ki, Nazpəri Dostəliyevanın elmi dərəcə alması HƏLƏLİK saxta çıxsa da (müğənni müdafiəyə hazırlaşdığını bəyan edib-red.), ölkədə elmi adları heç də həqiqi alimlərin daşımadığına dair çoxsaylı faktlar mövcuddur. Heç bir elmi fəaliyyəti olmadığı halda, nəinki fəlsəfə doktoru elmi dərəcəsini (elmlər namizədi-red.) daşıyan, hətta professor titullu onlarla, bəlkə də bir neçə yüz şəxsin adını çəkmək olar.

Məsələn, bu günlərdə məlum oldu ki, 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyasını) bitirən Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 2 ildən sonra namizədlik dissertasiyası müdafiə edib. Bununla da kifayətlənməyib, elmlər doktoru, professor adını da almağa nail olub.

Belə faktlar kifayət qədərdir. Azərbaycanda yüksək vəzifəli məmurların, nazirlərin, komitə sədrlərinin, eləcə də deputatların, icra başçılarının, imkanlı iş adamları və müğənnilərin adlarının qarşısına bir elmi dərəcə də əlavə etməsi dəb halını alıb. Səbəbi ayrı mövzudur, qalsın başqa bir yazıya.

Ancaq bu məsələ, əlbəttə yeni deyil, uzun illərdir mövcuddur. Hələ illər öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ciddi rezonans doğurmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” sərlövhəli məqaləsində bunu açıq və sərt şəkildə tənqid etmişdi. Sitat: “ELM bir BİZNESƏ ÇEVRİLİB və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz!…

…Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır”.

Belə faktlar təəssüf ki, Ramiz Mehdiyevin məqaləsindən sonra da azalmadı. Administrasiya rəhbərinin Azərbaycan elmində, elmi adların verilməsində yaranmış vəziyyəti çox dəqiq şəkildə ifadə edən sözügedən məqaləsi ölkədə ciddi rezonans doğursa da, elm və təhsil müəssələrində bir müddət geniş müzakirə edilsə də, konkret nəticəyə səbəb olmadı. İclaslarda “elmdə bazarı yığışdırmaq lazımdır” deyib gurultulu bəyanatlar verənlər, qısa müddətdən sonra “ənənəvi” üsulla elmi adları “bazara” çıxardılar.

Bu da müxtəlif səbəblərdən “titul acı” olanların “alim” adı almasına şərait yaradır. “Pulum var, imkanım var, niyə bir elmi adım da olmasın?” deyib baş vururlar Elmlər Akademiyasına və ya Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən, elmi mərkəzlərdən birinə. Orada adını dissertant və ya doktorant kimi qeydiyyata salaraq, formal bir mövzu götürürlər. Yüksək vəzifəlilər tapşırıqla ( “halallıq” üçün şirinlik verənləri də olur-red.), qalanları “bazarlıq” nəticəsində razılaşdırılan məbləği verməklə, heç bir elmi əhəmiyyəti olmayan dissertasiya işi yazdırırlar. Nə seminarlara çıxırlar, nə də müzakirələrə. Adlarından bir-iki məqalədə çap etdirib, alimlik dərəcəsini alırlar.

Bütün bu prosesi də qısa müddətdə yekunlaşdırırlar. Həqiqi elm adamları 2-3 ilə mövzusunun adını belə təsdiqlədə bilmədiyi halda, saxta və ya “imkanlı” alimlər 3-4 ilə hətta professor titulunu əldə edə bilirlər.

Daxil olan məlumata görə, belə fantastik sürətlə professor adını alanların arasında hətta universitet rektoru olan da var. Söhbət Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdən gedir.

Əlbəttə biz, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Milli Məclisinin deputatı olan hörmətli Eldar müəllimin nə savadı, nə də elmi potensialı barədə hər hansı fikir söyləməkdən uzağıq. Sadəcə saytımıza daxil olan məlumatı və faktları təqdim etmək niyyətindəyik.

Belə ki, verilən məlumata görə, 1951-ci il təvəllüdlü Eldar Quliyev 58 yaşında, yəni 2009-cu ildə elmlər namizədi alimlik dərəcəsini alıb. Bundan 4 il sonra isə, yəni 2013-cü ildə elmlər doktoru, professor elmi dərəcəsini almağa nail olub. Necə deyərlər, gec başlayıb, amma çətin və məşəqqətli elm yolunu sürətli keçib. Ola bilsin ki, Eldar Quliyevin elmdə belə sürətlə irəliləməsinə səbəb 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru postunu tutması olub. Bəlkə də, Eldar Quliyev 30 ildən artıqdır “Azərittifaq”a rəhbərlik etdiyindən, elmi potensialını ortaya çıxarmağa vaxt tapmayıb. Yalnız “Azərittifaq” böyük ölçüdə dağılandan sonra fikrini elmə yönəldə bilib. Bilmirik…

Ancaq maraqlıdır ki, bu xəbəri dəqiqləşdirmək üçün müraciət etdiyimiz (Kooperasiya Universitetinə zənglərimizə cavab verən olmadı-müəl.) Açıq Ensiklopediya olan “Vikipediya”da Eldar Quliyev özü haqda verdiyi informasiyalarda nə zaman müdafiə etdiyi, nə zaman proffessor adı aldığı haqda məlumatları daxil etməyib.

“Vikipediya”da Eldar Quliyevin “Elmi və Siyasi Fəaliyyəti” bölməsində yazılıb: “1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir”.

Göründüyü kimi, nə vaxt alimlik adı aldığına dair bir cümlə belə yoxdur. Ancaq maraqlıdır, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant olan Eldar müəllim niyə məhz o dövrdə deyil, təxminən 25 il sonra müdafiə edib? O zaman Eldar Quliyevin öz elmi potensialını ortaya çıxarmasının qarşısını kimlər alıb? Niyə uzu illər ərzində dünya elmi Eldar Quliyevin elmi təfəkküründən məhrum edilib?

Bu sualları Eldar müəllimin cavablandıracağına ümid edərək, qayıdırıq “Vikipediya”dakı məlumatlara. Bundan sonrakı hissədə yazılanlar Eldar Quliyevin qısa müddətdə elmə verdiyi “töhfələrin” (Vikipediyada belə yazılıb) dünyada necə böyük REZONANS doğurduğunu nümayiş etdirir. Qısa müddətdə dünyanın az qala bütün “nüfuzlu” akademiyaları Eldar müəllimi özlərinə üzv etmək üçün növbəyə düzülüblər. Diqqət edin: “Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə (?!-red.) Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin “Fəxri alimi”dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalı və “Atatürk Beynəlxalq” mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırılmaqla “Avropanın əməkdar elm xadimi” adına layiq görülmüşdür.”.

Yəqin razılaşarsız ki, ömrü boyu elmlə məşğul olanlar belə bu titulların yarısını əldə edə bilmir. Düzdür, Azərbaycanda yuxarıda adları çəkilən “nüfuzlu” akademiyalara müəyyən pul müqabilində (elə də böyük məbləğ tələb olunmur -red) üzv olmağın mümkünlüyü çoxlarına məlumdur. Ancaq Eldar Quliyevin də bu yoldan istifadə etdiyinə inanmırıq…

Sonrakı hissədə isə 60 yaşından sonra özündəki elmi potensalı kəşf edən Eldar müəllimin əsərlərinin dünyanı necə heyran qoyduğundan yazılıb. Onun “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının İtaliyada, İsveçrədə təqdimatının keçirildiyindən, Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edildiyindən bəhs olunur. “Professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına (?!-red.) görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib” deyə qeyd edilir. Hətta əsərlərinə görə, E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunduğu deyilir.

İlk baxışda qibtə etməmək mümkün deyil. Əllbəttə, bəziləri pul hesabına hətta Harvard Universitetinin konfrans zalını icarəyə götürüb, 5-10 nəfəri yığıb nağıl kitabını belə samballı elmi əsər kimi nümayiş etdirməyin mümkün olduğunu iddia edəcəklər. Amma Eldar müəllimin əsərləri ilə bağlı bunu söyləmək üçün əlimizdə əsas yoxdur.

Qeyd edək ki, əsərlərindən Eldar müəllimin elmi fəaliyətinin çoxşaxəli olduğu görünür. Belə ki, ona aid olduğu bildirilən elmi əsərlərinin hərəsi bir sahəyə aiddir. Diqqət edin:
“1. Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2011.
2. Gömrük işinin təşkili. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2012.
3. Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Elm” nəşriyyatı, 2013.
4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2015.
5. “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” – monoqrafiya, Almaniya, Cologne, 2017″.

Belə görünür ki, Eldar müəllim həm aqrar sektoru, həm gömrük işinin təşkilini, həm xarici-iqtisadi fəaliyyətin tənzimlənməsini, həm də ərzaq təhlükəsizliyinin təşkili məsələlərini çox dərindən bilir. Əks halda bu sahələrlə bağlı ali məktəb tələbələri, mütəxəssislər üçün dərslik yaza bilməzdi./azpolitika
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi AÇIQLAMA

    Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi AÇIQLAMA ...

    19-07-2018, 16:18

  • 
  • Azay Quliyev fəlsəfə doktoru oldu

    Azay Quliyev fəlsəfə doktoru oldu ...

    17-09-2014, 16:38

  • 
  • Azərbaycanda məmurların elmi ad alması qadağan olunub

    Azərbaycanda məmurların elmi ad alması qadağan ...

    26-05-2013, 19:33

  • 
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • Nazpəri – İlhamə davası Ali Məhkəmədə

    Nazpəri – İlhamə davası Ali Məhkəmədə ...

    6-11-2013, 17:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu