Xalq artisti Nazpəri Dostəliyeva ilə həmkarı İlhamə Quliyeva bu dəfə Ali Məhkəmədə görüşücək. Bunu AzNews.az-a açıqlamasında N.Dostəliyevanın vəkili Yunis Vəliyev məlumat verib. Onun sözlərinə görə, N.Dostəliyeva Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan razı deyil: “Biz bu qərardan razı deyilik. Hazırda Ali Məhkəməyə müraciətlə bağlı düşünürük. Amma hələ tələbimiz barədə qəti qərara gəlməmişik. İki ay müddətində bunlar təsdiqlənəcək və biz Ali Məhkəməyə müraciət edib haqqımızı tələb edəcəyik”.
Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsi xalq artisti İlhamə Quliyevanın 700 minlik iddiası üzrə işə baxıb və Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvəsində saxlayıb. Qeyd edək ki, məhkəmə N.Dostəliyevanın 50 minə manata qarşı verdiyi apelyasiya şikayəti ilə yanaşı, İlhamə Quliyevanın əlavə olaraq 500 minlik iddiasını təmin etməyib. Hər iki iddia rədd edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?