GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahil Babayevin kadr islahatının gerçək üzü: Səlim Müslümovun adamları iş başında

Sahil Babayevin kadr islahatının gerçək üzü: Səlim Müslümovun adamları iş başında

Tarix: 23-07-2018, 19:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 612
Sahil Babayevin kadr islahatının gerçək üzü: Səlim Müslümovun adamları iş başında


Xəbər verildiyi kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi nazirlikdə tədricən dəyişikliklər aparır. Ancaq maraqlıdır ki, nazir çıxardığı şəxslərin yerinə isə təyinat aparılmır. Bunu DSMF-nin ciddi nöqsanlara yol verdikləri üçün azad olunmuş 11 rayon üzrə şöbə müdirlərinin timsalında da görmək olar.

Məlumat üçün cumhuriyyet.az bildirir ki, həmin 11 şöbə müdiri – Bakı şəhəri Yasamal rayon şöbəsi, Sabunçu rayon şöbəsi, Suraxanı rayon şöbəsi, Xətai rayon şöbəsi, Xaçmaz rayon şöbəsi, Quba rayon şöbəsi, Şirvan rayon şöbəsi, Lənkəran rayon şöbəsi, Cəlilabad rayon şöbəsi, Salyan rayon şöbəsi, Şamaxı rayon şöbəsinin müdirlərinin ciddi nöqsanlara yol verdiyini Sahil Babayev ötən həftə keçirdiyi iclasda deyib. Lakin onların hətta bəzilərinin vəzifədən çıxarılmasından 3 ay ötsə də, yerinə hələlik təyinat olmayıb.
Maraqlıdır ki, bu hal nazirliyin aparatında da özünü göstərir. Belə ki, işdən azad edilən bir çox şöbə müdirlərinin yerinə də hələ ki təyinat aparılmayıb. Məsələn, ötən ay sabiq nazir Səlim Müslümovun əmisi oğlu, nazirin müşaviri Yalçın Müslümovdan boşalan post hələ də sahibini gözləyir. Bundan başqa nazirliyin aparat rəhbəri vzəifəsinə də təyinat yoxdur. Bu vəzifəni nazirin yeni təyin etdiyi müşavir Anar Əliyev icra edir. Eyni halı bir çox şöbələrin simasında da görmək olar. Bəli, faktdır ki, Sahil Babayev indiyədək çıxardığı şəxslərin böyük əksəriyyətinin yerinə də rəsmi təyinat apara bilməyib. Halbuki, nazirlik və ona bağlı olan qurumlarda xeyli şöbə müdirləri vəzifəsi vakant olaraq qalır. Hamısını ya müavinləri, ya da sektor müdirləri əvəz edir.
Diqqətçəkən məqamlardan biri də odur ki, Fazil Talıbovun nazirliyin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunması xəbəri də doğru deyil. Belə ki, o, həmin şöbəyə əslində müdir müavini təyin edilib, sadəcə şöbə müdiri vəzifəsini indiyədək icra edir. Yəni Sahil Babayevin ənənəvi taktikası burada da öz sözünü deyib. Yeni nazirin nədən belə hürkək davranmasına gəlincə, qanuna görə elə vəzifələr var ki, mütləq dövlət qulluğuna imtahan verib, uğurla keçdikdən sonra təyinat aparıla bilər. Məlum deyil ki, Sahil Babayev Dövlət İmtahan Mərkəzinə hazırda nə qədər vakant yerlə bağlı sifariş verib. Hazırda nazirlikdəki şöbə müdirləri vəzifəsi haqda heç yerə məlumat da verilməyib. Başqa sözlə desək, yeni nazir ya müqavilə ilə, ya da əvəzedici təyinatlar verməklə nazirliyi kadr məsələlərində sanki zamanın öhdəsinə buraxıb. Yəni bu gün ƏƏSMN faktiki belə idarə olunur, iddia olunduğu kimi, heç bir ciddi dəyişiklik və islahat da olmayıb. Lakin bu istiqamətdə nəzərəçarpacaq proses gedir. Lakin bunların nə dərəcə effektli olacağını zaman göstərəcək….
Məlumata görə, hazırda ƏƏSMN və onun strukturlarında sabiq nazirin kifayət qədər ciddi vəzifələr tutan qohumları və sadiq kadrları var. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Səlim Müslümovun qaynı, DSMF-nin ondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevdən tutmuş, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova və digərləri ilə yanaşı, hal-hazıra qədər nazirin köməkçisi olan İqbal Hacıyev hələ də iş başındadır. Sabiq nazirin qohumlarını vəzifəyə yerləşdirməsinə xüsusi şərh verməyə ehtiyac yoxdur. Çünki bu, birbaşa “Korrupsiya haqqına” qanuna zidd olmaqla yanaşı, izahı ortada olan məsələdir. Lakin faktiki bu saat da nazirlikdə Səlim Müslümova sadiq olan, onun sayəsində sürətli yüksəliş qazanmış kadrlar da az deyil. Onların arasında Şəlalə Cəfərovanın və hazırda da yeni nazirin köməkçisi olan İqbal Hacıyevin adını da çəkmək olar.
Qeyd edim ki, hazırda Sahil Babayevin də köməkçisi vəzifəsini yerinə yetirən İqbal Hacıyev ta Səlim Müslümov DSMF-nin rəhbəri olandan onunla addımlayıb. Bu gün isə yeni nazirin “kuxna”sındadır. Elə ötən həftə nazirin 11 DSMF müdiri haqda verdiyi açıqlamanın keçirildiyi iclasda da İqbal Hacıyev ordaydı. Nə sirrdirsə, yeni nazir də hələlik ona böyük ehtiyac duyur.
Məlumata görə, nazir Sahil Babayev ƏƏSMN və onun strukturlarına kök salmış “köhnə qvardiya” ilə tələsik vidalaşmaq niyyətində deyil: “Onlarla bu ilin sonunadək vidalaşacaqlar. Həmin vaxta qədər də yeni nazir bu sahədə artıq yetişən kadrları önəmli vəzifələrə gətirəcək…”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahibini gözləyən postlar...  - Sahil Babayev vakant vəzifələrə niyə təyinat aparmır?

    Sahibini gözləyən postlar... - Sahil Babayev ...

    20-07-2018, 09:45

  • 
  • Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi

    Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi ...

    6-04-2016, 21:27

  • 
  • Təhsil naziri Bayram Hüseynzadənin şöbəsini ləğv etdi

    Təhsil naziri Bayram Hüseynzadənin şöbəsini ləğv ...

    4-09-2013, 16:19

  • 
  • Yeni nazir 3 rayonun şöbə müdirlərini vəzifədən göndərdi

    Yeni nazir 3 rayonun şöbə müdirlərini vəzifədən ...

    28-11-2013, 21:38

  • 
  • Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi

    Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi ...

    27-04-2016, 17:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu