Mikayıl Cabbarov nazir təyin ediləndən bəri nazirlikdə struktur və kadr dəyişikliyi davam edir. Nazirin müvafiq əmrinə əsasən, Məktəbəqədər təhsil sektoru ilə Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi ilə Elm şöbəsi, Ümumi şöbə ilə İctimaiyyətlə əlaqələr şöbəsi birləşdirilib. Sonuncunun yerində informasiya şöbəsi yaradılıb.
Son qərar nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin vəzifəsi ilə vidalaşması barədə bir müddət əvvəl yayılan informasiyaları təsdiqləyir. Hələlik nazirlikdə ictimaiyyətlə əlaqələr və ümumi şöbənin yerində yaradılan İnformasiya şöbəsinə kimin rəhbərlik edəcəyi açıqlanmasa da, yeni kadrın nazirin şəxsən özü tərəfindən seçiləcəyi bildirilir.
Qeyd edək ki, B.Hüseynzadə həm də nazirliyin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetini baş redaktorudur. Qəzetin avqustun 30-da nəşr olunan son sayında da B.Hüseynzadını baş redaktor olduğu göstərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?