GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovun şəriki olduğu bank iflas həddində... - GƏLİŞMƏ

Eldar Mahmudovun şəriki olduğu bank iflas həddində... - GƏLİŞMƏ

Tarix: 16-08-2018, 17:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 689
Eldar Mahmudovun şəriki olduğu bank iflas həddində... - GƏLİŞMƏ


“MuğanBank” devalvasiyadan sonra özünə gələ bilmir. AzEuroNews.comxəbər verir ki, bankın Bakıxanov qəsəbəsində filialı bağlanıb. Əksər banklarda olduğu kimi, “MuğanBank” ASC-də də vaxtı keçmiş kreditlər artıb.

30 Sentyabr 2017-ci il tarixinə qeyri-standart kreditlərin cəmi məbləği 53 milyon 823 min manat təşkil edib. Bu, “MuğanBank” ASC-nin müştərilərə verdiyi 334 milyon manat kreditlərin 16.1%-nə bərabərdir.

2017-ci ilərzində “MuganBank”da “qeyri-standart kreditlər” 5 milyon 936 min manat və ya 11% artıb.

Qeyri-standart kreditlərin 19 milyon 471 min manatı “qeyri-qənaətbəxş”, 10 milyon 615 min manatı “təhlükəli” və 23 milyon 737 min manatı “ümidsiz” hesab olunur.

“MuğanBank” kreditlər üzrə 7 milyon 332 min manat adi, 31 milyon 810 min manat məqsədli ehtiyat yaradıb. Yəni, ehtiyatlar ödəmə vaxtı keçmiş kreditləri örtmür.

Bankın 410,4 milyon manatlıq kredit portfelinin (ehtiyatlar daxil) isə təxminən 80 milyon manatının (20%-nin) ödəmə vaxtı keçib.

“MuğanBank”da ödəmə vaxtı keçmiş kreditlər əsasən ticarət və fiziki şəxslərə verilmiş kreditlər üzrədir.

“MuğanBank” 2018-ci ilin ilk nəticələrini açıqlayıb. Bank I rübü 1 milyon 824 min manat xalis zərər ilə başa vurub.

Belə ki, Bank 2017-ci ilin 1 rübünü 515 min manat xalis mənfəətlə başa vursa da, ümumilikdə ötən ili 6 milyon 341 min manat xalis zərər ilə bağlamışdı.

“MuğanBank”ın gəlirləri xərclərini ödəmir. Belə ki, Bankın 2 milyon 636 min manat əməliyyat gəlirləri 5 milyon 353 min manatlıq işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərclərini bağlamağa kifayət etməyib.

Nəticədə də, Bank öz kapitalından “yeyib”. Bankın cəmi balans kapitalı 69 milyon 17 min manatdan 67 milyon 192 min manata, məcmu kapitalı isə 70 milyon 316 min manatdan 68 milyon 683 min manata düşüb.

Ötən ilin sonunda, bankın məcmu kapitalının qaldırılması üçün nizamnamə kapitalı 10 milyon manat artırılmışdı.

“MuğanBank” 2018-ci ilin 1-ci rübündə kreditlər üzrə ehtiyyatların yaradılması 2 milyon 16 min manat ayırıb. Bu ayırma olmasaydı belə, Bankın əməliyyat gəlirləri xərclərini bağlamırdı.

Əsas gəlir mənbəyi olan bankın kredit portfeli də azalıb. 2017-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 349 milyon 71 min manat ikən, 31 Mart 2018-ci ildə 342 milyon 613 min manata düşüb.

Adıçəkilən bank “Odlar yurdu” universitetinin sahibi Əhməd Vəliyevdir. Əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir.

Onların “MuğanBank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “MuğanBank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.

E.Mahmudovun əmisi oğlunun həbs edilməsi bankın çöküşünü sürətləndirib. Ə.Vəliyev müəssisəni güclə saxlamağa çalışa da, artıq qaranlıq tunelə çoxdan daxil olub.

Əslində, bu bankın kimə məxsus olduğu elə bankın öz saytında yazılıb. Beləki, saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir – Mehdiyev Elmir Maqbet oğlu – 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 % (Əhməd Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası)

Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır.

Beləliklə, aydın olur ki, “MuğanBank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur.

Unikal.org yazır ki, bankın əsas himayədarı və biznes ortağı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub.

Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər.

İddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.Odlar Yurdu Universitetinin tədrisində E. Mahmudovun atası akademik Əhməd Mahmudova xüsusi diqqət ayrılıb. Universitetdə Ə. Mahmudovun anadan olmasının 91-ci ildönümü təntənəli şəkildə qeyd olunub.

Ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Problemli kreditlərin həcmi ARTIR

    Problemli kreditlərin həcmi ARTIR ...

    9-09-2017, 09:30

  • 
  • Azərbaycanda problemli kreditlər – 1 milyard

    Azərbaycanda problemli kreditlər – 1 milyard ...

    4-11-2014, 12:15

  • 
  • Azərbaycanda gecikmiş kreditlərin məbləği nə qədərdi?

    Azərbaycanda gecikmiş kreditlərin məbləği nə ...

    19-01-2018, 07:18

  • 
  • Bağlanan 4 bankın əmanətçisinə 15 milyon manatdan çox kompensasiya ödənilib

    Bağlanan 4 bankın əmanətçisinə 15 milyon manatdan ...

    5-08-2016, 14:53

  • 
  • Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir

    Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi ...

    5-12-2016, 12:38


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu