Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə Sumqayıt şəhər Xəzər bağlarında yaşayan Məmmədov Elvin Arzuman oğlu tərəfindən müraciət ünvanlanıb. Daxil olan müraciətdə deyilir:
"İlk öncə bildirim ki, anadangəlmə qüsurluyam, yəni lal-karam. Üçüncü qrup əliləm. Bu əlilliyə görə 52 manat sosial müavinət alıram. Ailəliyəm, üç yaşında övladım var. Özümdə Sumqayıt şəhər Mənzil-Komunal Təsərrüfatı Birliyində fəhlə işləyirəm. Bu işdəndə aylıq maaşım 125 manatdır.
Ailəmin gəliri adambaşına düşən ehtiyac meyarından aşağı olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət etmişəm. Müraciətim elektron qaydada 183207702972302 nömrəsi ilə VEMTAS tərəfindən baxılması üçün qeydiyyata alındı. Bir müddətdən sonra müraciətimə imtina verilib. İmtinaya səbəb " Ailə üzvü Məmmədov Elvin Arzuman oğlu adına əmək müqaviləsi və müqavilələri üzrə əmək haqqı məbləğində uyğunsuzluq. Ərizə- bəyannamədə 538,0 manat qeyd edilib, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən 654,55 manat olmalıdır" göstərilib.Bu müraciətimə verilmiş imtina tam qanunsuzdur. Belə ki, bu mənim sosial yardım almaq üçün etdiyim ikinci müraciətdir. Birinci müraciətimə imtina veriləndən sonra mən kapital bankdan ödəniş kartı üzrə çıxarış aldım. Sonra təkrar ikinci dəfə elektron qaydada müraciət edəndə həmin ödəniş kartında göstərilən dörd ay yarım ərzində 538 manat maaşı ərizə bəyannamədə göstərmişəm. Mətbuat vasitəsilə nazirliyin mənə göndərdiyi imtinanı və kapitalbankın ödəniş kartı üzrə çıxarışını təqdim edirəm.
İmtinaya səbəb olan bu informasiyanı VEMTAS hansı aidiyyəti qurumdan aldığını bilmirəm. Mən aldığım maaşı bilirəm ki, dörd ay ərzində hər ay 125 mant 45 qəpik olub.İşlədiyim birinci mart ayındada əmək günüm az olduğuna görə 36 manat 55 qəpik maaşım olub. Üst-üstə toplam mənə 538 manat 35 qəpik maaş hesablanıb. Məndə kapital bankdan çıxarmışam 538 manat və bunuda ərizə-bəyannamədə qeyd etmişəm. Gözlə görünən bu mötəbər subutlar təsdiq edir ki, hər iki müraciətimə verilmiş imtinalar qanunsuzdur.
Nazirliyə elektron qaydada müraciət etmək üçün Sumqayıt "Asan xidmət " mərkəzindən aldığım ərizənin müddəti 6 senyabrda bitir.Bu dəfədə imtina verilsə sosial yardıma görə müraciət etmək üçün yenidən ərizə forması almalıyam. Buda onsuzda yaşayış səviyyəsinin aşağı olduğu ailəm üçün maliyyə itkisi deməkdir.
Üçüncü dəfə 25 avqustda Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə elektron qaydada müraciət etmişəm. Müraciətim 183207702972303 nömrəsi ilə qeydiyyata alınıb. Bu günə kimi cavab verilməyib. Ona görədə sizdən xahiş edirəm ailəmin müraciətlərinə verilmiş qanunsuz imtinaları şəxsən özünüz araşdıraraq tədbir görün ki, 25 avqust tarixdə 183207702972303 nömrəsi ilə VEMTAS tərəfindən baxılması üçün qeydiyyatdan keçmiş mənim müraciətimə qanuni cavab verilsin".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?