GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qurbanovun “açar oyunu”: müstəqilliyini tanımadığımız Kosovonun sirri…

Qurbanovun “açar oyunu”: müstəqilliyini tanımadığımız Kosovonun sirri…

Tarix: 5-09-2018, 15:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 503
Qurbanovun “açar oyunu”: müstəqilliyini tanımadığımız Kosovonun sirri…


İki gün sonra Azərbaycan millisi üçün yeni nəfəsliklər açılır. Yığmamız tarixində Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmağa bu qədər yaxın və bu qədər uzaq olmamışdı.

Bütün ümidlər isə sentyabrın 7-də Bakıdakı Olimpiya stadionunda Kosovo ilə keçiriləcək matçdan sonra ya dirilə ya dəfn oluna bilər. Bu qarşılaşmanı qrupun “açar oyunu” hesab etmək olar.

gundemxeber.az AzEuroNews.com-a istinadla xəbər verir ki, AÇ 2020 finalına vəsiqə uğrunda ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında iştirak edəcək Azərbaycan millisi qrupda əsas rəqibi olan Kosovonu əzməlidir.

Maraqlısı odur ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır. Bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil.

1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib.

Bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanıyıblar. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycandan gəlib.

Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü təmsil etdiyi dövlətin mövqeyini belə açıqlamışdır: “Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur”.


Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib.

Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarı ilə geri çağırılıb.

Azərbaycan Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Bir müddət əvvəl serb prezident Vuçiç Davos Forumunda Avropa Birliyi üzvü olmaq üçün Kosovonun müstəqilliyini tanımağı istisna etməmişdi.

Əgər Serbiya dövləti Kosovonu müstəqil dövlət kimi legitim sayarsa, Azərbaycanın da bu məsələdə problemi olmamalıdır.

İkincisi, Qarabağla Kosovo arasında ciddi fərqlər var. İlk növbədə Kosovo albanları heç bir etnik təmizləmə siyasəti aparmayıblar və ətraf bölgələri işğal etməyiblər.

Beləliklə, Azərbaycan millisi ilk dəfə müstəqilliyini tanımadığı ölkənin futbol yığmasına qarşı oyun keçirəcək.

***

Futbolpress.az yazıb ki, Kosovonun millimizlə oyun üçün açıqlanan 24 nəfərlik heyətindəki 23 futbolçu ölkə xaricindəki müxtəlif klublarda çıxış edir.

Onlardan yalnız biri daxili çempionatda top qovur. Azərbaycanda isə əksinədi – 25 futbolçudan 21-i ölkə daxilində oynayır, cəmi 4-ü digər ölkələrdə.

Legionerlərin səviyyələri də fərqlidir. Əgər millimizin ən yaxşısı hesab edilən Riçard Almeyda “Astana”da heyətə düşmək uğrunda mübarizə aparırsa, Kosovonun indiki heyətindəki ən parlaq futbolçu sayılan Milot Raşika “Verder”də mövsümə fantastik start verib və Bundesliqada geridə qalan hər iki turun rəmzi komandasında özünə yer edə bilib.

Almeydanın bazar dəyəri 1,5 milyondusa, 22 yaşlı Raşika 7 milyon avro kimi dəyərləndirilir. Bir məsələni də nəzərə almaq lazımdı ki, açıqlanan heyət heç də Kosovonun tam potensialını ortaya qoymur.

Komandanın əsas ulduzu sayılan – “Latsio”lu Valon Berişa zədə səbəbindən Azərbaycanla oyunu buraxmalı olacaq.

Bundan başqa, yalnız bir neçə ildi müstəqil olan Kosovo hələ Avropada çıxış edən futbolçularının hamısını yığmaya cəlb edə bilməyib.

Çünki bu futbolçuların bir çoxunun İsveçrə və Albaniya yığmalarında oynamaq seçimi də var. Lakin yerli federasiya zaman-zaman müsbət nəticələrə də nail ola bilir. Son olaraq “Mançester Siti”nin gənc qolkiperi Ariyanet Muriç razı salındı.

Azərbaycan və Kosovo yığmalarının indiki heyətinin bazar qymətlərinin müqayisəsində böyük fərq ortaya çıxır. Rəqibin ümumi qiyməti 43,43 milyon avrodusa, bizdə bu rəqəm təxminən 4 dəfə aşağı 11,48 milyon avrodu.

Heyətlərin orta yaş göstəricilərinə nəzər yetirsək, Azərbaycanda bu, 26,12 Kosovoda isə 23,82-di.

Kosovodan demək olar ki, yalnız FIFA reytinqində müsbət mənada fərqlənirik. Yığmamız 105-cidisə, rəqib 141-ci pillədə qərarlaşıb. Bütün sadalananları nəzərə aldıqda isə millimiz heç də Kosovo ilə görüşün favoriti deyil.

Əksinə, rəqib bir çox amildə daha üstün görünür və 3 gün sonra keçiriləcək görüşdə qeydə alına biləcək hər hansı uğursuz nəticə faciə olmayacaq. Çünki Kosovo futbolu böyük olan “cırtdan” ölkədi.

“Millətlər Liqası kimi turnirdə iştirak bizim üçün də yenilikdir. Hamı komandadan nəticə gözləyir. Ona görə də təzyiq həmişə olur”.

Bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirən mütəxəssis AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağın çətin olacağını bildirib:

“Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belədə isə məsuliyyət daha da artır.

İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq.

Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını anlayıram. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır”.

Qeyd edək ki, yığmamızın sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşması saat 20:00-da başlayacaq. Komandamız 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kosovo serblərinin lideri 9 il aldı

    Kosovo serblərinin lideri 9 il aldı ...

    21-01-2016, 21:12

  • 
  • UEFA Azərbaycanı Yunanıstan və Danimarka ilə bir tutdu

    UEFA Azərbaycanı Yunanıstan və Danimarka ilə bir ...

    31-03-2017, 10:55

  • 
  • Avropa çempionatının Açılış Mərasimi başlad

    Avropa çempionatının Açılış Mərasimi başlad ...

    6-05-2016, 02:03

  • 
  • 5 komanda dünya çempionatının finalına çıxdı

    5 komanda dünya çempionatının finalına çıxdı ...

    11-09-2013, 11:41

  • 
  • Ərdoğan Kosovo baş nazirini kəskin tənqid edib

    Ərdoğan Kosovo baş nazirini kəskin tənqid edib ...

    2-04-2018, 15:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu