2014-cü il dünya futbol çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı artıb. Sentyabrın 10-da keçirilmiş seçmə oyunlardan sonra Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasından ABŞ və Kosta-Rika, Cənubi Amerika zonasından Argentina, Avropa zonasından İtaliya və Hollandiya finala adlayıb.
Çempionat sahibi Braziliyaya daha əvvəl Asiya zonasından Yaponiya, Avstraliya, İran və Cənubi Koreya qoşulmuşdu.
Avropa zonasının F qrupunda yarışan Azərbaycan milli komandası isə sonuncu pilləyə yuvarlanıb. Şimali İrlandiyanı qəbul edən Lüksemburqun 3:2 hesablı qələbəsi buna gətirib. Evdə İsraillə görüşən Rusiya yığması da qələbə qazanıb (3:1) və liderliyi ələ alıb.
Hazırda Rusiyanın 18, Portuqaliyanın 17, İsrailin 12, Şimali İrlandiya və Lüksemburqun 6, Azərbaycanın 5 xalı var.
Qrup qalibi dünya çempionatının final mərhələsinə birbaşa yollanacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?