GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Virtual manyak”a çevrilən Osman Nərimanoğlu Gəncədə necə “reketlik” edir? - FOTO/VİDEO

“Virtual manyak”a çevrilən Osman Nərimanoğlu Gəncədə necə “reketlik” edir? - FOTO/VİDEO

Tarix: 6-09-2018, 19:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 587
“Virtual manyak”a çevrilən Osman Nərimanoğlu Gəncədə necə “reketlik” edir? - FOTO/VİDEO



Son günlər ərzində özünü “virtual manyak” səviyyəsinə gətirib çatdıran Xanlar rayon sakini Osman Nərimanoğlu adında şəxs ölkənin peşəkar jurnalistlərinin fəaliyyətinə müdaxilə edir, onları ən pis küçə söyüşləri ilə söyərək hədələyir.

Bugünlərdə belə qalmaqallardan biri ölkənin tanınmış jurnalistlərindən olan “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli ilə yaşandı. Osman və onun havadarlarının aramsız təzyiqləri, hədələri nəticəsində jurnalistin səhəti qəfil pisləşdi və 5 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildi. Həkimlərin gərgin səyi nəticəsində həmkarımızı həyata qaytarmaq mümkün oldu. Qeyd etmək istəyirik ki, Osman Nərimanoğlu adı bizə çox yaxşı tanışdı. Adi bir cümlə qurmağı belə bacarmayan bu adam (müəllif yazılarına baxın-red) bir özü və bir kompyuteri ilə bütün Gəncəbasar regionundakı məmurların qorxulu kabusuna çevrilib, zara gətirib. Son günlər onun söyüşlərinə tuş gələnlərdən biri də, “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəridir. “Virtual manyak”lıq funksiyasını məharətlə icra edən bu şəxs baş redaktorumuzun ünvanına öz tərbiyyəsinə layiq olan küçə söyüşlərini yağdırır. Biz dəyərli oxucularımıza Gəncədə fəaliyyət göstərən jurnalist Ruhulla Zahidovun müəllifi olduğu bir yazını təqdim edəcəyik. Bir müddət əvvəl yayımlanan həmin yazıda qeyd edilir ki, Osman Nərimanoğlu hansısa təhsil müəsissəsindən pul qoparmaq üçün, həmin məktəbin ağsaqqal bir müəlliminin adından öz saytının elektron ünvanına “donos” göndərib və sonra həmin məlumatı iş birliyində olan digər saytlara da paylayıb. Osmanın bu cinayət əməli ilə bağlı həmin yazıda videomaterial da təqdim edilib. Həmin yazını olduğu kimi təqdim edirik:

“Virtual manyak”a çevrilən Osman Nərimanoğlu Gəncədə necə “reketlik” edir? - FOTO/VİDEO


"KİV səhifələrinə çıxarılan məqalə və məlumatlar onu yazan hər bir yazarın beyninin məhsulu, məqalə yazılan sahə və ya insanların işinə, həyatına, fəaliyyət sahəsinə olan münasibətin qələmə alınmasıdır. Çox vaxt bu yazıların hazırlanmasında insanlar öz jurnalist borcunu unudur, obyektiv fikirlər toplusu saydığı qeyri-obyektiv yazını hazırlayarkən jurnalist peşəkarlığını unudur, yaddan çıxarır. Bu səbəbdən müasir KİV-nin səhifələri peşəkarlıq səviyyəsinə görə çox-çox aşağı səviyyəli yazılar ilə doludur.
Çox vaxt bu yazılar peşə borcu nöqteyi-nəzərindən hazırlanmır. O yazıları oxuyarkən onların düşüncə tərzi, daxili aləmi, həyatda fikir yürütmə tərzi və s. göz qabağına gəlir. Əslində isə tam başqa cür olmalıdır. Jurnalist hər hansı bir material üzərində işləyərkən o mövzu ilə bağlı hər hansı bir hadisəni, faktı, olayı oxucu diqqətinə dolğun surətdə çatdırmağı bacarmalı, yazı üçün seçdiyi mənfi və ya müsbət qəhrəmanların daxili aləmini, həyat və fəaliyyətini, onların gördüyü yaxşı və ya pis işləri peşəkar ustalıqla təsvir etməyi bacarmalıdır.Əgər bunu bacarmırsa, onda hansı səbəbdən sözünü məhz KİV səhifələrində deməyi qərara alır? Jurnalistika sahəsində belə işlər qəbul edilməməli, qınaq obyektinə çevrilməlidir.Əks təqdirdə yaxşı ilə pisin, sənət ilə hədyanlığın, ağ ilə qaranın, xalqa və dövlətə xidmət ilə “ev yıxanlığın” heç bir fərqi olmayacaqdır.
Bu yazımız həmkarlarımız sayılan, əslində isə “çalışdıqları” bu illər ərzində jurnalistikanın mahiyyətini belə düzgün anlamayan bəzi insanlara məsləhər vermək istəyinə xidmət edir. Bizlər yazıları, düşüncə və həyat tərzi ilə özlərini millətə güldürənlərin qələmə aldıqları cızma-qara məqalələr haqda öz fikirlərimizi bildirmək niyyətindəyik. Bunlardan biri də “Demokratik.az” saytında verilən “Gəncə Regional Kollecinin direktoruna korrupsiya ittihamı” başlıqlı yazıdır.
Onu da bildirmək yerinə düşərdi ki, bu yazı guya ki, kollecin müəllimləri – Asif Süleymanov və Aslan Əliyevin adı çəkilən saytın elektron poçtuna rəsmi müraciəti əsasında hazırlanıb çapa verilmiş, lakin sonradan Asif Süleynanov hansısa şikayət məktubu ilə heç bir mətbuat orqanına müraciət etmədiyi barədə KİV-ə məlumat vermişdir. Onun təkzib dolu çıxışı ilə verdiyi müsahibələrin biri “Turaneli TV”-nin internet səhifəsində yerləşdirilmişdir. Onu da əlavə edək ki, “müraciət”in guya ki, “ikinci həmmüəllifi” sayılan Aslan Əliyev ümumiyyətlə naməlum şəxs olaraq qalır və deyilənə görə adı çəkilən kollecin işçisi deyildir. Ümumiyyətlə, yazı çoxlu sayda müəmmalar ilə doludur. Bu müəmmanın ən böyüyü isə ötən ilin dekabrında Respublikamızın Prezidenti İlham Əliyev cənabları tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Fəxrəddin Zeynalov haqqında verilən fikirlərdir. Yenicə dövlət başçısı tərəfindən mükafatlandırılmış kollec rəhbərinin saytda yerləşdirilən yazıda müxtəlif maxinasiya və cinayətlərdə adının hallandırılması, əlbəttə ki, absurd bir şey sayılmalı, qərəzli və qarayaxma adlandırılmalıdır. Bunun başqa bir adı yoxdur. Bununla da, demək, yazıda göstərilən məlumatlar insanların hissiyatına toxunmaq, onlara səhv məlumat verməklə müəyyən mənada narahatlıq keçirməsinə yönəldilmiş bir düşmənçilik aktıdır.
Asif Süleymanovun bu faktlar ətrafında olan olaylara bildirdiyi münasibətdən sonra yazıdakı faktların “jurnalist təxəyyülü”ndən başqa bir şey olmadığı, bildirilən münasibətin əsl həqiqəti əks etdirmədiyi, demək, oxucuya sırınan səhv məlumatlar xarakteri daşıdığı aydın olur. Əgər belə bir yazar səhvi fəaliyyət göstərdiyi sahədə onun bacarığının səviyyəsini əks etdirirsə, onda bizlər də öz tövsiyyələrimizi verməklə həmkar borcumuzu yerinə yetirməliyik. Əlbəttə ki, əgər onların bu tövsiyyələri qəbul etməyə həvəsləri varsa.
Əgər sadaladığımız amillər özünü doğruldursa, onda ortaya sual çıxır: şaiyələr əsasında yazılan, doğruluğu isbat oluna bilməyən “məlumatlar” internet səhifələrinə niyə çıxarılır, məqsəd nədir və kimə yarınmaq, dezinformasiya vermək məqsədi güdülür?



İstənilən halda jurnalistin əldə etdiyi informasiyaların yoxlanılmasına və dəqiqləşdirilməsinəhəmişə ehtiyac vardır. Bu vaxt informasiya mənbəyinin danışdıqlarının və ya yazılı surətdə təqdim etdiyi faktların dəqiqliyini yoxlamaq jurnalistə qələmə aldığı faktlara obyektiv yanaşmağa kömək edir.Bütün hallarda həmişə jurnalist müşahidəsi öz-özlüyündə planlı və məqsədyönlü proses xarakteri daşıyır. Bu o deməkdir ki, müşahidənin köməyi ilə əldə olunan məlumatlar təsadüf nəticəsində deyil, əksinə, konkret məqsədə xidmət edir və jurnalistin diqqəti onu maraqlandıran məlumatın cəmiyyətə düzgün ötürülməsi üçün tələb olunan axtarışa yönəldilib. Yazarlar müşahidənin spesifikasının lazımi informasiyaların alınmasında rolunu düzgün qiymətləndirməyi bacarmalıdırlar. Əks təqdirdə onlar yalnız ağızdan eşidilən və təsdiqi mümkünsüz sayılan dezinformasiyanı oxuculara ötürmüş olurlar.Yalnız şəxsən jurnalistin özü tərəfindən görülmüş və eşidilmiş hadisələr, faktlar və məlumatlar yazara jurnalist yaradıcılığında əminlik və həyati həqiqilik verir. Burda etik anları da nəzərə almamaq olmaz. Jurnalist tərəfindən hansı problemlər qələmə alınırsa-alınsın, bu insanla bağlı olur. Nəhayət, cəmiyyət arasında insanların hərəkətlərini , gözünlə görmədiyin, tam əmin olmadığın hadisələri, faktları müzakirəyə çıxarmaq olmaz. Onu maraqlandıran sualları şəxsən araşdırmaq və dəqiqləşdirmək,jurnalist üçün peşəkar borc sayılmalıdır.
Əgər belə deyilsə, onda bu yazarın yüksək rütbəli məmurların işinə və həyatına tənqidi yanaşmaq istəyinin özü anormal hadisə sayılmalıdır. Fikirlərimizin oxuculara dəqiq çatdırılması üçün jurnalist materialının hazırlanmasında böyük önəm daşıyan bəzi amilləri sadalayaq.
Təsvir – hadisə və ayrı-ayrılıqda hansısa bir faktın bu anda və ya ümumilikdə yazılı material həsr olunmuş əlamət, cəhət, tərəflərin təsvir olunmuş mətn növüdür. Bütün bunlar şərti olaraq təsvir elementləri sayılır. Təsvirin bütövlüyü yazının əsas mənasına və bu göstərilən mətn növünə xidmət etməlidir. Hərçənd, saytda yerləşdirilən yazıda bu tələblər pozulmuş və onlara riayət edilməmişdir.
Fikir və mühakimə. Mühakimə- yazar tərəfindən seçilmiş mətndə fikirlərin məntiqi ardıcıllıq zənciri sayılır. Mühakimə prosesində hal, hadisə və digər faktlar verilir. Onların arasında məntiqi əlaqə, mühakimə, fikir və düşüncə növü – sübut sayılır. O da öz strukturuna malikdir. Sübut isə araşdırılır, bu faktlarla bağlı bütün məsələlər müəyyən edilərək dərindən analiz olunur. Bəzi KİV rəhbərləri çox vaxt bu amilləri nəzərdən qaçırır, heç nəyə əsaslanmayan fikirlər yürüdür, faktlar təhrif edilir. Bu anda yazı əslində daşımalı olduğu funksiyanı da itirməli olur.
Əgər yazı faktlara əsaslanmırsa, qərəzli yazı xarakteri daşıyırsa , demək, tənqid olunmağa da layiqdir. Biz “Demokratik.az” saytında gedən yazıya şərh verməklə fikirlərimizin doğruluğunu təsdiqləməyə çalışdıq.

Ruhulla Zahidov, yazıçı-jurnalist”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tanınmış jurnalistdən son xəbər: “Reanimasiyadadır, beyninə qan sıza bilər” - Yaxınları danışdı

    Tanınmış jurnalistdən son xəbər: ...

    31-08-2018, 15:01

  • 
  • Prezident İlham Əliyev Əbdüləziz Osman əl-Tuveycriyə "Dostluq" ordeni verdi

    Prezident İlham Əliyev Əbdüləziz Osman ...

    26-11-2015, 14:39

  • 
  • Bakıda qadınların qorxusuna çevrilən manyak tutuldu

    Bakıda qadınların qorxusuna çevrilən manyak ...

    3-10-2014, 15:37

  • 
  • Bakıda seksual manyak tutuldu - DƏHŞƏT

    Bakıda seksual manyak tutuldu - DƏHŞƏT ...

    18-12-2014, 23:58

  • 
  • ​Türkiyədə İŞİD-in cəlladı saxlanıldı

    ​Türkiyədə İŞİD-in cəlladı saxlanıldı ...

    13-04-2018, 16:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu