Cənab Sahil Babayevə Həmkarlar İttifaqları Konfederasiyalarının prezidenti cənab Səttar Mehbalıyevə AzərEnerji ASC-nin prezidenti cənab Baba Rzayevə Azərişıq ASC-nin Bağlar şəbəkəsinin çoxsaylı işçiləri tərəfindən
KOLLEKTİV MÜRACİƏT MƏKTUBU
Əvvəlcə Hörmətli Baba Rzayevi AzərEnerji ASC-nin prezidenti kimi məsul bir vəzifəyə təyin edilməsi münasibətilə təbrik edirik, gələcək fəaliyyətlərində ona yeni-yeni nailiyyətlər arzulayırıq. Azərişığın adını ləkələyən “kiçik padşahcıqlar”ının özbaşınalıqlarına tezliklə son qoyulacağını səbirsizliklə gözləyirik. AZƏRİŞIQ ASC-nin Bağlar Şəbəkəsində özbaşınalıq ayaq alıb yeriyir. Konstitusiya və Qanunlara, Prezidentin Fərman və Sərəncamlarına məhəl qoyan yoxdur. Azərişıq gələndən 3 ildir ki, bizi gecə-gündüz, şənbə-bazar, bayram günləri bilmədən, 8 saat əvəzinə fasiləsiz 15-16 saat qul kimi işlədirlər. Əlavə saatlar yalnız “seçilmiş” işçilərə yazılır. İlin 365 günü bizim əməyimizi yırtıcı kimi istismar edirlər. İdarənin həmkarlar təşkilatının varlığı-yoxluğu bilinmir. Cənab Prezidentimizin yürütdüyü siyasət sayəsində gənc kadrlara xüsusi diqqət göstərilir, vəzifədə daha çox gənclər irəli çəkilir. Azərişığın Bağlar şəbəkəsini isə pensianerlər rəsmən işğal ediblər. Ali təhsili olmayanlar, ailə podratı ilə işləyənlər burada hegemonluq edir. Ali təhsilə baxan yoxdur. Orta təhsillilər mühəndis, mühasib, mütəxəssis işləyir. Saxta əlillik qrupu, saxta diplom alanlar adları işdə olub, K.Dadaşov kimi işə gəlməyən “ölü canlar” var. Adları telefonçu, mantyor, nəzarətçi-mühəndis gedən işçilər tanışıqla kabinetlərdə oturub rahat vəzifələri icra edir. Evində elektrik enerjisindən oğurluq edən Mürsəlov Mehman Əlassan oğlu kimilər də Azərişıqda işləyir. Evində enerjidən oğurluq etdiyinə görə cərimə yazılan və işdən çıxarılan M.Mürsəlov özü dediyinə görə Azərişıqdakı “dayısı” Vahid müəllimin dəstəyi ilə yenidən işə qəbul edildi. Görədildə Əbdüləzimov Nemət istədiyi özbaşınalıqları edir. Onunla əlbir olub enerji oğurluqları edən, rüşvət alanlara “gözünüz üstə qaşınız var” deyən olmadı. İdarədə canını qoyanlara şər-böhtan yaxıb işdən şıxardılar. Cənab Prezidentimiz məmurlardan dəfələrlə sosial ədalətsizyə son qoymağı onlardan tələb edir. Lakin Bağlar şəbəkəsində ailəlikcə işləyənlər var. Ailəlikcə burada kök salıb klanlar yaradıb, bir-birilərinin oğurluqluqlarını öst-basdır edirlər. Qohumluq əlaqələri şəxsi işlərdə qeyd edilmir, pensiyanerlərin də siyahısı rəhbərlikdən gizlədilir. Eyni ailənin 2, 3, hətta 4 üzvü (ər-arvad və övladları) Azərişıqda işləyir, ailədə tək işləyəni işdən çıxarırlar. Bir ailədən həm ata da, həm ana həmi də övladları Azərişıqda işləyir. Azərişıqdan başqa Azəriqaz, Azərsu və s. təşkilatlar pensiyanerlərlə vidalaşıb gəncləri işlə təmin edib. Hərbi xidmətə yararlı olmayanlar-“neqodnılar” da Azərişıqda işə qəbul edilib. Bunlara son qoyulana kimi Azərişıq ASC-nin adın dəyişib “AİLƏ PODRATI” yaxud “QOCALAR EVİ” ASC adlandırmaq lazımdır. Əliyev Əhmədəli kimi pensiyanerin kiçik oğlu Salehi və bacısı oğlu 2 yerdə işləyən Vüqar da Bağlarda işləyir. O şəxs ki, böyük oğlu hakimiyyətə qarşı çıxıb, Bakıda kütləvi iğtişaşlar törədib, hal-hazırda da radikal dini qrupa qoşulub. Övladına tərbiyə verə bilməyən nə üçün burada işləyir ? Maaşın da, pensiyasın da alır, yaxın qohumlarını da işlə təmin edib, hər birinin də əlavə gəlir yeri də var. İşçilərin çoxu günün istisisində kabel çəkir, Elnur Səmədov kimilər də idarədə pul qazanır. Atası Gəncə şəbəkəsində, həyat yoldaşı Gülnaz Səmədova Sumqayıt şəbəkədə, başqa bir qohumu da Qaradağ rayonunda işləyir. İşə nəzarətçi kimi qəbul edilmiş şəxslər var ki, idarə binasında oturublar. Nəzarətçi də ilin 365 gününü 12 saatdan işləyir. Başda Mahir kimilər olmaqla bağlar rayonunda “at oynadan”, “qaz vurub qazan dolduran” “sayğac quraşdıranlar”ın maaşını artırırlar. Pensiyanerlərin, ailəliklə Azərişıqda işləyənlərin həmi də orta təhsillə və ya texnikom təhsili ilə mühəndis, mühasib, mütəxəssis işləyənlərin şəxsi işləri tək-tək araşdırılmalı, adlı siyahısı hazırlanıb rəhbərliyə təqdim edilməlidir. Pensiyaner pensiyasın da alır maaşın da. Pensiaynerləri, Azərişığı ailəliklə zəbt edənləri, 2 yerdə işləyənləri işdə saxlayıb, ailənin tək işləyənini, ali savadlı işçisini, cavanları işdən çıxarırlar. Ali təhsili olmayanlar, orta təhsillilər hansı “xidmətlərinə” görə mühəndis, mühasib, mütəxəssis vəzifələrinə təyin edilib ? Orta təhsilli zəhmət çəkib fəhlə işləməli, pensiyaner də pensiaysın alıb yerini gənclərə verməlidir. Onda ali təhsil nədən ötrüdür ? İdarənin insan resursları hara baxır ? Prezidentimizin tələb etdiyi sosial-ədalət prinsipləri nə üçün pozulur ? Biz, ali təhsil diplomu ilə fəhlə, mantyor işləməliyik, pensiyanerlər, orta təhsillilər, “dayılarına” güvənib rahat kabinetlərdə işləməlidir ? Xahiş edirik bu barədə ciddi və təxirəsalınmaz tədbirlər görəsiniz. Öncədən Sizə dərindən təşəkkür edirik.
Bağlar Şəbəkə Rayonunun Bir qrup kollektivi adından Musayev Xəyal
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?