Mingəçevir Su Elektrik Stansiyasında baş verən qəza hadisəsi nəticəsində, Gəncənin də enerji təminatında ciddi problemlər yaşandı.
Belə bir məlumatı da qeyd edək ki, bu şəhərin Şah İsmayıl Xətai kücəsinin dairəvi yola birləşdiyi hissəsində fəaliyyət göstərən yanacaq doldurma məntəqəsinin üst hissəsindən keçən 35 kvt-luq hava xətti, indi həmən məntəqənin alt hissəsindən və arxa hissəsindən keçir.2 ay öncə apardığız qeydlərə görə məlum ərazinin dairəvi yola bitişən hissəsində yeni yanacaq doldurma məntəqəsi tikilib və artıq istifadəyə verilmək ərəfəsindədir.
İnşa olunmuş yanacaq doldurma məntəqəsinin üst hissəsindən keçən xətt açılsa da, həmin xəttin hara birləşdirilməsi, hələ də kimlərəsə bəlli deyil. Belə bir səbəb üzündən bu yöndə jurnalist araşdırması aparmaq üçün "Qərb" RETS-da olduq. Amma, adı çəkilən idarənin rəisi Elmar Seyidov bu problemlə bağlı münasibət bildirmədi. Bu məmurun əvəzindən isə onun müavini Vüsal adlı şəxs bunları dedi:
“Adı hallanan yanacaq doldurma məntəqəsi, hələlik adını açıqlaya bilmədiyimiz mötəbər bir şəxsə məxsusdur. 35 kv-luq xətt açıldıqdan sonra, onun yanacaq doldurma məntəqəsinin alt hissəsindən keçməsi məsələsinə gəlincə onu deyə bilərəm ki, bununla bağlı yazılı formada rəsmi icazə məktubu yoxdur. Xəttin açılaraq yerə salınması "Azərişıq" ASC-dən edilmiş zəngin hesabına baş tutmuş, indi isə sizə heç bir sənəd təqdim edə bilməyəcəyik”.
Amma əldə etdiyimiz xəbərə görə yanacaq doldurma məntəqəsinin ətraf hissəsi yenə də qazılır .Orada olduğumuz zaman bir nəfər özünü bizə obyektin sahibi kimi təqdim etdi və qazıntı işlərinin gələcəkdə obyektdə su təminatının kəsilməməsi məqsədilə həyata keçirildiyini dedi. Bir neçə gündən sonra, daha dəqiq desək 22.07. 2018-ci il tarixdə nazirliyə (d/o N Ə-667) müraciət etdik və əldə etdiyimiz məlumatları onlara çatdırdıq.
Həmən vaxt əraziyə laboratoriyaya məxsus nəqliyyat vasitəsi ilə baxış keçirilərkən, nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsindən istifadə oluna bilməyəcəyini açıqladı və səbəb də, "Toxucu-2" hava xətti trasının 35kv-luq xəttində "tok" olmadığını əsas gətirdi. Az sonra o da məlum oldu ki, 35kv-luq elektrik xətti hansısa mötəbər bir şəxsin ərazidə tikdirdiyi yanacaq doldurma məntəqəsinə görə açılıb və xətt açılan zaman zədələndiyindən onu yenidən bərpa etmək mümkün olmayıb.
Yalnız həmin xətt ərazidən paralel keçən 6 kv-luq xəttə birləşdirilib. Xatırladaq ki, qarşıdan qız mövsümü gəlir. Elə ki, enerji təchizatı əməkdaşlarına “Qış fəslində şəhərdə hər hansı enerji problemi yaşanmayacaq?” deyə sual etdik və qarşı tərəfdən “Heç də narahat olmağa dəyməz. Çünki, bu şəhərə 6kv-luq xətt də bəhs edir. Onsuz da açılan xətt sənaye üçün nəzərdə tutulub və gördüyünüz kimi şəhərdə heç bir sənaye sahəsindən də söhbət gedə bilməz” deyə cavabları eşitdik.
Gəncə şəhər EŞ-nin baş mühəndisi Ramiz Allahverdiyev isə, övladlarının canına and içərək, xətti açıb özü bağladını və onu açan zaman zədələdiklərini deməsə də, bu şəxsin imzaladığı məktubda qeyd olunub ki, “Adı çəkilən xətt yanacaq doldurma məntəqəsinin alt hissəsindən deyil, 2 metr aralı məsafədən, yəni dairəvi yolun alt hissəsindən keçir”. (Hansı ki, yanacaq doldurma məntəqəsi dairəvi xəttin tam dairəsindədir)
Ərazidən keçən kommunikasiya xəttlərinin nəzərə alınmasına, inşa olunacaq yanacaq doldurma məntəqəsinin tikintisinə və s. icazə verən Gəncə şəhər İcra Hakimiyyəti aparatı, memarlıq və tikinti şöbəsi olduğundan, biz ləngimədən adı çəkilən quruma üz tutduq. Problemlərin varlığı haqda ünvanladığımız suallara baş memar Əli Rüstəmlinin cavabı belə oldu:
“Bu obyekt mötəbər bir şəxsə məxsus olduğundan sizə məsləhət görürəm ki, bu mövzunu unudasınız, yoxsa “yanarsınız”. Sizi tam şəkildə məhv edərlər”. Bütün zamanlarda olduğu kimi yenə təhdid, yenə hədə-qorxu! Hətta Əli Rüstəmli “Siz kimsiniz ki, bu obyektlə, hansısa xəttlə bağlı araşdırma aparırsınız” deməyi də unutmadı. Görünür ölkənin ikinci böyük şəhəri olan Gəncənin memarlıq və tikinti şöbəsinə rəhbərlik edən bu şəxsin, hələ də mətbuat haqqında, hətta adi qanunvericilik sistemindən xəbəri yoxdur və buna görə də belə gülünc cavablar verir. Biz isə real cavabı gözləyirik... Mehriban Əzizqızı GundemXeber.Az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?