GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə

Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə

Tarix: 25-09-2018, 14:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 582
Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə


Fakt qarşısında aciz qalan əməliyyat-istintaq qrupu Daxili İşlər Nazirliyinin 102 xidmətinə yalan məlumat verən Aytən İsmayılova barəsində qanunamüvafiq tədbir də görülməmişdir.

Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində uydurulmuş əcaib hadisənin təhqiqatı aparılmışdır.

GundemXeber.Az bildirir ki, Masallı RPŞ-nin İB-in müstəntiqi, polis kapitanı Rəhimli İqbal Muxtar oğlu icraatında olan HK-1/968 saylı materialı nəzərdən keçirib 11 iyun 2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir.

Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayon Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun redaksiyamıza verdiyi məlumata görə qondarma və uydurulmuş hadisənin rejissoru və ssenari müəllifi müstəntiq polis kapitanı İqbal Rəhimlinin özüdür.

İstintaq qərarında göstərilir ki, Kazımov Elxan Dəmir oğlu ilə qonşuluqda yaşayan İsmayılova Aytən Eynəli qızı 28 may 2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, saat 15 radələrində 2-ci sinif şagirdi olan oğlu Əmənov Rəşad Anar oğlunun qonşuları 8 yaşlı Kazımov Şahin Yasər oğlu, 8 yaşlı Ağayev Cəlal Ağababa oğlu və 9 yaşlı Kazımov Hüseynəli Elxan oğlu tərəfindən seksual zorakılığa məruz qaldığını bildirmişdir. Həmin məlumatla bağlı Masallı RPŞ-in İstintaq Bölməsində əməliyyat-təhqiqat hərəkətləri aparılmış, "cinayət əməli törətməkdə" şübhəli bilinən uşaqları və valideyinləri polis şöbəsinə çağırmışlar. Lakin polis şöbəsində "cinayət əməli törətməkdə" şübhəli bilinən uşaqlar valideyinlərinin, təhsil aldıqları Ərkivan qəsəbəsi Həsnəküçə tam orta məktəbinin pedaqoji kollektivinin nümayəndəsinin, pisxoloqun və Ərkivan ərazi dairə nümayəndəliyinin iştirakı olmadan istintaqa izahat verməyə məcbur edilmişlər. Azyaşlıların və yeniyetmələrin barəsində mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. İstintaq hərəkətlərini Anar Xəlilov, müstəntiq İqbal Rəhimli və əməliyyat-axtarış bölməsinin əməkdaşı Nazim Əkbərov həyata keçirmişlər.

Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə


Məhkəmə-Tibbi Ekspertizası aparılmış və zərərçəkən şəxs qismində tanınmış 8 yaşlı uşaq Rəşad Əmənovun hər hansı bir seksual zorakılığa məruz qalmadığı müəyyən edilmişdir.

Fakt qarşısında aciz qalan əməliyyat-istintaq qrupu Daxili İşlər Nazirliyinin 102 xidmətinə yalan məlumat verən Aytən İsmayılova barəsində qanunamüvafiq tədbir də görməmişdir.

Lakin bu qondarma və uydurulmuş təhqiqat işinin mənəvi və pisxoloji qurbanları 8 və 9 yaşlı məktəbli uşaqlar olmuşdur. Masallı RPŞ-in İB-də anlamamışlar ki, 8 və 9 yaşlı uşaqların cinsi zorakılıq etməyə bioloji baxımdan imkanları yoxdur.

Həsnəküçə kənd tam orta məktəbin 2-ci sinif şagirdi Hüseynəli Kazımov istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ağır pisxoloji xəsarət almış, həmin hadisədən sonra qorxudan və stresdən başında saçlarının tökülməsi prosesi başlamış, özü və məktəbli bacıları xəcalətdən məktəbə getməmişlər. Elxan Kazımov bildirir ki, İstintaq Bölməsinin rəisi Anar Xəlilov və müstəntiq İqbal Rəhimli oğlu Hüseynəlini təkbətək "duelə" dəvət edib, ondan "cinayət hadisəsi törətməsi barədə" izahat aldıqdan sonra oğlu qorxmuşdur. Oğlu həmin vaxtdan qorxu hissi keçirir, rabitəsiz danışır, gecələr yuxudan səksəkəli oyanır vahimə içində həyətə qaçmaq istəyir. Üç aya yaxındır ki, oğlunun müalicəsilə məşğuldur.

Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə


14 sentyabr 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin Pisxi Sağlamlıq Mərkəzində müayinə olunan Kazımov Hüseynəli Elxan oğluna Sadə qorxu (fobiya) F40.2 Yuxu zamanı vahimələr və F51.4 diaqnozu qoyulmuşdur.
Uydurulmuş hadisənin istintaq qərarı – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinin 5 iyun 2018-ci il tarixli 355 saylı rəyindən görünür ki, Əmənov Rəşad Anar oğlunda hər hansı bir xəsarət aşkar olunmamışdır. Rəşad Əmənovun 28 may 2018-ci il tarixdə saat 15 radələrində əynində olmuş geyimlərində də hər hansı bir zədə müəyyən edilməmişdir.

Elxan Kazımov 7GUN.az-ın əməkdaşına bildirib ki, bütün əməliyyat tədbirlərini özləri həyata keçirtmələrinə və qondarma təhqiqatda cinayət tərkibli epizodların olmamasına baxmayaraq, Masallı RPŞ-in İstintaq və cinayət axtarış bölməsinin yuxarıda adları çəkilən əməkdaşları ondan əvvəl 6 min manat, sonra isə 4 min manat rüşvət verməsini tələb etmişlər. Anar Xəlilov, İqbal Rəhimli və Nazim Əkbərov dəfələrlə telefon zəngləri edərək, onu polis şöbəsinə çağırmış və istənilən hesabı gətirməyəcəyi təqdirdə oğlunu "uşaq kaloniyasına" göndərəcəkləri ilə hədələmişlər.

Elxan Kazımov onu da bildirir ki, Baş Prokuror Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovaya müraciətlər etməsinə baxmayaraq, uydurulmuş hadisə ilə bağlı təhqiqat aparan polis əməkdaşları barəsində hal-hazıra kimi qanunamüvafiq cəza tədbirləri həyata keçirilməmişdir:"Yalan məlumat nəticəsində uşaqlar yaşıdlarının arasına çıxa bilmir, utanırlar"-deyən Elxan Kazımov bildirir ki, Aytən İsmayılovanı uydurma şikayət ərizəsi yazmağa təhrik edən İstintaq Bölməsinin rəisi Anar Xəlilov və müstəntiq İqbal Rəhimli olmuşdur.

Elxan Kazımov baş verən proseslər barədə beynəlxalq təşkilatlara məlumat verəcəyini açıqlamışdır.

Yazıda adları çəkilən şəxslərin fikirlərini öyrənməyə cəhd etsək də, lakin bu mümkün olmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Sözardı;
1. Uşaqlar bizim gələcəyimizdi. Onları kimlərinsə maraqlarına qurban vermək cinayətdir. Təhsil Nazirliyi orta məktəblərdə təhsil alan azyaşlı şagirdlərə sahib çıxmalıdır. Təhsil Nazirliyi Masallı RPŞ-də aparılmış istintaqa münasibətini bildirməlidir;

2. İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) aparatı baş verən hadisənin təhqiqatını aparıb, hüquqi baxımdan qiymətləndirməlidir;

3. Kazımov Elxan Dəmir oğluna valideyin kimi çəkdiyi mənəvi sarsıntıların əvəzini kim ödəyəcək?!


Rafiq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oğlunun yerini söyləmədiyi üçün güllələndi - Masallıda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATLARI

    Oğlunun yerini söyləmədiyi üçün güllələndi - ...

    24-03-2018, 19:38

  • 
  • Rusiya və Azərbaycanın axtardığı şəslər tutulub

    Rusiya və Azərbaycanın axtardığı şəslər tutulub ...

    21-01-2018, 20:48

  • 
  • Bakıda polisə yalan məlumat verən şəxs saxlanılıb - FOTO

    Bakıda polisə yalan məlumat verən şəxs saxlanılıb ...

    13-07-2018, 13:29

  • 
  • Masallıda süpürgəçini maşınla vurub qaçan sürücü yaxalandı

    Masallıda süpürgəçini maşınla vurub qaçan sürücü ...

    27-03-2017, 00:53

  • 
  • Yeni “qanuni oğru” – Masallı Emin

    Yeni “qanuni oğru” – Masallı Emin ...

    25-11-2013, 17:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu