Bu gün səhər saatlarında Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşan 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində C.Vəsilə hadisə yerində keçinib. Son məlumata görə, Masallı rayonunda süpürgəçini avtomobillə vurub qaçan sürücü saxlanılıb. Masallı Rayon Polis Şöbəsinin əməliyyat tədbirləri nəticəsində qəzanın Ərkivan qəsəbə sakini Həşimov Əzizəli Yaqub oğlu tərəfindən törədildiyi məlum olub. Qeyd edək ki, sürücü hadisə nəticəsində müxtəlif xəsarətlər alan qadına yardım etmək əvəzinə, onu köməksiz vəziyyətdə qoyaraq qaçıb. Bu səbəbdən də qadın elə hadisə yerindəcə keçinib. Ə. Həşimov hadisə yerindən qaçsa da, çox da uzağa gedə bilməyib. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində o, rayon ərazisində saxlanılıb Faktla bağlı Masallı Rayon Polis şöbəsində araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?